Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Həyat |
Həyat
Mizanul-hikmət 119. Həyat 590. Həyat 1798. İmam Əli (ə): «Bilin ki, həyatdan başqa, elə bir şey yoxdur ki, sahibi ondan doyub yorulmasın. Çünki ölümdə öz rahatlığını görmür». (Nəhcül-bəlağə, xütbə 133) 591. Su və həyat Quran: «Hər bir canlını sudan yaratdıq». (Ənbiya surəsi, ayə 30) Hədis: 1799. İmam Sadiq (ə): «Suyun dadı həyatdır».(Tuhəful-uqul, səh.370) 592. Həyatdan daha yaxşı olanlar 1800. İmam Əskəri (ə): «Həyatdan daha yaxşısı odur ki, onu əldən verən zaman öz həyatından bezəsən. Ölümdən daha pisi odur ki, ona məruz qalanda ölümü arzulayasan». (Tuhəful-uqul, səh.489) 593. Həqiqi həyat 1801. İmam Əli (ə): «Dindarlıqdan başqa həyat, əminliyi əldən verməkdən başqa ölüm yoxdur». (əl-İrşad, c.1, səh.296) 1802. İmam Əli (ə): «Tovhid (təkallahlılıq) cana həyat bəxş edəndir». (Ğurərul-hikəm, hədis 540) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 902 | Rating: 0.0/0 |
Total comments: 0 | |