«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 2:42 AM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Hamam

Hamam
Mizanul-hikmət 
116. Hamam

573. Hamam
1772. İmam Əli (ə): «Hamam nə gözəl saraydır: (Cəhənnəmdəki) Odu yada salar və çirki (bədəndən) aparar». (Mən la yəhzuruhul-fəqih, c.1. səh.115, hədis 237)
     1773. İmam Səccad (ə): «Üç şey insanı kökəldər, üç şey isə arıqladar. Kökəldən üç şey bunlardır: hamama çox getmək, xoş ətir iyləmək və yumşaq paltar geymək. Arıqladan üç şeysə budur: çox yumurta, balıq və yetişməmiş xurma yemək». (əl-Xisal, səh.155, hədis 194)
     1774. İmam Sadiq (ə): «Üç şey bədəni korlayar və çox öldürücü təsir göstərər: «Axşamdan qalmış bozbaşı yemək, tox qarına hamama getmək və yaşlı qadınlarla cinsi əlaqədə olmaq». (Biharul-ənvar, c.76, səh.75, hədis 19)
     1775. İmam Sadiq (ə): «Mədəndə az bir şey olanda hamama get ki, hərarət onu aşağı yatırsın. Bu sənin bədəninin qüvvətlənməsi üçün daha yaxşıdır. Tox qarına da hamama getmə». (Biharul-ənvar, c.76, səh.75)
     1776. İmam Kazim (ə): «Bir gündən bir hamama getmək insanı kökəldər. Hər gün hamama getmək isə böyrəklərin yağını əridər». (Məkarimul-əxlaq, c.1, səh.125, hədis 298)

     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Hamam | Added by: IslamQadini (2011-06-03)
Views: 1300 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]