«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 11:17 AM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Heyvanat aləmi

Heyvanat aləmi
Mizanul-hikmət 
120. Heyvanat aləmi

594. Heyvanların hüququ
1803. «Biharul-ənvar» kitabından: «Allahın Rəsulu (s) dizində sarıq və belində yük olan bir dişi dəvəni görüb soruşur: «Bu dəvənin sahibi hardadır? Ona deyin ki, Qiyamət günü bu dəvənin ondan öz haqqını tələb etməyinə hazırlaşsın». (Biharul-ənvar, c.7, səh.276, hədis 50)
     1804. Allahın Peyğəmbəri (s): «Allah-Taala mehribanlıq göstərməyi sevir və onu yerinə yetirməyə kömək edər. Belə isə, arıq heyvanları mindiyiniz zaman onları öz mənzillərinə gətirin. Quru və otsuz torpaqdan tez keçib-gedin və yaşıllıq, otluq olarsa heyvanları buraxın ki, orada istirahət etsinlər». (əl-Kafi, c.2, səh.120, hədis 12)
     1805. Allahın Peyğəmbəri (s): «Sağlam heyvanlara minin və onları sağlam saxlayın. Küçələrdə, bazarlarda onlardan öz xütbələriniz və söhbətləriniz üçün kürsü kimi istifadə etməyin. Nə çoxdur, öz suvarisindən daha xeyirli olan və Allah-Taalanı daha çox yad edən miniklər». (Kənzul-ummal, hədis 24957)
     1806. Allahın Peyğəmbəri (s): «Heyvanın öz sahibi üzərində altı haqqı vardır: onun belindən düşən zaman ona ot versin, suyun yanından keçəndə onu suvarsın, səbəbsiz yerə onu vurmasın, gücündən artıq yükləməsin, qüvvəsi çatmadığı məsəfədə yola aparmasın, həddindən artıq müddətdə onun belində qalmasın». (Mustədrakul-vəsail, c.8, səh.258, hədis 9393)
     1807. Allahın Peyğəmbəri (s): «Heyvanların üzündən vurmayın, çünki onlar Allaha həmd və təsbih deyirlər». (əl-Kafi, c.6, səh.538, hədis 4)
     1808. Allahın Peyğəmbəri (s): «Əxlaqsız qadın su quyusu başında hürən və az qala susuzluqdan ölən bir it görür. Bu qadın ayaqqabısını sıxarır, üz örtüyünü açıb ayaqqabını ona bağlayır və quyudan it üçün su çıxarır. Bu əmələ görə Allah-Taala onun günahlarını bağışlayır». (Kənzul-ummal, hədis 43116)
     1809. Allahın Peyğəmbəri (s): «Hər bir heyvan - istər quş olsun, ya qeyrisi əgər haqsız yerə öldürülərsə, Qiyamət gunu öz qatilindən şikayət edəcək». (Kənzul-ummal, hədis 39968)
     1810. Allahın Peyğəmbəri (s): «Hər kəs səbəbsiz yerə bir sərçəni öldürsə, həmin sərçə Qiyamət günü Allah dərgahına onun əlindən nalə çəkib deyəcək: «Ey mənim Rəbbim! Filankəs məni istifadə üçün deyil, səbəbsiz yerə öldürdü». (Kənzul-ummal, hədis 39971)
     1811. Allahın Peyğəmbəri (s): «Əgər heyvanlara etdiyiniz zülmlər bağışlanarsa, günahlarınızın əksəriyyəti bağışlanmışdır». (Kənzul-ummal, hədis 24973)
     1812. Allahın Peyğəmbəri (s): «Allah-Taalanın sənin ixtiyarına verdiyi bu dilsiz-ağızsız heyvana görə Allahdan qorxmursan? Bu dilsiz heyvan onu ac saxlamağından və əziyyət verməyindən mənə şikayət etdi». (Kənzul-ummal, hədis 24982)
     1813. Allahın Peyğəmbəri (s): «Heyvanı müslə edənə (diri-diri heyvanın qulağını, dilini və burnunu kəsmək) Allah Lənət etsin». (Kənzul-ummal, hədis 24971)
     1814. İbn Abbas nəql edir: «Allahın Rəsulu (s) əziyyət verən heyvandan başqa, hər bir canlını öldürməyi qadağan etmişdir». (Kənzul-ummal, hədis 39981) 
     1815. İmam Sadiq (ə): «Bir qadın pişiyi susuzluqdan ölənədək bağlı saxladığına görə əzaba məruz qaldı». (Məkarimul-əxlaq, c.1, səh.280, hədis 864)

     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Heyvanat aləmi | Added by: IslamQadini (2011-06-17)
Views: 1425 | Rating: 3.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]