Main » Articles » Mizanul – hikmət (2-ci cild) » İstixarə (Allahdan xeyir diləmək) |
Mizanul-hikmət
![]() İstixarə (Allahdan xeyir diləmək) 678. İstixarə 2074. Allahın Peyğəmbəri (s): «Bir iş görmək niyyətində olan zaman yeddi dəfə Allahdan xeyir istə. Sonra bax, gör qəlbindən daha tez nə keçir və bil ki, xeyir ondadır, yəni ona əməl et.»(" Biharul-Ənvar, c.91, səh.265, hədis 19 ) 2075. İmam Əli (ə): «Allahdan xeyir istəyən (istixarə edən) peşman olmaz.»( Ğurərul-Hikəm, hədis 9453 ) 2076. İmam Əli (ə): «Allahdan xeyir istə və belə etmədən heç bir işi seçmə! Çünki çox adam Allahdan xeyir istəmədən bir iş görüb və bu iş onların məhvinə səbəb olub.»(Ğurərul-Hikəm, hədis 2346) 2077. İmam Sadiq (ə): «Allahdan xeyir istəyən elə bir mömin bəndə olmayıb ki, Allahı onun qarşısına xoşagəlməz hadisə çıxartsa da, ona xeyir verməmiş olsun. (Çünki onun xeyri elə həmin hadisədədir).»(Biharul-Ənvar, c.91, səh.224, hədis 4) 2078. İmam Sadiq (ə) ibn Əbi Yəfurə Allahdan xeyir istəmək haqda buyurub: «Əvvəl Allahı böyüklük və əzəmətilə yad edib həmd-səna söyləyirsən, peyğəmbərə və onun Əhli-Beytinə (ə) salavat göndərdikdən sonra deyirsən: «Allahummə inni əsəlukə biənnəkə alimul-qeybi və şəhadətir-rəhmanir-rəhimi və əntə əllamül-quyub, əstəxirullahə və rəhmətihi (yəni, Ey Rəbbim, Sən qeybi və aşkarı bilənsən, rəhman və rəhimsən, Sən bütün sirləri bilənsən, Səndən ehtiyacımı diləyirəm. Allahdan rəhmətinin köməyi ilə xeyir istəyirəm.)»(Biharul-Ənvar c.91, səh.256, hədis 1) 2079. İmam Sadiqin (ə) «bəzən bir işi görməyi qərara alıram. Onun barəsində Allahdan xeyir istəyirəm, amma fikrim bir nəticəyə çatmır.» deyən şəxsə cavabından: «Quranı aç və gördüyün ilk ayəyə uyğun olaraq Allahın istəyi ilə əməl et.»( Təhzibul-Ehkam, c.3, səh.310, hədis 960) 2080. İmam Sadiq (ə): «İki rəkət namaz qıl və Allahdan xeyir istə. Çünki Allaha and olsun, Rəbbindən xeyir diləyən elə bir müsəlman olmayıb ki, Allah mütləq ona xeyir və yaxşılıq bəxş etməmiş olsun.»(əl-Kafi, c.3, səh.470, hədis 1) | |
Views: 911 | Rating: 0.0/0 |
Total comments: 0 | |