«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-03-28, 11:21 PM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » İxlas

İxlas
Mizanul-hikmət 
129. İxlas

614. İxlas
Quran: 
     «(Şeytan) Dedi: Sənin izzətinə and olsun ki, onların arasından Sənin seçilmiş və ixlasla ibadət edən bəndələrindən başqa hamısını azdıracam…». (Sad surəsi, ayə 82-83)
     Hədis:
     1869. İmam Əli (ə): «İxlas dinin ən yekun dərəcəsidir».(Ğurərul-hikəm, hədis 727)
     1870. İmam Əli (ə): «İxlas (Allaha) yaxın olan kəslərin ibadətidir». (Ğurərul-hikəm, hədis 667)
     1871. İmam Əli (ə): «İxlas ibadətin ölçü və meyarıdır».(Ğurərul-hikəm, hədis 859)
     1872. İmam Əli (ə): «İxlas imanın zirvəsidir».(Ğurərul-hikəm, hədis 860)
     1873. İmam Əli (ə): «Nicat və xilas ixlasdadır».(Tənbihul-xəvatir, c.2, səh.154)
     1874. İmam Əli (ə): «Xoş o kəsin halına ki, əməli və elmi, dostluğu və düşmənçiliyi, götürməyi və qoymağı, nitqi və sükutu, əməli və danışığı yalnız Allah üçün ola».(Tuhəful-uqul, səh.100)
     615. İxlasın çətin olması
     1875. İmam Əli (ə): «Əməli xalisləşdirmək əməlin özünü yerinə yetirməkdən çətin, əməl edənlər üçünsə niyyəti fəsaddan və qarışıqdan təmizləmək uzunmüddətli cihaddan daha ağırdır». (Biharul-ənvar, c.77, səh.288, hədis 1)
     1876. İmam Səccad (ə): «Əməl xalisləşənədək onda sabitqədəm olmaq əməlin özündən çətindir». (əl-Kafi, c.2, səh.16, hədis 4)
     616. İşin az, amma ixlasla olmasının kifayət etməsi
     1877. «əl-Kafi» kitabından: Allah-Taalanın Musaya (ə) kəlamlarından: «Ey Musa! Mənə xatir görülən hər bir işin azı çox, Məndən qeyrisi üçün yerinə yetirilən işin çoxu azdır».(əl-Kafi, c.8, səh.46, hədis 8)
     1878. Allahın Peyğəmbəri (s): «Qəlbini xalis et, az iş sənə kifayət edər». (Biharul-ənvar, c.73, səh.175, hədis 15)

     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: İxlas | Added by: IslamQadini (2011-06-17)
Views: 889 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]