Main » Articles » Mizanul – hikmət (2-ci cild) » İxtilaf |
Mizanul-hikmət
Mizanul-hikmət 132. İxtilaf 623. İnsanlar vahid ümmət olublar Quran: «İnsanlar yalnız vahid bir ümmət idilər. Sonra aralarına ixtilaf düşdü. Əgər bundan əvvəl sənin Rəbbin tərəfindən bir söz (vədə) gəlməsəydi, ixtilafda olduqları şey haqda hökm verilmişdi». (Yunus surəsi, ayə 19) Hədis: 1897. İmam Baqir (ə): «Nuhdan qabaq insanlar ilahi fitrət əsasında bir (vahid) ümmət idilər, nə hidayət olurdular, nə də yolunu azanlardan idilər. Sonra, Allah-Taala Peyğəmbərləri göndərdi». (Nurus-səqəleyn, c.1, səh.209, hədis 784) 624. İxtilafları kənara qoymağa həvəsləndirmək Quran: «Hamılıqla Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın. Allahın sizə bəxş etdiyi nemətləri yada salın ki, bir zaman siz düşmən olarkən O, qəlblərinizi bir-birinizə mehriban etdi və Onun bu nemətinə görə qardaş oldunuz». (Ali-İmran surəsi, ayə 103) 1898. Allahın Peyğəmbəri (s): «Öz peyğəmbərindən sonra, ixtilafa düçar olan elə bir ümmət olmadı ki, onların batilə uğrayanları haqq tərəfdarlarına qalib gəlməsin».(Kənzul-ummal, hədis 929) 1899. İmam Əli (ə): «Cəmiyyətin əksəriyyəti ilə birgə olun. Çünki Allahın əli camaatladır. Bir-birinizdən ayrılmayın ki, sürüdən ayrı düşən qoyun canavara yem olduğu kimi insanlardan ayrı düşən də şeytana yem olar». (Nəhcül-bəlağə, xütbə 127) 1900. İmam Əli (ə): «Allaha and olsun, zənnimcə, bu camaat tezliklə sizə qalib gələcək. Çünki onlar öz batil əqidələrində həmrəy və bir-biri ilə müttəfiqdir. Sizsə, öz haqq əqidənizdə təfriqəyə və parçalanmaya düçar olmusunuz». (Nəhcül-bəlağə, xütbə 25) 1901. İmam Əli (ə): «Heç vaxt bir-birinə zidd iki dəvət olmayıb ki, onlardan (həmin iki dəvətdən) biri azğınlığa tərəf olmasın». (Nəhcül-bəlağə, xütbə 283) 625. «Ümmətin ixtilafı rəhmətdir» kəlamının mənası 1902. Məani-əxbar kitabından: «Əbdulmömin Ənsari İmam Sadiqə (ə) ərz etdi: «Bir dəstə insan rəvayət edir ki, Allahın Peyğəmbəri (s) buyurub: «Mənim ümmətimin ixtilafı rəhmətdir». İmam (ə) buyurdu: «Doğru deyirlər» (Əbdulmömin deyir) Əzr etdim: «Əgər onların ixtilafı rəhmətdirsə, onda onların vəhdəti əzabdır?» Həzrət buyurdu:«Bu hədisin mənası sənin və onların başa düşdüyü kimi deyil. Əslində peyğəmbər Allahın bu «Niyə onların hər bir dəstəsindən müəyyən sayda camaat köçmür…» kəlamını nəzərdə tutmuşdur. Allah onlara əmr etdi ki, hər yerdən Peyğəmbərin (s) yanına gəlib dərs alsınlar, sonra öz xalqlarının yanına qayıtsınlar və öz biliklərini onlara öyrətsinlər. Peyğəmbərin (s) məqsədi ixtilaf dedikdə dində olan ixtilaf və parçalanma deyil, onların öz şəhərlərindən gəliş-gedişidir. Çünki din vahiddir». (Məanil-əxbar, səh.157, hədis 1) 626. Camaat və ayrılığın mənası 1903. İmam Sadiq (ə): «Peyğəmbərdən (s) ümmətinin camaatı barədə soruşduqda buyurdu: «Mənim ümmətimin camaatı, hərçənd onlar az olsalar da, haqq tərəfdarlarıdır». (Məanil-əxbar, səh.154, hədis 1) 627. Təfriqə və ayrılığın səbəbi 1904. İmam Əli (ə): «Siz bir-birinizin din qardaşısınız, sizin aranızda ayrılıq salanın batini çirkin və əxlaqi pisdir. Buna görə, bir-birinizin yükünü götürmür, xeyirxahlıq etmir və bir-birinizə səxavətli deyilsiniz, bəxşişlər vermirsiniz və məhəbbət bəsləmirsiniz». (Nəhcül-bəlağə, xütbə 113) 1905. İmam Əli (ə): «Əgər cahil sükut etməyi seçsəydi, insanlar ixtilafa düçar olmazdı». (Biharul-ənvar, c.78, səh.81, hədis 75) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri
| |
Views: 876 | Rating: 0.0/0 |
Total comments: 0 | |