«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-25, 3:41 AM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Müxlis

Müxlis
Mizanul-hikmət 
130. Müxlis (əməlini ixlasla, Allaha xatir yerinəyetirən şəxsdir)

1879. Allahın Peyğəmbəri (s): «Yalnız öz elminə əməl edənlərindən başqa alimlərin hamısı məhv olar. Yalnız ixlasla əməl edənlərdən başqa, əməl edənlərin də hamısı məhv olar. İxlasla əməl edənlərin özü də təhlükədədirlər». (Tənbihul-xəvatir, c.2, səh.118)
     1880. İmam Sadiq (ə) Müfəzzəl ibni Salehə: «Həqiqətən, Allahın ixlasla əməl edən bəndələri vardır, Allah da öz xalis əcr və mükafatından onlara bəxş edər. Bunlar Qiyamət günü əməl dəftərləri boş (yazısız) olan kəslərdir. Onlar Allah qarşısında dayananda Allah-Taala o əməl dəftərlərini onlarla Özü arasında olan sirlə doldurar» (Rəvayətçi deyir) Ərz etdim: «Ey mənim ağam, bu niyə belədir (yəni, əməl dəftərləri ağ və yazısızdır)?» Buyurdu: «Çünki Allah-Taala onların şənini Özü ilə onların arasında olan əlaqəsini mühafizəçi mələklərin xəbərdar olmalarından daha uca etmişdir». (İddətud-dai, səh.194)
     1881. Cəbrayıl (ə) Peyğəmbərin (s) ixlas barədə sualının cavabında buyurub: «Muxlis, o kəsdir ki, özü bir şeyi əldə etməyincə insanlardan heç nə istəməsin, həmin şeyi əldə edəndə razı olsun və o şeydən yanında bir qədər qalmış olsa başqalarına bəxş etsin. Çünki məxluqdan bir şey istəməyən, Allah üçün bəndəliyini etiraf etmişdir. Öz məqsədinə çatıb razı olanda, Allahdan razı olmuşdur və Allah-Taala da ondan razıdır. Özünə qalan şeydən Allaha xatir bəxş edəndə öz Rəbbinə etimad mərtəbəsinə yetişmişdir». (Nurus-səqəleyn, c.3, səh.15, hədis 50)
     618. Əməllərin qəbul olunmasında ixlasın rolu
     1882. Allahın Peyğəmbəri (s): «Bir iş görəndə onu yalnız Allah üçün gör. Çünki O, bəndələrin yalnız xalis əməllərini qəbul edir». (Biharul-ənvar, c.77, səh.103, hədis 1)
     1883. İmam Sadiq (ə): «Allah-Taala buyurmuşdur: Mən ən yaxşı şərikəm. Öz əməlində mənə şərik gətirən kimsənin, yalnız xalis mənim üçün olanlardan başqa heç bir əməlini qəbul etmərəm». (Mustədrakul-vəsail, c.1, səh.100, hədis 87)

     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Müxlis | Added by: IslamQadini (2011-06-17)
Views: 1004 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]