«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2024-12-22, 5:04 AM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Şerab

Mizanul-hikmət
Mizanul-hikmət 
137. Şərab

646. Şərab
1973. Allahın Peyğəmbəri (s): «Şərab və iman heç vaxt bir kəsin daxilində, ya qəlbində bir yerdə olmaz».(Biharul-ənvar, c.79, səh.152, hədis 46)
     1974. Allahın Peyğəmbəri (s): «Şərab, pisliklərin və böyük günahların anasıdır». (Kənzul-ummal, hədis 13181)
     1975. Allahın Peyğəmbəri (s): «Bütün pisliklər bir evə yığışıb və bu evin açarı şərab içməkdir». (Biharul-ənvar, c.79, səh.148)
     647. Şərabın haram edilməsinin səbəbi
     1976. İmam Əli (ə): «Allah-Taala əqli qorumaq üçün şərabxorluğun tərk olunmasını vacib etdi». (Nəhcül-bəlağə, hikmət 445)
     1977. İmam Rza (ə): «Allah-Taala şərabı haram etdi. Ona görə ki, şərab pozğunluq gətirər, şərab onu içənlərin əqlini dəyişdirir, onları Allahı inkar etməyə, Allaha və Onun peyğəmbərinə töhmət vurmağa, böhtan atmağa vadar edir. Eləcə də, şərab içənlər fəsad və qətl kimi (cinayət) əməllər törədirlər». (Uyune əxbare Rza (ə), c.2, səh.98, hədis 2)
     648. Şərabxorluğun aqibəti
     1978. İmam Əli (ə): «Sərxoş, Allahın görüşünə bütpərəst kimi gələcək». (əl-Xisal, səh.632)
     1979. İmam Əli (ə): «Məstedici içki içən hər bir kəsin qırx gecə və gündüz namazı qəbul olunmur». (əl-Xisal, səh.632)
     649. Şərabxorla rəftar tərzi
     1980. Allahın Peyğəmbəri (s): «Əgər şərabxor söz desə, onu təsdiq etməyin, elçiliyə gəlsə ona qız verməyin, xəstələnsə ona baş çəkməyin, ölsə dəfnində iştirak etməyin və ona əmanət tapşırmayın». (Biharul-ənvar, c.79, səh.127)
     1981. Allahın Peyğəmbəri (s): «Şərabxor kükürdə bənzəyir. Ona yaxın getməyin ki, kükürd pis iy verdiyi kimi, o da sizi pis qoxulu edər». (Biharul-ənvar, c.79, səh.150, hədis 64)
     650. Şərabxorun qəbrdən (Qiyamət günü) qalxması
     1982. İmam Sadiq (ə): «Bu dünyada məstedici içkilər içən kəslər təşnə ölərlər, təşnə halında qəbrdən qalxar və təşnə halda da Cəhənnəmə gedərlər». (Səvabul-əmal, səh.290, hədis 5)
     651. Şərabxorluğu tərk etməyə həvəsləndirmək
     1983. Allahın Peyğəmbəri (s): «Hər kəs Allahdan qeyrisi üçün (də olsa) şərabxorluğu tərk edərsə, Allah-Taala ona (Cənnətdə) pak və möhürlənmiş şərabdan içirdər». Əli (ə) ərz etdi: «Allahdan qeyrisi üçün?» Buyurdu: «Bəli, Allaha and olsun, özünü (sağlamlığını) qorumaq üçün». (Biharul-ənvar, c.79, səh.150, hədis 64)
     652. Şərab təsiri göstərən hər şeyin qadağan olunması
     1984. İmam Kazim (ə): «Allah-Taala şərabı onun adına görə deyil, nəticələrinə görə haram etmişdir. Buna əsasən, şərabın nəticələrinə malik olan hər bir şey də şərabdır (hökmündədir)». (əl-Kafi, c.6, səh.412, hədis 2)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri
Category: Şerab | Added by: IslamQadini (2011-11-16)
Views: 956 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]