«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 10:03 AM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Xəvaric

Xəvaric
Mizanul-hikmət 
124. Xəvaric

604. Mariginlər
Quran: 
     «De: Sizə əməllərində ən çox ziyana uğrayan insanları tanıtdırımmı? Onlar yaxşı iş gördüklərini güman etdikləri halda, dünyadakı səyləri puç olan kimsələrdir». (Kəhf surəsi, ayə 104)
     Hədis: 
     1842. «Kənzul-Ummal» kitabından: «Allahın Peyğəmbəri (s) Hüneyn (müharibəsi) günü qızıl külçələri bölürdü. Yoldan bir kişi gəlib dedi: «Ey Məhəmməd, ədalətli ol! Allahın Peyğəmbəri (s) buyurdu: «Vay olsun sənə! Əgər mən ədalətli deyiləmsə, bəs onda ədalətli kimdir? (Yaxud buyurdu:) Məndən sonra ədaləti kimdə tapacaqsınız?» Bu vaxt buyurdu: «Tezliklə buna bənzər insanlar gələcəklər. Onlar Allahın kitabına düşmən olduqları halda onu tələb edəcəklər. Allahın kitabını oxuyarlar, amma (oxuduqları) hülqumlarından aşağı getməz. Başları qırxıq olar. Onlar baş qaldıran zaman boyunlarını vurun». (Kənzul-ummal, hədis 31610)
     1843. İmam Əli (ə) (Bir nəfər yuxarıda xatırlanan ayəni o Həzrətin (ə) hüzurunda oxuyanda buyurdu): «Xəvaric bu kəslərdəndir». (Nəhcül-bəlağənin şərhi, c.2, səh.278)
     1844. İmam Əli (ə): «Allahın Rəsulundan (s) eşitdim ki, axirəz-zamanda azyaşlı, quşbeyin bir camaat baş qaldırar. Sözlərin ən yaxşılarını danışar, sizdən çox namaz qılarlar, Quran oxuyarlar. Amma, onların imanı hülqumlarından aşağı getməz. Ox kamandan çıxan kimi onlar da dindən çıxacaqlar. Onları öldürün». (Nəhcül-bəlağənin şərhi, c.2, səh.267)
     605. Xəvaric öldürüləndən sonra
     1845. İmam Əli (ə) xəvaricin cənazələrinin yanından keçərkən buyurdu: «Vay sizin halınıza, sizi aldadan sizə çox ziyan vurdu». Ərz etdilər: «Ey Əmirəl-möminin! Onları kim aldatdı? Buyurdu: «Yoldan azdıran şeytan və pisliyə əmr edən nəfs xam arzularla onları aldatdı. Günah meydanını onlar üçün genişləndirdi, onlara qələbə vədəsi verdi və bu vaxt onları alovun ağuşuna atdı». (Nəhcül-bəlağənin şərhi, c.2, səh.235)
     1846. «Nəhcül-Bəlağə» kitabından: «Xəvaric öldürüləndən sonra Əmirəl-mömininə (ə) ərz etdilər: «Ey Əmirəl-möminin! Bu camaatın hamısı məhv oldu?». Həzrət buyurdu: «Heç vaxt, Allaha and olsun, onlar kişilərin belində və qadınların rəhmlərindəki nütfələrdir. Onlardan bir budaq bitən kimi kəsilər və bu, onlardan bir dəstə yolkəsən və oğru törənib qalanadək davam edəcək». (Nəhcül-bəlağə, xütbə 60)
     1847. İmam Əli (ə): «Ey insanlar! Mən fitnənin gözünü çıxartdım və bunu onun (fitnənin) zülmət qaranlığı hər yeri bürüdüyü, quduzluğu və şiddəti son həddə çatdığı və məndən başqa onun qarşısını almağa heç kəsin cəsarəti çatmadığı bir vaxt etdim».(Nəhcül-bəlağə, xütbə 93)
     606. İmamın özündən sonra xəvaricin öldürülməsini qadağan etməsi 
     1848. İmam Əli (ə): «Məndən sonra xəvariclə döyüşməyin (onları öldürməyin). Çünki haqqı tələb edən və ona çatmayan, batil axtaran və onu əldə edən kimi deyildir».(Nəhcül-bəlağə, xütbə 61)

     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Xəvaric | Added by: IslamQadini (2011-06-17)
Views: 881 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]