«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2024-12-22, 5:17 AM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Xəyanet

Mizanul-hikmət
Mizanul-hikmət 
139. Xəyanət

662. Xəyanət
2017. Allahın Peyğəmbəri (s): «Sənə xəyanət edənə xəyanət etmə ki, sən də onun kimi olarsan». (Biharul-ənvar, c.103, səh.175, hədis 3)
     2018. Allahın Peyğəmbəri (s): «Əmanətə xəyanət edən bizdən deyil». (Biharul-ənvar, c.75, səh.172, hədis 14)
     2019. İmam Əli (ə): «Xəyanət ikiüzlülüyün mənşəyidir». (Ğurərul-hikəm, hədis 969)
     2020. İmam Sadiq (ə): «Mömin, xəyanət və yalandan başqa, hər xasiyyəti götürə bilər». (əl-İxtisas, səh.231)
     2021. Müaviyyə ibn Əmmar: «İmam Sadiqə (ə) ərz etdim: «Mən bir nəfərə müəyyən məbləğ pulu əmanət verirəm, o isə, ona bir şey tapşırdığımı inkar edir. Bir müddət sonra o mənə mal tapşırır. Belə olan halda mən ona tapşırdığım (və mənə vermədiyi) pulun əvəzində bu malı özümə götürə bilərəmmi?» Buyurdu: «Xeyr. Bu xəyanətdir». (Nurus-səqəleyn, c.2, səh.144, hədis 68)
     2022. Əbu Səmamə: «İmam Baqirin (ə) xidmətinə gəlib ərz etdim: Sənə qurban olum, mən Məkkənin yaxınlığına köçmək istəyirəm və mürciə borcluyam, nə buyurursan?» Buyurdu: «Öz borcunu qaytar. Ehtiyatlı ol ki, boynunda borc qalmadan Rəbbinin görüşünə gedəsən. Çünki mömin xəyanət etməz». (Mür-İslam dinindən dönən və kafir hökmündə olan bir məzhəbdir). (İləluş-şəraye, səh.528, hədis 7)
     663. Xain və xəyanətin mənası
     2023. Allahın Peyğəmbəri (s): «Din qardaşının sirrini ifşa etmək xəyanətdir. Buna görə bu işdən uzaqlaş». (Biharul-ənvar, c.77, səh.8, hədis 3)
     2024. Allahın Peyğəmbəri (s): «Xəyanətkarın dörd nişanəsi var: rəhman olan Allaha itaətsizlik etmək: qonşularına əziyyət vermək, hamıya nifrət etmək, özbaşına və asi adamlara qoşulmaq». (Tuhəful-uqul, səh.22)
     2025. İmam Əli (ə): «Xəyanətkar, özünü Allahdan qeyrisi ilə məşğul edən və bugünü dünənindən pis olandır». (Ğurərul-hikəm, hədis 2013)
     2026. İmam Sadiq (ə): «Bizim dostların hər birindən onun din qardaşı hər hansı bir çətinliyi ilə əlaqədar kömək istəsə və o da ona kömək etmək üçün var qüvvəsi ilə çalışmasa, Allaha, peyğəmbərə və möminlərə xəyanət etmişdir». (Biharul-ənvar, c.75, səh.175, hədis 7)
     2027. İmam Cavad (ə): «İnsanın xəyanətkarlığına, xainlərin əmanətini saxlaması kifayət edər». (Biharul-ənvar, c.78, səh.364, hədis 4)
     664. Xəyanətin zirvəsi
     2028. İmam Əli (ə): «Səmimi dosta xəyanət etmək və əhd-peymanları pozmaq xəyanətin zirvəsidir». (Ğurərul-hikəm, hədis 6374)
     2029. İmam Əli (ə): «Ən pis xəyanətlərdən biri, tapşırılan şeylərə xəyanət etməkdir».(Ğurərul-hikəm, hədis 9310)
     2030. İmam Əli (ə): «Ən böyük xəyanət xalqın xəyanəti və ən pis hoqqabazlıq rəhbərlərin hoqqabazlığıdır». (Nəhcül-bəlağə, məktub 26)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Xəyanet | Added by: IslamQadini (2011-11-16)
Views: 903 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]