«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2024-04-24, 7:08 PM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Xalis din

Xalis din
Mizanul-hikmət 
131. Xalis din


Quran: 
     «De: Mənə Allaha ibadət və dini xalis Onunçün etmək əmr olunmuşdur. Mənə ilk müsəlman olmaq buyurulmuşdur». (Zumər surəsi, ayə 11-12)
     Hədis: 
     1884. Allahın Peyğəmbəri (s): «Haramlardan uzaqlaşmaq ixlasın kamilliyidir». (Kənzul-ummal, hədis 44339)
     1885. İmam Sadiq (ə): «Kim ixlasla «Lə iləhə illəllah» desə Cənnətə gedər və onun ixlası bundan ibarətdir ki, «Lə iləhə illəllah» onu Allahın haram etdikləri şeylərdən çəkindirsin». (Biharul-ənvar, c.8, səh.359, hədis 24)
     620. İxlasın həqiqəti
     1886. Allahın Peyğəmbəri (s): «Hər haqqın həqiqəti var. Bəndə də, Allah üçün etdiyi əməlin müqabilində təriflənib öyülməməsini istəməyənədək ixlasın həqiqətinə yetişməyəcək». (Biharul-ənvar, c.72, səh.304, hədis 51)
     1887. İmam Əli (ə): «Xalis ibadət, insanın öz Rəbbindən başqa bir kimsəyə ümid bəsləməməsi və öz günahından başqa heç nədən qorxmamasıdır». (Ğurərul-hikəm, hədis 2128)
     1888. İmam Sadiq (ə): «Xalis əməl odur ki, onu etdiyinə görə Allahdan başqa bir kəsin səni tərifləməsini istəməyəsən». (əl-Kafi, c.2, səh.16, hədis 4)
     621. İxlas gətirən şey
     1889. İmam Əli (ə): «İxlasın səbəbi əminlikdir». (Ğurərul-hikəm, hədis 55382)
     1890. İmam Əli (ə): «(Yaranış və axirət haqda) Elmin meyvəsi əməlin ixlasla görülməsidir». (Ğurərul-hikəm, hədis 4643)
     1891. İmam Əli (ə): «Arzularını azalt, əməllərin xalis olar». (Ğurərul-hikəm, hədis 6793)
     1892. İmam Əli (ə): «İxlasın kökü, xalqın əlində olanlardan gözünü çəkməkdir».(Ğurərul-hikəm, hədis 3088)
     622. İxlasın nəticələri
     1893. Allahın Peyğəmbəri (s): «Əgər bəndə qırx sübh Allaha ixlasla ibadət edərsə, hikmət çeşmələri onun qəlbindən dilinə axar». (Uyuni əxbari-Rza (ə), c.2, səh.69, hədis 321)
     1894. Allahın Peyğəmbəri (s): «Allah-Taala buyurur: Bəndəmin qəlbinə baxıb, Mənə ixlasla və Mənim razılığımı qazanmaq üçün ibadət etdiyini görəndə onun işlərinin nizamını və tədbirini öz öhdəmə götürərəm». (Biharul-ənvar, c.75, səh.136, hədis 16)
     1895. İmam Əli (ə): «Niyyətini xalis edən kəs alçaqlıqdan uzaq olar». (Ğurərul-hikəm, hədis 8447)
     1896. İmam Sadiq (ə): «Bütün əşyalar möminin müqabilində təvazökarlıq edər və onun heybətindən qorxar». Sonra buyurdu: «Əgər Allah üçün ixlasla iş görərsə, Allah-Taala hər şeyi, hətta yerin gəmirici və yırtıcı heyvanlarını, havadakı quşları ondan qorxudar». (Biharul-ənvar, c.70, səh.248, hədis 21)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Xalis din | Added by: IslamQadini (2011-06-17)
Views: 863 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]