«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-12-26, 8:39 PM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Xeyir

Mizanul-hikmət
Xeyir
665. Yaxşılıq
2031. Allahın Peyğəmbəri (s):«Yaxşılıq əkən tezliklə yaxşılıq biçər.»(Nurus-Səqəleyn, c.5, səh.341, hədis 16)
2032. İmam Əli (ə):«Xeyir əməl əbədi qalan qazanc, saf və təravətli meyvədir.»(Nurus-Səqəleyn, c.1, səh.589, hədis 33)
2033. İmam Əli (ə):«Xeyir ağacı əkən ondan ən şirin meyvələr dərər».(əl-Kafi, c.1, səh.200, hədis 1)
2034. İmam Əli (ə):«Kim xeyirli bir iş görərsə, bu işin nəticəsi hamıdan əvvəl onun özünə yetişər.»(əl-Kafi, c.1, səh.200, hədis 1)
2035. İmam Əli (ə):«Yaxşı iş, pis işdən asandır.»(Bəqərə, ayə 124)
666. Xeyirlərin toplusu
2036. Allahın Peyğəmbəri (s):«Allahdan qorxmaq bütün xeyirlərin toplusudur.»(əl-Kafi, c.1, səh.175, hədis 2)
2037. İmam Əli (ə):«Üç şey xeyirlərin cəmidir: nemət bəxş etmək, əhd-peymana sadiq olmaq və sileyi-rəhm.»(əl-Kafi, c.1, səh.178, hədis 5)
2038. İmam Əli (ə):«Əbədi qalan şeylərə əməl etmək və yox olub aradan gedən şeyləri alçaq bilmək bütün xeyirlərin cəmidir.»(Biharul-Ənvar, c.23 səh.37, hədis 65)
2039. İmam Əli (ə):«Allaha xatir dostluq və Allaha xatir düşmənçilik etmək, Allaha xatir sevmək və Allaha xatir nifrət etmək bütün xeyirlərin cəmidir.»(əl-Kafi, c.1, səh.177, hədis 2)
2040. İmam Səccad (ə):«Bütün xeyirləri, tamah gözünü xalqın mal-dövlətindən çəkməkdə gördüm.»(Hədisin ərəbcə olan mətnində işlənmiş لم يعرف felinin fail əvəzləyicisi barəsində bir neçə ehtimal var: Allah , imam, haqq və batil. Amma biz bəhsin Adı ilə əlaqədar ikinci ehtimalı daha düzgün sayırıq. (tərcüməçi))
2041. İmam Səccad (ə):«Bütün xeyir və yaxşılıqlar nəfsi saxlamaqdadır.»(Biharul-Ənvar, c.23, səh.46, hədis 91)
667. Dünya və axirət xeyirlərinə yetişməyin amilləri
2042. Allahın Peyğəmbəri (s):«Dörd şey kimə verilərsə dünya və axirət xeyirləri ona verilmişdir: dözümlü bədən, Allahı zikr edən dil, şükr edən qəlb və ləyaqətli zövcə.»(Biharul-Ənvar, c.23, səh.23, hədis 26)
2043. İmam Əli (ə):«Dünya və axirətin xeyri əməli saleh insanlarla sirdaşlıq və dostluq etməkdə cəm olmuşdur.»(əl-Kafi, c.1, səh.179, hədis 10)
2044. İmam Əli (ə) :«Kimdə üç xislət olarsa dünya və axirətin xeyirləri onun ruzisi olmuşdur. Bunlar Allahın qəzavü qədərinə razı olmaq, çətinlik və bəlada səbr göstərmək, rahatlıq və rifahda şükr etməkdir.» (Biharul-Ənvar, c.23, səh.51, hədis 101)
2045. İmam Əli (ə):«Sübhan olan Allah bəndəyə dünya və axirət xeyirlərindən hər bir şeyi, yalnız onun gözəl əxlaqına və pak niyyətinə görə bəxş etmişdir.»( İsra, ayə 71)
2046. İmam Əli (ə):«Kimə bu dörd xislət verilibsə dünya və axirətin xeyirləri ona verilmişdir: doğru danışmaq, əmanətdarlıq, bətnini haramdan qorumaq və gözəl əxlaq.»(Biharul-Ənvar, c.8, səh.10, hədis 3)
668. Xeyrin izahı
2047. İmam Əli (ə): «Mal-dövlətin və övladların çoxluğu xeyir və yaxşılıq demək deyil. Əslində, xeyir sənin dərin elmə və böyük səbrə malik olmağın, Rəbbinə ibadət etdiyinə görə xalq arasında başucalığın, xeyir iş gördüyün zaman Allaha şükr etməyin və pislik edəndə Rəbbindən bağışlanmağını diləməyindir.»(Biharul-Ənvar, c.23, səh.76, hədis 1)
2048. İmam Həsən (ə): «Onda heç bir şərr və pisliyin olmadığı xeyir, nemətlərə şükr etmək və çətinliklər qarşısında səbr göstərməkdir.»(Kənzul-Ummal, hədis 464)
669. Allah bəndənin xeyrini istədikdə...
2049. Allahın Peyğəmbəri (s): «Allah bəndənin xeyrini istəyəndə onu dində fəqih və dərrakəli, dünyaya etinasız və öz eyblərini görən edər.»(Biharul-Ənvar, c.23, səh.83, hədis 22)
2050. Allahın Peyğəmbəri (s): «Allah bəndənin xeyrini istəyən zaman, onu yuxuda məzəmmət edər.»(əl-Kafi, c.1, səh.185, hədis 11)
2051. Allahın Peyğəmbəri (s): «Allah bəndənin xeyrini istəyən zaman onu bala çəkər.» Dedilər:«Onu necə bala çəkər?» Buyurdu:«Ölümündən qabaq ona yaxşı bir iş görməyi nəsib edər və sonra onun canını alar.»(Biharul-Ənvar, c.23, səh.88, hədis 32)
2052. İmam Əli (ə): «Allah bəndənin xeyrini istədikdə ona qənaətcillik nemətini bəxş edər və zövcəsini ləyaqətli edər.»(əl-Kafi, c.1, səh.187, hədis 11)
2053. İmam Sadiq (ə): «Allah bəndənin xeyrinin istəyən zaman, onun qəlbində ağ nöqtə yaradar. Bunun da nəticəsində qəlb haqqın tələbinə qalxıb dolanmağa başlayar. Bu zaman, o, yuvasına çatan quşdan da tez sizin əqidənizə qovuşar.»( Səcdə, ayə 24)
670. Allah bir xalqın xeyrini istəyən zaman...
2054. Allahın Peyğəmbəri (s): «Allah bir xalqın xeyrini istəyən zaman onlarda dinini tanıyanların sayını artırıb cahillərinin sayını azaldar. Beləliklə, fəqih bir söz söyləyəndə özünə tərəfdar tapar və cahil bir söz deyən zaman məğlub olar.»(Yunus, ayə 35)
2055. Allahın Peyğəmbəri (s): «Allah-taala bir xalqın yaşamasını və inkişafını istəyəndə onlara qənaətcillik və şərafət nemətini bəxş edər.»( Bəqərə, ayə 247)
2056. Allahın Peyğəmbəri (s): «Allah-taala bir ailənin xeyrini istəyən zaman, onları (bu ailənin üzvlərini) dində agah və dərrakəli edər, kiçikləri böyüklərinə hörmətlə yanaşar, ailədə bir-birinə qarşı mülayim olmağı və nəvaziş göstərməyi, ailə xərclərində qənaətcilliyi və israf etməməyi onlara nəsib edər. Onları öz eyblərindən agah edər ki, nöqsanlarından əl çəkib tövbə etsinlər. Əgər Allah-taala bir ailənin xeyrini istəməsə onları öz başına buraxar.»( Nəhcül-Bəlağənin şərhi, c.7, səh.36)
671. Xeyir işlərdə tələsməyə təşviq
2057. Allahın Peyğəmbəri (s) : «Xeyir işin qapısı bir kəsin üzünə açılan zaman, həmin şəxs əlinə düşən bu fürsətdən istifadə etməyə tələsməlidir. Çünki bu qapının nə vaxt onun üzünə bağlanacağını bilmir.»(Ğurərul-Hikəm, hədis 11010)
2058. Allahın Peyğəmbəri (s): «Allah-taala tez bir müddətdə həyata keçən xeyir işi sevər.»(Nəhcül-Bəlağə, hikmət 110)
2059. İmam Əli (ə): «Xeyir işi tez yerinə yetirməyə tələsin ki, başqa bir işlə məşğul olduğunuza görə o (xeyir) işdən qalmayasız.»(Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.18, səh.220 və 274)
2060. İmam Sadiq (ə): «Atam buyurardı:«Elə ki, xeyirli bir işi görmək niyyətində oldun, onu yerinə yetirməyə tələs. Çünki başına nə gələcəyini bilmirsən.»(Biharul-Ənvar, c.68, səh.389, hədis 39)
2061. Allahın Peyğəmbəri (s): «Ən yaxşı işlər vacib əməllər, ən pis işlər isə bidətlərdir.»( İbn Əbil Hədid bu ifadələrin şərhində yazır: «Çünki camaat rəhmsiz və zülmkar hökmdarlardan qorxduqları üçün ehtiyaclarını həll etmək üçün onlara müraciət etmirlər.» Mərhum Feyz həmin cümlələri belə tərcümə edib: ……ki, zülm və sitəm ilə müsəlmanları biçarə və dərdli edər.)
2062. Allahın Peyğəmbəri (s): «İşlərin ən xeyirlisi aqibəti ən xeyirli olanlarıdır.» (Mərhum Feyz bu cümlələri belə tərcümə edib: … nə də günlərin dəyişməsindən qorxan kimsəyə ki, bir dəstə ilə yoldaşlıq edərək digər bir dəstəni xar edir.)
2063. İmam Əli (ə): «İşlərin ən yaxşısı, başlanğıcı asan, sonu xoşa gələn və nəticələri bəyənilən işlərdir.»(Nəhcül-Bəlağə, xütbə 131)
2064. İmam Kazim (ə): «İşlərin ən yaxşısı onların orta həddə olanıdır.»(əl-İrşad, c.2, səh.39)
673.Kiçik xeyir əməli az hesab etməyin qadağan olunması
2065. İmam Əli (ə) : «Xeyir işi yerinə yetirin və onların heç birini kiçik sanmayın. Çünki onun kiçiyi böyük, azı da çoxdur.»(əl-Kafi, c.1, səh.285, hədis 4)
2066. İmam Sadiq (ə): «Heç vaxt yaxşı əməli kiçik sayma. Çünki sabah (Qiyamət günü) sən onu görəcəksən və o? səni şad edəcək.»
674. Yaxşılıq və pislik meyarı
2067. İmam Əli (ə): «Yaxşılıq və pislik yalnız insanlarla tanınar. Yaxşılığı tanımaq istəsən yaxşılıq et ki, onun əhlini tanıyasan. Pisliyi tanımaq istəsən pislik et, onda onun da əhlini tanıyarsan.»(əl-Kafi, c.1, səh.202, hədis 1)
675. Xeyirxahların sifətləri
2068. «Biharul-Ənvar»: «Merac hədisində deyilir: «Ey Əhməd! Həqiqətən, xeyir və axirət əhli utancaq və çox həyalı insanlardır. Onların cahillikləri az, mənfəətləri çox, məkrləri azdır, insanlar onlardan əziyyət görməzlər. Özləri özlərinə görə əziyyət çəkərlər, danışıqları düşünülmüşdür, öz nəfslərinin hesabatını apararlar və onu (nəfslərini) məzəmmət edərlər. Gözləri yuxuya gedər, amma qəlbləri oyaq olar, gözləri ağlardır, qəlbləri Allahı xatırlamaqla məşğuldur, başqa insanlar qafillərdən hesab olunan zaman onlar Allahı xatırlayanlardan sayılar... Heç bir şey, bir an olsa belə, onları Allahı xatırlamaqdan saxlamaz. Onlar nə çox yemək, nə çox danışmaq, nə də çox geyinmək həvəskarıdır. İnsanlar onların yanında ölü, Allah onların nəzərində həmişə diri və qəyyumdur.»(Biharul-Ənvar, c.40, səh.336, hədis 17)
676. Yaxşılıqdan daha yaxşı
2069. İmam Əli (ə) : «Yaxşılıqdan, yalnız onun mükafatı daha yax¬şıdır.»(Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.7, səh.167)
2070. İmam Sadiq (ə): «Doğru danışmaqdan daha yaxşı doğru danışandır. Yaxşılıqdan daha yaxşı yaxşılıq edəndir.»(Kənzul- Ummal, hədis 14313)
2071. İmam Hadi (ə): «Yaxşılıqdan daha yaxşısı yaxşılıq edəndir. Gözəllikdən daha gözəli gözəl danışandır. Elmdən daha yaxşısı elm sahibidir.»(Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.17, səh.16)
677. Xeyir işə yol göstərməyin dəyəri.
2072. Allahın Peyğəmbəri (s): «Xeyir işə yol göstərən, ona əməl edən şəxs kimidir.»( Biharul-Ənvar, c.23, səh.30, hədis 46)
2073. Allahın Peyğəmbəri (s): «Xeyir işə yol göstərənin əcri, ona əməl edənin əcri qədərdir.»( Biharul-Ənvar, c.23, səh.30, hədis 46)
Category: Xeyir | Added by: IslamQadini (2012-10-10)
Views: 1014 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]