«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2024-12-22, 4:44 AM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Əxlaq

Mizanul-hikmət
Mizanul-hikmət 
136. Əxlaq

635. Gözəl əxlaq
1932. Allahın Peyğəmbəri (ə): «İslam gözəl əxlaqdır».(Kənzul-ummal, hədis 5225)
     1933. Allahın Peyğəmbəri (s): «Gözəl əxlaq dinin yarısıdır». (əl-Xisal, səh.30, hədis 106)
     1934. İmam Əli (ə): «Gözəl əxlaq möminin kitabının sərlövhəsidir». (Biharul-ənvar, c.71, səh.392, hədis 59)
     1935. İmam Əli (ə): «Gözəl xasiyyət bütün yaxşılıqların mənşəyidir». (Ğurərul-hikəm, hədis 4857)
     1936. İmam Sadiq (ə): «Gözəl əxlaqdan ləzzətli həyat yoxdur». (İləluş-şəraye, səh.560, hədis 1)
     636. Gözəl əxlaqın səmərələri
     1937. Allahın Peyğəmbəri (s): «Bəndə, hərçənd ibadətdə zəif olsa da, özünün gözəl əxlaqı ilə axirətdə böyük dərəcələrə və ali məqamlara çatar». (Məhcətul-beyza, c.5, səh.93)
     1938. Allahın Peyğəmbəri (s): «Həqiqətən, xoşxasiyyət insan gündüzlər oruc tutan və gecələr ibadət edən kəsin savabına sahibdir». (əl-Kafi, c.2, səh.100, hədis 5)
     1939. Allahın Peyğəmbəri (s): «Əməllər tərəzisində gözəl əxlaqdan ağır bir şey yoxdur». (Uyuni-əxbari Rza (ə), c.2, səh.37, hədis 98)
     1940. Allahın Peyğəmbəri (s): «Sizlərdən mənə ən sevimli və Qiyamət günü ən yaxın olan şəxs ən xoşxasiyyətliniz və ən çox təvazökar olanınızdır». (Biharul-ənvar, c.71, səh.385, hədis 26)
     1941. Allahın Peyğəmbəri (s): «Əxlaqı daha gözəl olan möminin imanı daha kamildir».(Əmali, Tusi, səh.140, hədis 227)
     637. Gözəl əxlaqın mənası
     1942. İmam Əli (ə): «Gözəl əxlaq üç şeydədir: haram işlərdən uzaqlaşmaqda, halal dalınca getməkdə, ailənin asayişini və rifahını təmin etməkdə». (Biharul-ənvar, c.71, səh.394, hədis 63)
     1943. İmam Əli (ə): «Salam vermək gözəl əxlaqdan irəli gəlir». (Ğurərul-hikəm, hədis 3404)
     1944. İmam Sadiq (ə) və gözəl əxlaqın mənası barədə verilən sualın cavabında: «Gözəl əxlaqlı insan yumşaq xasiyyətli, mehriban, danışığında saf və ədəbli olan, qardası ilə mehriban rəftar edən kəsdir». (Məanil-əxbar, səh.253, hədis 1)
     638. Ali əxlaqi sifətlər
     1945. Allahın Peyğəmbəri (s): «Allah-Taala gözəl xasiyyətləri sevər və alçaq xasiyyətlərdən xoşlanmaz». (Kənzul-ummal, hədis 5225)
     1946. İmam Əli (ə): «Sizə, əxlaqi kəramətləri kəsb etməyi tövsiyə edirəm. Çünki onlar yüksəliş və başıucalığın mənşəyidir. Pis xasiyyətlərdən uzaqlaşın, Çünki onlar şərəfli insanları alçaq edər, əzəmət və alicənablığı aradan götürər». (Biharul-ənvar, c.78, səh.53, hədis 79)
     1947. İmam Əli (ə): «Əxlaqi kəramətləri əldə etmək yolunda ciddi və sabitqədəm olun». (Ğurərul-hikəm, hədis 4712)
     639. Əxlaqi kəramətlərin izahı
     1948. Allahın Peyğəmbəri (s): «Həqiqətən, mən əxlaqi kəramətləri kamilliyə çatdırmaq üçün göndərilmişəm». (Kənzul-ummal, hədis 2517)
     1949. İmam Sadiq (ə): «Allah-Taala öz peyğəmbərinə (s) əxlaqi kəramətləri ilə imtiyaz verdi. Beləliklə, siz də özünüzü imtahan edin. Əgər bu xoş xasiyyətlərdən sizdə varsa, Allaha şükr edin və bu kəramətlərin artmasını diləyin». Sonra onlardan onunu saydı: əminlik, qənaət, səbr, şükr, dözümlülük, xoş xasiyyət, səxavət, qeyrət, şücaət, mərdlik».(Əmali, şeyx Səduq, səh.118, hədis 8)
     1950. İmam Sadiq (ə) - əxlaqi kəramətlər barədə: «Sənə zülm edən kəsə güzəştə getmək. Səninlə əlaqəni kəsən şəxslə əlaqəni bərpa etmək. Səndən bir şeyi əsirgəyənə bəxşiş etmək. Haqqı danışmaq, hərçənd sənə zidd olsa da». (Məanil-əxbar, səh.191, hədis 1)
     640. Ən gözəl əxlaqi kəramətlər
     1951. İmam Əli (ə): «Ən gözəl əxlaqi kəramət isardır». (Ğurərul-hikəm, hədis 4953)
     1952. İmam Əli (ə): «Ən yaxşı əxlaqi kəramət güclünün (intiqam almaqdan) güzəştə getməsi və özünün ehtiyacı olan şəxsin bəxşiş verməsidir». (Ğurərul-hikəm, hədis 3165)
     1953. İmam Əli (ə): «Ən üstün kəramət və səxavət, neməti (bir kəsə) tamamlamaqdır».(Ğurərul-hikəm, hədis 2983)
     641. Gözəl əxlaqın nəticələri
     1954. Allahın Peyğəmbəri(s): «Gözəl əxlaq dostluq ipini möhkəmlədər». (Biharul-ənvar, c.77, səh.148, hədis 71)
     1955. İmam Əli (ə): «Əxlaqını gözəl et ki, Allah sənin hesabını asan etsin». (Əmali, Şeyx Səduq, səh.174, hədis 9)
     1956. İmam Sadiq (ə): «Gözəl əxlaq ruzini artırar». (Biharul-ənvar, c.71, səh.396, hədis 77)
     1957. İmam Sadiq (ə): «Yaxşılıq etmək və gözəl əxlaq evləri abad, ömürləri uzun edər». (Biharul-ənvar, səh.395, hədis 73)
     1958. İmam Sadiq (ə): «Günəş buzu əridən kimi, gözəl əxlaq da günahları əridər». (əl-Kafi, c.2, səh.100, hədis 9-7)
     642. Pis əxlaq
     1959. Allahın Peyğəmbəri (s): «Pis əxlaq, bağışlanmayan günahdır». (Məhcətul-Beyza, c.5, səh.93)
     1960. Allahın Peyğəmbəri(s): «Həqiqətən, bəndə özünün pis əxlaqına görə Cəhənnəmin ən aşağı dərəcəsinə enər». (Məhcətul-Beyza, səh.93)
     1961. «Biharul-ənvar»: «Peyğəmbərə (s) ərz etdilər: «Filan qadın gündüzləri oruc tutur, gecələr ibadət edir, amma bədrəftardır. Qonşularına (acı) dili ilə əziyyət verir». Həzrət buyurdu:«Onda bir xeyir yoxdur, o, Cəhənnəmlikdir». (Biharul-ənvar, c.71, səh.394, hədis 63)
     1962. İmam Əli (ə): «Pis əxlaq ruzinin azalmasına və ruhun işgəncəyə məruz qalmasına səbəbdir». (Ğurərul-hikəm, hədis 5639)
     1963. İmam Sadiq (ə): «Sirkə balı xarab etdiyi kimi, pis əxlaq da əməli xarab edər».(əl-Kafi, c.2, səh.321, hədis 1)
     643. Pis əxlaqın aqibəti
     1964. İmam Əli (ə): «Pis əxlaq sahibinin ailəsi onun əlindən sıxıntıya düşüb bezar olar». (Ğurərul-hikəm, hədis 8595)
     1965. İmam Əli (ə): «Hövsələsiz (və tündxasiyyət) olanın rahatlığı az olar». (Ğurərul-hikəm, hədis 9192)
     1966. İmam Əli (ə): «Əxlaqı pis olanın ruzisi az olar». (Ğurərul-hikəm, hədis 8023)
     1967. İmam Sadiq (ə): «Ət, ət gətirər. Kim qırx gün ət yeməsə, əxlaqı pis olar». (əl-Kafi, c.6, səh.309, hədis 1)
     644. Ən üstün əxlaq
     1968. İmam Əli (ə): «Ən çox ehtirama layiq olan xasiyyət səxavət, faydası daha əhatəli olan xasiyyət isə ədalətdir». (Ğurərul-hikəm, hədis 3219)
     1969. İmam Əli (ə): «Ən şərafətli xasiyyətlər təvazökarlıq, dözümlülük və mehribanlıqdır». 
     1970. İmam Baqir (ə): «ən üstün əxlaqi kəramət hansıdır?» sualının cavabında buyurub: «Səbr və səxavət». (Biharul-ənvar, c.36, səh.358, hədis 228)
     645. Əxlaqi keyfiyyətlərin əlaqəliliyi
     1971. İmam Əli (ə): «Əgər kimsədə bir gözəl xasiyyət olarsa, ondan digər gözəl xasiyyətlərin də üzə çıxmasını gözləyin». (Nəhcül-bəlağə, hikmət 445)
     1972. İmam Sadiq (ə): «Gözəl əxlaqi xüsusiyyətlər bir-birinə bağlıdır». (Əmali, Tusi, səh.301, hədis 597)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri
Category: Əxlaq | Added by: IslamQadini (2011-11-16)
Views: 1142 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]