Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Yumşaqlıq göstərmək |
Mizanul-hikmət
145 Yumşaqlıq göstərmək 719. Yumşaqlıq göstərmək Qur’an: «İstərdilər ki, sən onlara qarşı yumşaqlıq göstərəsən ki, onlar da sənə qarşı yumşaqlıq göstərsinlər».[Qələm, ayə9] Hədis: 2257. İmam Əli (ə): «Sənin ən pis (din) qardaşın, sənin nəfsin (nöqsanların) barədə yumşaqlıq göstərən və sənin eyblərini sənə deməyən kəsdir.»[Ğurərül-Hikəm, hədis 5725] 2258. İmam Əli (ə): «Kim öz nəfsinə qarşı yumşaqlıq göstərərsə, onu haram olunmuş səhlənkarlığa tərəf çəkər.»[Ğurərül-Hikəm, hədis 9022] 2259. İmam Baqir (ə): «Allah-taala Şueyb peyğəmbərə (ə) vəhy etdi:Mən sənin xalqından yüz min nəfərə əzab verəcəm, onların qırx min nəfəri pis əməl sahibi, altmış min nəfəri isə yaxşı əməl sahibidir. Şueyb (ə) ərz etdi: Ey Rəbbim! Pis əməl sahibləri buna layiqdir, bəs yaxşı əməl sahibləri niyə? Allah-taala ona vəhy etdi ki, onlar günahkarlarla yumşaq rəftar etdilər. Mənim qəzəbimə xatir qəzəblənmədilər.»[Mişkəful-Ənvar, səh.51] 720. Haqqda yumşaqlıq göstərməmək. 2260. İmam Əli (ə): «Haqla üzbəüz gələndə və haqq olduğunu biləndə onun barəsində səhlənkarlıq etməyin. Yoxsa, çox böyük ziyan görərsiniz.»[ Biharul-Ənvar, c.77, səh.291 , hədis2] 2261. İmam Əli (ə): «Öz canıma and olsun, haqqa qarşı çıxan və azğınlığa qərq olan kəslə müharibədə heç vaxt yumşaqlıq və zəiflik göstərmərəm.»[Nəhcül-Bəlağə, xütbə 24] | |
Views: 1269 | Rating: 0.0/0 |
Total comments: 0 | |