«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-12-21, 3:09 PM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Ziyankarlıq

Ziyankarlıq
Mizanul-hikmət 
125. Ziyankarlıq

607. Ziyankarlar
1849. Allahın Peyğəmbəri (s): «Ziyankar öz axirətini abad etməkdən qafil olan kəsdir». (Tənbihul-xəvatir, c.2, səh.118)
     1850. Allahın Peyğəmbəri (s): «Ömrünü dünyanı qazanmağa sərf edən kəs, bu ticarətdə ziyan etmiş və uğuru əldən vermişdir». (Tənbihul-xəvatir, c.2, səh.119)
     608. Dünya və axirətdə ziyana uğrayanlar
     Quran:
      «İnsanların arasında elələri var ki, Allaha tərəddüdlə ibadət edirlər. Əgər ona bir xeyir yetişərsə qəlbi ondan rahatlıq tapar, əgər qarşıya bir imtahan çıxarsa ondan üz döndərər (və dəyişər). Dünya və axirətdə ziyana uğrayarlar və bu həmin açıq-aşkar ziyandır». (Həcc surəsi, ayə 11)
     Hədis: 
     1851. İmam Əli (ə) «Kimin bədbəxtliyi daha çoxdur?» sualına cavabından: «Dünyanı dünyaya xatir tərk edən və buna görə dünyanı da əldən verən, axirətinə də ziyan vuran kişi. Bir də özünü göstərmək üçün ibadət edən, çalışan və oruc tutan kişi. Dünyanın xətrinə dünya ləzzətlərindən məhrum olub və özünə əziyyət vermiş bu şəxs, əgər bunları Allaha xatir etsəydi, Allahın mükafatına layiq olardı». (Tənbihul-xəvatir, c.2, səh.95)
     609. Ən çox ziyana uğrayanlar
     Quran: 
     «De: Sizə (əməllərində) ən çox ziyana uğrayan insanlardan xəbər verimmi? Onlar yaxşı iş gördüklərini güman etdikləri halda, dünyadakı səyləri hədərə gedənlərdir». (Kəhf surəsi, ayə 103-104)
     Hədis: 
     1852. İmam Əli (ə): «Ticarətdə ən çox ziyana uğrayan və səylərində hamıdan uğursuz kimsə odur ki, öz bədənini (dünya) malı axtarmaq üçün taqətdən sala və taleyin müqəddəratı onun üzünə gülməyə, o da peşmançılıq və həsrətlə dünyadan köçərək onun yükü ilə axirətə üz tuta». (Nəhcül-bəlağə, hikmət 430)

     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Ziyankarlıq | Added by: IslamQadini (2011-06-17)
Views: 898 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]