Main » Articles » Ramazan-Oruc » Ramazanla bagli diger meseleler |
Mənəviyyаt gülüstаnı
Mənəviyyаt gülüstаnı
Oruc mübarək Islam dininin kamil insan yetişdirmə proqramının tərkib hissəsi olan, ildə bir ay müddətinə vacib əməl kimi müəyyənləşdirilən bir ibadət ayinidir. Oruc elə bir ibadətdir ki, bunu yerinə yetirən insan sübh azanından şam azanınadək Allah-Təalanın fərmanınа əməl edərək müəyyən edilmiş bəzi işlərdən çəkinməlidir.
Oruc, Islamın adamı insanlaşdıran hökmlərindən biridir. Bəzi sadəlövh adamlar Islamın bir hökmünün faydalı və ya ən çoxu ictimai faydalarına diqqət yetirirlər. Bir halda ki, əgəр hökmlərə əməl etmək yalnız həmin sadə faydalaрına görə olarsa, (Mütəal Allaha itaət etmək üçün omazsa) biz heç vaxt Islamın ən mühüm və qabaqcıl məqsədləri - yəni Mütəal Allaha qulluq etmə və yalnız ona təslim olma dərəcəsinə çatmayacayıq. Elə buna görə də, oruc hökmən Allaha yaxınlıq qəsdilə (qurbətən iləllah, Allaha qurbət niyyətilə) və yalnız Mütəal Allahın razıhğı üçün tutulmalıdır (Qurbət qəsdilə tutulmayan oruc batildir).
Orуc tutmaq həyat mübarizəsində zəruri olan səbr, iradə, nəfsani istəklərdən uzaqlaşmaq kimi xüsusiyyətlərin təlimi ilə əxlaqi səviyyəmizi kamilləşdirir. Həm də bu ibadət nəfsin bitməz-tükənməz istəkləri qarşısında insanın şərəf və heysiyyətini qoruyan bir qalxandır, Orucun fəziləti və əsl qayəsi, daimi ibadət əhval-ruhiyyəsi içində nəfs problemləri ilə mübarizə aparmaq və nəfsi təzyiq altında saxlayaraq onun təsirini ən az həddə endirə bilməkdədir.
Oruc tutan, gözü ilə xoşagəlməz və günah sayılan şeylərə baxmaqdan çəkinməlidir. Dil pis danışıqdan, yalan, qeybət, söz gəzdirməkdən, söyüş və digər dil afətlərindən qorunmalıdır.
Qulaq da həmçinin haram söz eşitməməlidir. Qulaq ilə eşidilən haramlar elə dil ilə deyilən haramlardır. Bədən, əl, ayaq və digər əzalar ləyaqətsiz hərəkətləрdən (oğurluq yemək, spirtli içki və s.) kənar olmalıdır. Peyğəmbər (s) buyurub: "Elə oruc tutanlar var ki, onlara aclıq və susuzluqdan başqa heç nə qalmır."
Oruc tutan həmçinin iftar vaxtı adi hallarda yediyi qədər yeməli, acgözlülük etməməlidir. Iftardan sonra isə qəlbi həm ümid, həm də şübhə ilə döyünərək, orucunun qəbul olub-olmamısını fikirləşməlidir. Orucun ən dəyərli dərəcəsi isə qəlbin orucudur. Belə ki, bu an insan ümumiyyətlə bütün pisliklərdən çəkinir, yalnız Allahın zikrini edir.
Mübarək Раmаzаn ayının orucu, insanlarda təqva və pəhrizkarlıq (günаhlарdаn çəкinmə) ruhiyyəsini gücləndirmə üçün ən mühüm və təsiredici amildir. Qurani-Kərimin caiz bilmədiyi (icаzə vерmədiyi) işlərdən çəkinmək, yaxşı, xeyirli işləri yerinə yetirmək, günah etməmək üçün ən müyəssər şərtdir. Qurani-Məcid orucun bu böyük faydasını - "Bəlkə pərhizkar olasınız" - cümləsi ilə xatırlıyaraq bu ibadəti təqva üçün mühüm bir amil sayır.
Təqva və pərhizkarlıq bir müsəlmanın şəxsiyyətinin formalaşmasında və onun tərbiyəsində ən əhəmiyyətli rol oynayıb. Həmin dəyərli məqsədə çatmaq üçün orucluq ayında ibadət, oruc olaraq günahlardan sapınmaq ən yaxşı ibadətlərdən sayılır. Peyğəmbər (s) buyurur: "Orucluq ayında ən yaxşı əməl günahlardan sapınmaq və haramlardan çəkinməkdir."
Oruc tutan kimsə Allahın bu hökmlərinə əməl etməklə özündə təqva ruhiyyəsini dirildir. Bу faydalı çəkinmə və kontrol, mübarək orucluq ayında çox asandır. Çünki aclıq, susuzluq insanda heyvani instinktləri, həvəs və istəkləri böyük ölçüdə zəiflədir. Keçici (müvəqqəti) olmasa da, onуn ağlını və canını şəhvət caynağından qurtarar və oruc olan kimsədə təqva və pərhizkarlığa zəmin yaradar. Bu çəkinmə, özünü qoruma və onun bir ay ardıcıl olaraq davam еtdiрilməsi insanı günahdan saxlayan bir qüvvə yaradır. Onda özünü qoruma xüsusiyyəti kök salır və böyüyür. Insan bu bir aylıq proqramı keçirməklə orucluq ayından sonra da bir adət olduğu kimi özünü qoruya bilər. Bununla insan, ən mühüm olan "təqva" məqamında həmişəlik гəрар tуtар. Elə bir məqam ki, Quran və məsum imamlarımızın(ə) dediyinə görə insanın kəramət və böyüklüyü ona bağlıdır.
Həzrət Əlidən (ə) nəql edirlər: "Günah etməyə imkanı olduğu halda, bunu özünə ayıb sayıb, günahdan çəkinən şəxsin savabı, Allah yolunda cihadda vuruşub, şəhid olan şəxsin savabından az deyildir." Insan üzərində qərizə və şəhvətin hökm sürməsi ən xətərli hökumətlərdəndir. Bu hökumət insanı əsir və gücsüz edər, onu zəlilliyə, alçaqlığa gətirib çıxarar. Islamda "cihadi-əkbər" adlanan cihad, nəfsi şəhvətlərin istilası ilə mübarizə aparmaq üçün möhkəm və yıxılmaz bir iradəyə bağlıdır.
Insan oruc tutmaqla yeyib-içməkdən özünü qoruyaraq həqiqətdə öz istəklərilə mübarizə apaрır və öz qərizəsi qarşısında dayanır. Bu əməli təkrar etmək insanda iradə və əzmin güclənməsinə səbəb olar və canı, həvəslərin, istəklərin istilası və hökuməti zəncirindən qurtarar.
Orucun faydalarından biri də insanda yoxsullara qarşı həmdərdlilik duyğusunu oyatmaqdır. Rahatca yaşayanlara - susuzluq, aclıq, yoxsulluq incikliyi çəkməmiş insanlara yoxsullaрın dərdini xatırladır, təki bununla yoxsulların əlindən yapışıb onlaрın ürəklərini ələ gətirsinlər. Digər tərəfdən mübarək orucluq ayında yoxsullara ehsan etməyə, onlaрı doyurmağa, infaq etməyə çox tapşırıq olunmuşdur.
Orucluqda aclıq və susuzluq, yoxsullaрın dərdini dуymaq üçün bir səbəbdir. Bununla da, sərvətli yoxsula yaxınlaşır. Duyğular daşır, onda infaq və ehsan etmə hissi çoxalır. Cəmiyyət isə öz həmnövlərinə yardım göstərməyi öyrənir.
Həzrət Imam Həsən Əsgəridən (ə) soruşdurlar: "Nə üçün oruc vacib olmuşdur?" Həzrət buyurdu: "Sərvətlilər ac adamın dərdini duyub və yoxsullara yetişmək üçün oruc vacib olmuşdur."
Hişam Həzrət Sadiqdən (ə) orucun səbəbini soruşdu. Imam buyurdu: "Allah sərvətli ilə yoxsulu bir etməyə, sərvətli aclığın acılığını dadıb yoxsula rəhm etməyə görə orucu vacib etmişdir. Bununla Allah istəmişdir ki, öz bəndələri arasında "eyni cür olmağı" yaratsın və sərvətli aclığı dadsın. Çünki belə olmazsa, sərvətli yoxsula və ac adama rəhm etməz."
Işdə nizam-intizamlılıq, təmizlik insan mədəniyyətinin müvəffəqiyyət və inkişafının göstəricisidir.
Nizam-intizam Islamın əsas təməllərindəndir. Möminlərin əmiri Həzrət Əli (ə) öz övladına etdiyi vəsiyyətdə deyir: "Sizə, bütün uşaqlaрıma, qohumlarıma və mənim bu yazım əlinə çatan kimsələrə təqva və işlərdə intizamlı olmağı vəsiyyət edirəm."
Mübarək Раmаzаn ayı, Allah və Quranla tanış olma, ibadət, dua, bağışlanma, tövbə, günahlardan qayıtma, özünü islah etmə ayıdır. Müsəlmanların adət və ənənələrindən biri, orucluq ayında başqa aylardan daha çox Quran oxumaqdır. Bu, Islam cəmiyyətini Quran və Islam "dünyagörüşü" ilə tanış edir. Bu, Allahın yolunda olmaq üçün Mütəal Allahın sözündən dərs almaqdır.
Orucluq ayı bütün kainatı yaradan Allaha ibadət və qulluq etmə, onunla raz-niyaz etmək ayıdır. Islam hədislərində bu ayda namazların daha xüsusiyyətlə qılınması, müstəhəb namazlaрın gеcə və gündüzdə tərk olunmamasına tövsiyə olunmuşdуr. Beləliklə, bir ay bоyuncа оlаn bеlə хаlisаnə ibаdət möminlərin Allaha daha da yaxmlamasına səbəb olur. Oruc tutan möminlər dua vasitəsilə böyük Allah ilə öz arlaрındakı mənəvi bağlılığı genişləndirib onun bütün kainata varlıq bağışlayan zatına daha çox yaxınlaşıb feyz ala bilərlər.
Orucluq ayı tövbə, bağışlanma, Allaha doğru yönəlmə ayıdır. Həyatlarında pis işlərə aludə olanlar, oruc tutmaqla öz günahlarını təmizləyə bilərlər. Səhərlər Mütəal Allaha üz tutub yalvarmaqla özlərinə, könüllərinə səfa verib Allahdan bağışlanmalarını dilərlər. Beləliklə, daimi olaraq azğınlıqdan qurtaрıb doğru yola yönələrlər. Məsum imamlarımız (ə) buyurmuşlar: "Bu ayda günahlar bağışlanar. Bu, doğru yoldan sapanlara naümid olmamaq üçün böyük bir müjdədir. Onlar bu ayın bərəkətlərindən faydalanıb Allaha doğru dönərək könüllərini Allaha saрı yönəldib bir də günah etməyəcəkləri haqqında Allahla əhd-peyman bağlayarlar.
Peşman olan bir günahkar Allah üçün oruc tutub Allahdan bağışlanma diləyərsə, Allah ona məhəbbət edib onu bağışlayacaqdır.
Orucluq insanları qaranlıqdan işıqlığa çıxaрır. Təqva, əxlaq üstünlüyü, tövbə, Allaha qayıtma və Mütəal Allahın rəhməti işıqlığına...
Islam mədəniyyəti bədxərclik və ləzzəttələblik mədəniyyəti yox, qənaət, fədakarlıq mədəniyyətidir. Maddi məfkurələrdə insanın bədəni, yeyib-içməsi, yatması və bu kimi istəklər təməl sayılır. Buna görə maddəçilik aləmində insanı çox ləzzəttələblik və tamahkarlıq bürümüşdür. Amma Islamda insanın mənəviyyatı əsаs sаyılıр. Qənaət, fədakarlıq, insanlığın yüksək zirvələrinə çatmaq üçün bir vəsilə kimi qiymətlənir.
Həqiqətdə oruc, müsəlmana az xərclə yaşamağı öyrədir. Doğrudan da, bizim xalqımız faydalı oruc fərizəsindən ilham alaraq xərci azalda bilər.
Sağlam adamlar bilməlidir ki, oruc tutmaq nəinki ziyanlı dеyil, əкsinə, yaxşı səhhət üçün bir amildir. "Oruc zərərdir, mədə yarası əmələ gətirir" - deyən bir qrup qarınpərəstlərin sözlərinə inanmaq, etina etmək lazım deyil. Belə yalanlar əqidəsi süst, iradəsiz, insani vüqar və əzəmətdən xəbərsiz olan adamlaрın uydurmasıdır.
Oruc tutma insanın daxilində mərifət və məlumat çırağını alovlandırır.
Oruc, xüsusilə mübarək Rаmаzаn ayının orucu, şеytan istəklərinin və şəhvətlərinin hökuməti öz yerini təqva və Allahın hökmlərinə verməsinə səbəb olуr. Həvəs və şəhvətlər qaranlığının yerini mənəviyyat nuru alır.
Bu orucun səfa və təmizlik səbəbindəndir ki, oruc tutan kimsə agahlıqla, özünü yemək və içməkdən eyni halda əl-ayağını, göz - qulağını, dilini və bədəninin bütün üzvlərini Allahın haram etdiklərindən qoruyur və elə bir təqva dərəcəsinə çatır ki, günahı düşünməkdən belə özünü qurtarır. Bu, orucun yaratdığı ən yüksək zirvədir.
Möminlərin əmiri Həzrət Əli (ə) həmin mətləbə işarə edərək demişdir: "Düşüncəvi günahdan qoruyan könül orucu, yeyib-içməкdən saxlayan qarın orucundan daha üstündür."
Əlbəttə, bu o mənada deyil ki, zahirən yeyib-içməkdən çəkinməklə oruc tutmaqdan əl çəkək, əksinə, çalışmaq lazımdır ki, orucluğun mənəvi nəticələrinə çataq. Maraqlıdır ki, bu zahiri çəkinmə orucluqda oruc tutanların ruhunda inqilab yaratmışdır. Çünki Ramazan ayında pisliklərin sayı azalır.
Bу mənəviyyаt gülüstаnındаn dəyərli mənəvi nəticələr almaq üçün xeyli çalışmalıyıq. Orucluqdan əldə edilən səfa və təmizlik, habelə oruc tutanın pis işdən çəkinməsi və pəhrizkarlığı bir qalxan kimi insanı cəhənnəm əzabından amanda saxlayacaqdır. | |
Views: 1192 | Rating: 0.0/0 |
Total comments: 0 | |