«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 12:45 PM
Main » Articles » Nurlu kelamlar » MÖ`MİNİ SEVİNDİRMƏK VƏ BƏXƏİƏ

Nurlu kelamlar
 
MÖ`MİNİ SEVİNDİRMƏK VƏ BƏXƏİƏ

212–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Sədəqə öz sahibinin əlindən çıxan zaman (yə`ni kasıblara verilərkən) ona deyər:  Fani idim, mənə varlıq bağışladın, kiçik idim, məni böyütdün, düşmən idim, məni dost etdin, indiyə qədər sən məni qoruyurdun, indi isə qiyamətə qədər mən səni qoruyacağam.
İsna-əşəriyyə /223.
***

213–İmam Kazim əleyhissalam buyurur:  Hər kəs mö`mini sevindirsə, əvvəl Allahı, sonra Onun Peyğəmbərini, daha sonra isə bizi (Əhli-beyti) sevindirmişdir.
Biharul-ənvar /74/314.
***

214–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Həqiqətən Allah-taala fəqir və kasıbların ehtiyaclarını, xərclərini varlıların sərvətində qoymuşdur. Deməli, bir fəqir ac qalarsa, bu hansısa bir sərvətlinin onun haqqını verməkdən imtina etməsi səbəbi ilə olmuşdur.
Nəhcül-bəlağə /533, Kələmati-qisar /328.
***

215–İmam Sadiq əleyhissalam buyurur:  Allaha and olsun, hər kəs öz mal-dövləti ilə möhtac və çətinlikdə olan bir mö`minin köməyinə tələsməsə, behişt yeməklərindən və təamlarından məhrum olar və rəhiqi-məxtumdan heç nə içməz.
Biharul-ənvar /75/314.
***

216–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Nə qədər ki, mənim ümmətim bir-biri ilə sədaqətlə davranır, əmanəti sahibinə qaytarır və öz mal-dövlətinin zəkatını verir, həyatları gözəl tərzdə olacaqdır. Amma əgər belə etməsələr (bu əməlləri yerinə yetirib vəzifəni icra etməsələr) qəhətlik və çətinliklərlə üzləşəcəklər.
Vəsailuş-şiə /6/13.
***

217–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Ey Adəm övladı, səndən sonrakı varislərin sənin halal malını necə xərcləməsini istəyirsənsə, diri ikən həmin cür özün xərclə.
Nəhcül-bəlağə /512, Kəlimati-qisar /254.
***

218–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Sədəqə verin və öz xəstələrinizi sədəqə vasitəsilə müalicə edin. Çünki sədəqə xoşa gəlməz hadisələri və xəstəlikləri dəf edir, ömrün uzanmasına, mal-dövlətin artmasına səbəb olur.
Kənzul-ümmal /6/371.
***

219–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Məni asimanlarda seyr etdirən zaman behiştin qapısında üç sətir yazı gördüm. Birinci sətirdə Bismillahir-rəhmanir-rəhim. Mən o Allaham ki, Məndən başqa heç bir mə`bud yoxdur, rəhmətim qəzəbimdən irəlidədir –yazılmışdı.

İkinci sətirdə isə Bismillahir-rəhmanir-rəhim. Sədəqə verməyin on, borc verməyin on səkkiz və qohum-əqrəba ilə gediş-gəlişin otuz qat savabı vardır –yazılmışdı.

Üçüncü sətirdə isə Hər kəs Mənim Pərvərdigar olmağımı, qədir-qiymətimi və məqamımı bilsə, Məni ruzi barəsində müttəhim etməz –yazılmışdı.
İsna-əşəriyyə /85.
***

220–Tavus ibni Yəman deyir:  Əli ibni Hüseyn əleyhissalam buyurdu:  Mö`minin beş nişanəsi vardır. Dedim:  Hansılardır, ey Peyğəmbər övladı?  Buyurdu:  Xəlvətdə təqvalı olmaq, mal-dövləti az olarkən sədəqə vermək, müsibət baş verərkən səbr etmək, qəzəblənərkən həlim olmaq və qorxarkən düz danışmaq.
Xisal /127.

Category: MÖ`MİNİ SEVİNDİRMƏK VƏ BƏXƏİƏ | Added by: IslamQadini (2009-10-04)
Views: 1118 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]