«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2019-10-22, 11:16 AM
Main » Articles » Mu'te » Mütə ilə zinanın fərqi

Mütə ilə zinanın fərqi
 
Mütə ilə zinanın fərqi
 
Allah Təalaya həmd və şükürlər olsun ki, insana nəsil artırmaq üçün şəhvət qüvvəsi vermişdir. Allah Təalaya həmd və şükürlər olsun ki, insanları iki müxtəlif cinsdə yaradaraq onların şəhvani meyllərini bir-birinə qarşı yönəltmişdir. Allah Təalaya həmd və şükürlər olsun ki, insana şəhvət hissini doyurmaq üçün halal yollar təyin etmişdir.

   Allah Təala insanların hidayəti üçün iki yol müəyyən edib:

   1-ci: Təkvini hidayət. Yəni Allah Təala insanın yaradarkən ona lazım ola biləcək bütün hidayət yollarını onun fitrətində qoyub.

   2-ci: Təşrii hidayət. Yəni Allah Təala insanı yaratdıqdan sonra onun hidayəti üçün peyğəmbərlər göndərərək onları şəriət yolu ilə hidayətə səsləyir.

   Allah insanlara şəhvət nemətini verərək bu nemət üçün də bu iki hidayət növünü təyin etmişdir.

   1-ci: İnsanın şəhvətini təkvini yolla qarşı cinsə tərəf yönəldib. Hər bir normal şəxs öz həm cinsinə, özünə, və digər yola deyil, qarşı cinsinə ehtiyac duyur. Bu Allahın təkvini hidayətidir.

   2-ci: İnsanın şəhvətini təşrii, yəni şəriət yolu ilə halal nikaha əmr edib. Bunun qarşısında haram yollar da qoyub. Bu Allahın təşrii hidayətidir.

   İslamda qadın kişiyə üç yolla halal olur:

   1. Daimi evlənmə.

   2. Müvəqqəti evlənmə.

   3. Kəniz.

   Biz bu yazıda bütün müsəlmanların qəbul etdiyi daimi evlənmə və kəniz məsələsinə deyil, bəzi müsəlmanların inkar etdiyi və "zinakarlıq” adlandırdıqları müvəqqəti evlilikdən söhbət açacağıq.

   Əvvəla qeyd etməliyəm ki, müvəqqəti nikah "ən-Nisa (Qadınlar surəsi, 4-cü surə) surəsi, 24-cü ayədə qeyd edilib. Bütün müsəlmanlar Peyğəmbər (s) zamanı müvəqqəti nikahın olduğunu və müsəlmanların buna əməl etdiyini qəbul edirlər. Yalnız müsəlmanların bir qismi bu nikahın haram edildiyini iddia edirlər.

   Bunu da qeyd edim ki, onlar adətən "mütə” nikahını "siğə” kimi qeyd edirlər. Bu isə, bu nikahda oxunan əqdə deyilir. Bu əqd bir çox yerlərdə - məsələn; ticarətdə, daimi əqddə və s. oxunan əqd kimidir. Bunun islamla heç bir iradı yoxdur.

   Mütəni inkar edənlərin dəlilləri

   Mütə söhbəti əsasən vəhhabi məzhəbi yayılmağa başlayandan sonra qızışdırılıb və mütəyə tutulan iradların əksəriyyəti onlar tərəfindən meydana çıxıb.

   Əvvəla qeyd etməliyəm ki, bütün müsəlmanlar, hətta vəhhabilər də, müvəqqəti nikahın Peyğəmbər (s) dövründə halal olduğunu və sonradan haram edildiyini qəbul edirlər. Burada bir sual ortaya çıxır:  Sizin mütəyə tutduğunuz iradların hamısı səhabələr tərəfindən bir zaman mütəni halal saymış peyğəmbərimiz həzrət Məhəmmədə (s) də ünvanlanmalı imiş. Amma biz nə hədislərdə, nə də ki, tarixdə belə bir fakta rast gəlmirik. Belə çıxır ki, siz Peyğəmbərin (s) səhabələrindən ağıllısınız?!

   İndi isə onların iradlarını sayaq və cavablandıraq!

 

   1-ci: Siz razısınız ki, sizin bacınızla bir günlük və ya bir saatlıq mütə edim?

   Cavab:

   1. Biz Allahın razı olduğu bütün şeylərə razıyıq! Onun razı olmadığı şeylərə isə razı deyilik! Yaxşısı budur ki, islamı dəqiq araşdırın və mütənin Allah Təala buyuruğu olduğunu öyrənin.

   2. Siz mütəni haram saydığınız halda nə üçün haram saydığınız işi etmək həvəsindəsiniz?

   3. Əgər müvəqqəti nikah "müvəqqəti” olduğu üçün sizdə ikrah oyadırsa və bu cinsi əlaqəyə görədirsə, bəs öz bacınızı niyə daimi nikaha verir və buna razı olursunuz? Bir işin azı pisdirsə, çoxu daha da pisdir!

   4. Sizin qəbul etdiyinizə görə bu işi bir zamanlar Peyğəmbər (s) halal bilib! Deməli bu sual o həzrətə (s) də ünvanlana bilərmiş!

   5. Vay olsun o şəxsə ki, özünü Allah Təaladan qeyrətli bilir!

   6. Biz Allahın halal etdiyini halal və Allahın haram etdiyini haram sayırıq. Daha Ömər ibn Xəttabın haram etdiklərini haram saymırıq.

 

   2-ci: Bu nikahla ailə quranlar bir-birlərindən irs aparmırlar!

   Cavab:

   1. Bu islam dininin şəri hökmüdür.

   2. Əgər bu nikahla evlənənlər övlad sahibi olsalar bu uşaq ata və ananın əmlakında vərəsəlik hüququna malikdir. Vərəsəlikdə daimi nikahdan dünyaya gəlmiş övladla müvəqqəti nikahdan dünyaya gəlmiş övlad arasında heç bir fərq yoxdur.

   3. Daimi əqddən də boşandıqda ər və arvad bir-birlərindən irs aparmırlar. Çünki daimilik aradan gedir.

 

   3-cü: Bu nikah üçün fahişəyə pul ödəndiyi kimi mütə edilən qadına da pul ödənir! Zina ilə fərqi nədir?

   Cavab:

   1. Sizin dediyiniz ödəmə daimi nikahda da var.

   2. Əgər pul və ya digər qiymətli şey ödəmək mütəni haram edirsə, məgər daimi nikahda mehriyyə ödənilmirmi?!

   3. Fərqi isə daimi zinakarlıqla daimi nikahda olan fərqdir.

 

   Mütə ilə zinanın fərqi

   1. "Mütə” Allah Təalanın halal buyurduğu nikahdır. "Zina” isə Allah Təalanın haram buyurduğu şəhvət söndürmə yoludur.

   2. "Mütə” nikahından dünyaya gələn övladın atası məlum olur və halalzadə sayılır. "Zinadan” dünyaya gələn uşağın isə atası məlum olsa belə haramzadə sayılır.

   3. "Mütə” ilə evlənən şəxslər əgər cinsi əlaqədə olublarsa, qadın kişinin atasına məhrəm sayılır və onunla əbədi olaraq evlənə bilməz. Eləcə də kişi qadının anasına məhrəm sayılır və əbədi olaraq onunla evlənə bilməz. Lakin "zinada” bu məhrəmlik yoxdur.

   4. "Mütə” qadının və kişinin müddət və mehriyyəyə razılığından sonra oxunarsa məqbuldur. "Zina” isə zorlama yolu ilə və yaxud başqa yollarla da edilə bilər.

   5. "Mütə” edilən qadın ərli və iddə müddətində olmamalıdır. "Zinada” isə bu məsələlər fərq etmir.

   6. "Mütə” nikahı "zinanın” qarşısında halal edilmiş nikah növüdür.

   7. "Mütə” nikahını yalnız evlənmək halal olan qadın və kişilərlə etməyə icazə verilir. "Zinada” isə bu məhdudiyyət yoxdur.

   8. "Mütə” olunan qadın əgər bakirədirsə onun atasından və ya ata tərəfdən olan babasından icazə almaq vacibdir. "Zinada” isə bu şərt yoxdur.

   9. "Mütə” edilmiş qadın müddət bitdikdən sonra və ya müddət ona bağışlandıqdan sonra, iddə gözləməlidir. "Zinada” isə iddə məfhumu yoxdur.

   10. "Mütədə” qadın yalnız bir kişi ilə nikah bağlaya bilər. "Zinada” isə qadın üçün kişilərin say məhdudiyyəti yoxdur.

   Bizim cavabsız qalmış suallar

   1-ci: Allah Təala müqəddəs islam dinində kəniz alverini halal buyurub. Bunu qəbul etməyən müsəlman yoxdur. Kəniz alveri ilə "mütə” arasındakı fərqlər bunlardır:

   1. Kənizin razılığı alqı-satqıda şərt deyil. Amma "mütədə” mütə olunan qadının razılığı şərtdir.

   2. Kəniz özü özünə qiymət qoya bilməz. Onun qiymətini onu satan təyin edir. Amma "mütədə” mütə olunan qadın özü öz mehriyyəsini təyin etmək və ya təklif olunan mehriyyəyə razı olmaq hüququna malikdir.

   3. Kənizi sahibi kiməsə hədiyyə edə bilər. Amma əri "mütə” etdiyi qadını kiməsə hədiyyə edə bilməz.Sizin iradlarınıza əsasən; Bəs necə olur ki, Allah Təala kəniz alqı-satqısını halal sayır?! Sizin prinsiplərə əsasən, kəniz alveri mütədən də pis deyilmi?!

 

   2-ci: Sizin atanız vəfat edəndən və ananızın vəfat iddəsi bitdikdən sonra, ananız "daimi” olaraq, ömrünün sonunadək yad kişi ilə evlənə bilər? Bunu bizim dinimiz qəbul edir, bəs sizin namusunuz necə? Qəbul edirmi? Əgər cavabınız "YOX!”-dursa, onda siz öz dininzdə, biz isə öz dinimzdə.

 

   3-cü: Bütün Əhli sünnə məzhəbi qəbul edir ki, Peyğəmbərin (s) zamanında mütə olub. İndi isə Əhli sünnə məzhəbi, xüsusilə də vəhhabilər və sələfilər mütəni şiələr tərəfindən şəriət və din donu geydirilmiş zinakarlıq növü kimi qiymətləndirirlər. Belə çıxır ki, Peyğəmbər (s) özü zinaya icazə verirmiş?! Yaxud da müsəlmanlar Peyğəmbərin (s)  gözü qarşısında zinakarlıqla məşğul olurmuşlar amma Peyğəmbər (s) heç bir söz demirmiş?! İstənilən növ bidət, xurafat və dinə yaraşmayan əməllə mübarizə aparan Peyğəmbər (s) necə olub ki, buna icazə verərək göz yumub?

MİRMƏHƏMMƏD ƏHMƏDOV

Category: Mütə ilə zinanın fərqi | Added by: IslamQadini (2009-09-23)
Views: 2062 | Comments: 7 | Rating: 2.5/2
Total comments: 6
0   Spam
6 zehracan   (2014-02-05 0:42 AM)
Salamun eleykum Haci sahin hesenlinin sige (mute ) moizesine qulaq asin delileri ile danisir. Sonra qerar verin.

0   Spam
5 Muxtar_Saqafi   (2012-06-29 8:19 PM)
Salam Aleykum! Allah kecsin gunahimdan ama axira qeder oxuya bilmedim! Eseblesdim! Muveqqeti nigahin oz qanunlari var ve xaiw edirem eger mumkunse bele weyler yazib insanlarin exlaqina tesir etmiyin! Her wey quranda var sadece diqqetle oxumaq lazimdi! Sadece olaraq Edaletli olmaq lazimdi!

0   Spam
4 IslamQadini   (2012-05-18 7:34 PM)
Nurislam Aleykum salam. Bu sünnülərin saytıdır. Bu ən-Nisa (Qadınlar surəsi, 4-cü surə) surəsi, 24-cü ayədə qeyd edilib. Sonradan xəlifə Ömər bu ayəni təhrif edib. Əlavə məlumat üçün http://gunahkar-bende.ucoz.org/news/subh_l_r_cavab/1-0-45 saytından əldə edə bilərsiniz.

0   Spam
3 Nurislam   (2012-05-18 5:58 PM)
salam aleykum, zehmet olmasa , mumkundurse bu linke goz atardiniz : http://www.biriz.biz/mahrem/nik24.htm

0   Spam
2 NaTaVaN   (2012-02-08 8:27 PM)
ne olur olsun inanmiramki hansisa muselman qadin buna razi olsun,belkede duzdu ama mence olmasa dha yaxsi .... dry

0   Spam
1 Mutah   (2010-10-27 8:06 PM)
Salam.Maraqli movzuya toxunmusunuz.Men onu demek isteyirem ki,teessufler olsun ki, Azeri qadinlarinin bir hissesi zina ediller amma mutaya pis baxirlar.Sizce niye muta etmirler ama zina edirler?Ve ya niye Azeri kisileri muta etmek ucun qadin tapa bilmirler?Niye bizde muveqqeti nigah merkezleri yoxdu?

Only registered users can add comments.
[ Registration | Login ]