«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 1:44 PM
Main » Articles » Nurlu kelamlar » MÜSƏLMAN QARDAŞIN HÜQUQLARI

Nurlu keleamlar

 

MÜSƏLMAN QARDAŞIN HÜQUQLARI

143–Peyğəmbər (s.ə.v.v.) buyurur:  Hər kəs bir mö`mini qəm-qüssəli etsə və sonra ona dünyanı əta etsə, bu onun əvəzi (günahının kəffarəsi) ola bilməz və belə bəxşişə heç bir savab verilməz (amma əgər tövbə edib o şəxsi razı salsa, bağışlanar).

Biharul-ənvar /75/150.

***

144–İmam Kazim əleyhissalam buyurur:  Din qardaşının haqlarından biri də budur ki, sən dünya və axirət faydalarından heç bir şeyi ondan gizlətməyəsən.

Biharul-ənvar /2/75.

***

145–İmam Həsən əleyhissalam buyurur:  Camaatın səninlə necə (gözəl) rəftar etmələrini istəyirsənsə, sən də camaatla o cür rəftar et.

Biharul-ənvar /78/116.

***

146–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Allah rəhmət etsin o kəsə ki, haqqı dirçəldər, batili aradan aparar, zülmü qəbul etməz və ədaləti bərqərar edər.

Ğürərul-hikəm /181.

***

147–İmam Sadiq əleyhissalam buyurur:  Dörd şey peyğəmbərlərin əxlaqındandır:  Yaxşılıq, səxavət, xoşagəlməz hadisələrdə səbr etmək, mö`minin haqqını yerinə yetirmək üçün tədbir görmək.

Tuhəful-üqul /277.

***

148–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Ümmətin ümumi təbəqəsi dinin dayağı, müsəlmanların birlik səbəbi və din düşmənləri ilə döyüşmək üçün təchiz olunmuşlardır. Buna görə də gərək onlara səfa-səmimiyyət və məhəbbət göstərəsən.

Nəhcül-bəlağə, /53/429-cu məktub.

***

149–İmam Sadiq əleyhissalam buyurur:  Allah-taalaya mö`min şəxsin haqqını əda etməkdən fəzilətli bir yolla ibadət olunmaz.

Kafi /2/170.

***

150–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Hər kəs mö`min bir şəxsə əziyyət versə, şübhəsiz mənə əziyyət vermişdir.

Biharul-ənvar /67/72.

***

151–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Hər kəs mö`min bir şəxsin malını nahaq yerə qəsb etsə, tövbə etməyib, malı sahibinə qaytarmayınca, Allah-taala ondan razı olmaz, gözəl və saleh əməllərini qəbul etməz və onları yaxşı əməllərdən saymaz.

Müstədrəkul-vəsail /17/79.

Category: MÜSƏLMAN QARDAŞIN HÜQUQLARI | Added by: IslamQadini (2009-10-07)
Views: 1290 | Rating: 3.5/2
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]