«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2024-03-19, 1:31 PM
Main » Articles » Muxtelif me'lumatlar » Allah kimləri və nəyə görə sınağa çəkir?

Allah kimləri və nəyə görə sınağa çəkir?
 Allah kimləri və nəyə görə sınağa çəkir?
Allah kafirləri, günahkarları və naşükürləri cəzalandırır
 
Zəlzələ.
100 minlərlə insanın həyatına bir anda son qoyan bu təbii fəlakətin qarşısını almaqda insanlar həqiqətən də acizdirlər. Geoloji Araşdırmalar Mərkəzi dünya tarixində ən güclü zəlzələlərin siyahısını açıqlayıb: 1556-cı ildə Çinin Şensi vilayətində 9 ballıq zəlzələdə 830 min, 1960-cı ildə Kaliforniyada 7,9 ballıq zəlzələdə 3 min, 1964-cü ildə Alyaskada 9,2 ballıq zəlzələ və sunamidə 125 nəfər, 1970-ci ildə Peruda 7,9 ballıq zəlzələdə 70 min adam dünyasını dəyişdi. 1976-cı ildə Çinin Tyan-Şan şəhərində baş verən 7,5 ballıq zəlzələ zamanı rəsmi məlumatlara görə 225, qeyri-rəsmi məlumatlara görə 655 min, 1985-ci ildə Meksikada 8,2 ballıq zəlzələ zamanı rəsmi məlumatlara görə 9 min, qeyri-rəsmi məlumatlara görə isə 35 min adam həyatını itirdi.
Bütün dünya alimləri zəlzələlərin səbəbini öyrənməyə çalışırlar. Lakin təbiət kataklizmləri Allahın sirr saxladığı bir haldır. Allah insanı bu yolla sınağa çəkir: «Yer özünəməxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman, Yer öz yükünü çıxardıb atacağı zaman, İnsan (təəccüblə): «Buna (bu yerə) nə olub?» - deyəcəyi zaman - Məhz o gün (Yer) öz hekayətini söyləyəcəkdir - Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!» (surə 99, 1-5-ci ayələr).
İmtahan
2000-ci il noyabrın 25-də Bakıda baş vermiş zəlzələni xatırlayaq. Yeraltı təkanlar insanları çaxnaşmaya saldı. Küçələrə axışanlar arasında əllərini göyə qaldırıb Allahdan kömək diləməyən bir adam qalmadı: «İnsana bir zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra (Allah Öz) dərgahından ona bir nemət əta etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar və (xalqı) Allah yolundan (İslam dinindən) çıxartmaq üçün Ona şəriklər qoşar...” (surə 39, ayə 8).
Hadisələrin gedişatının psixoloji təsiri insanlara Allahı xatırlatdı. Bəs sonra? Həqiqətən də 1400 il bundan əvvəl yazılan ayələr həmin dəhşətli günü yaşamış, Allahdan imdad diləmiş, lakin səhərisi gün onların köməyinə yetmiş Allahı unudanlar üçün deyilib.
Bəs Allah kimləri və nəyə görə sınağa çəkir? Allah kafirləri, günahkarları və naşükürləri cəzalandırır: «İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar» (surə 30, ayə 41).
Kafirlərin aqibəti…
Həmin gecəni əllərini göyə qaldırıb Allaha yalvarmaqla keçirənlərin əksəriyyəti səhər açılar-açılmaz böyük Yaradanı unutdu və etdiyi köməyə görə Ona heç minnətdarlıq belə etmədi. Zəlzələ onları azacıq da olsa dəyişmədi. Onlar necə idilərsə, elə də qaldılar. Zəlzələ belələri üçün bir sınaq dərsi olaraq qaldı: «(Belə əməllərin müqabilində) Allah da onlara (dünya va axirətdə) istehza edər və (dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri içində şaşqın (və sərgərdan) qalarlar... Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir… Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər). Buna görə də (öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər...» (surə 2, ayə 15-16, 18). Bu ayələr xəbərdarlıq deyilmi? Onlar bizi dərindən düşünməyə əsas vermirmi? Ağılla dərk edən bəşər övladına, sözsüz, bunlar bir işarədir. Kimin necə cəzaya və ya mükafata layiq olacağını Allah-Təala çox aydın izah edir. Allah insanları sınağa çəkir, imanlıları, Ona şükür edənləri və səbirliləri mükafatlandırır: «Ey iman gətirənlər! Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbir edənlərlədir (onların dostudur). Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver! O kəslər ki başlarına bir müsibət gəldiyi zaman "Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər, onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!» (surə 2, ayə 153, 155-157).
Lakin insanlar arasında bu günün onlar üçün bir sınaq olduğunu hələ də başa düşməyənlər vardır: «İnsana bir zərər toxunduğu (sıxıntı üz verdiyi) zaman Bizə dua edər. Sonra dərgahımızdan ona bir nemət əta etdikdə: "Bu mənə yalnız biliyimə (ticarətdən, qazanc işlərindən başım çıxdığına) görə verilmişdir!” deyər. Xeyr, bu bir imtahandır, lakin onların (insanların) əksəriyyəti (cahilliyi üzündən bunu) bilməz!» (surə39, ayə 49).
Mənəvi qurtuluş
Tanrı bizə daim xatırladır ki, həyatı Allahın qoyduğu qanunlarla yaşamalı, qadağalardan uzaqlaşmalı və buyurulanlara sadiq olmalıyıq ki, mənəvi xoşbəxtliyə nail olaq: «Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! …Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər! Sizin dincəlməyiniz üçün gecəni (qaranlıq) və (ruzi qazanmağınız, əlləşib-vuruşmağınız üçün) gündüzü işıqlı yaradan Allahdır. Allah insanlara lütfkardır, lakin insanların çoxu (Onun lütfünə) şükür etməz!» (surə 40, ayə 60-61).
Category: Allah kimləri və nəyə görə sınağa çəkir? | Added by: IslamQadini (2009-09-28)
Views: 1135 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]