«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar ertəsi, 2019-09-16, 3:18 AM
Main » Articles » Muxtelif me'lumatlar » Dini baxımdan təmiz olan və olmayan şeylər

Dini baxımdan təmiz olan və olmayan şeylər
 

Dini baxımdan təmiz olan və olmayan şeylər
Donuzdan başqa heyvanların üzərində pislik olmamaq şərtilə bədənlərinin xarici təmizdi



Bir şeyin təmiz sayılması onun yeyilib-içilməsinin halal olması demək deyil. Nə qədər zəhərli sular və nə qədər sərxoşluq verən otlar vardır ki, bunlar təmiz olduqları halda yeyilib-içilmələri haramdır. Bütün yer üzü, bütün mədənlər, bütün sular, bütün otlar, ağaclar, çiçəklər və meyvələr, donuzdan başqa heyvanların üzərində pislik olmamaq şərtilə bədənlərinin xarici təmizdir. Bunların toxunması ilə paltarlar bulaşmış olmaz. Donuzun yalnız tüklərindən, zərurət olduqda boya fırçası kimi və ayaqqabı tikmək üçün istifadə edilə bilər. Boya məhlulu və tikilən ayaqqabı murdar sayıla bilməz.
Donuz istisna olmaqla, kəsilib qanları axıdılan bütün heyvanların dəri, ürək, ciyər, damar və dalaqları ilə ətləri arasında qalıb axmayan qanları təmizdir. Bu kəsilmənin din üsuluna görə edilmiş olması fikri daha qüvvətlidir. Bit, birə, taxtabiti qanları da beləcə murdar deyil. Su içində yaşayan heyvanlardan suda ölən balıqlar və digər heyvanlar təmizdir. Bununla birlikdə bu dəniz heyvanlarından bir qisminin yeyilməsi haramdır. Donuz istisna olmaqla, digər heyvanların buynuz, dırnaq, sümük və tükləri kimi içlərinə qan girməyən orqanları və qablanan (aşılanan) dəriləri heyvanların ölümlərilə murdar olmaz. Hələ ot yeməmiş südəmər quzuların qursaqları təmizdir. İstər kəsilsin, istər kəsilməsin, bunlardan pendir mayası edilə bilər. Toyuğun ölümündən sonra çıxan yumurtası təmizdir, yeyilə bilər. Ölmüş bir qoyunun məməsindən çıxan süd də təmizdir. Amma bu məsələ bir qədər mübahisəlidir, bəzilərinə görə, belə süd içilə bilər, bəzilərinə görə isə yox.
Təmiz olan şeylər
İylənmiş ət, turşumuş yemək, ağırlaşmış yağ və ya pendir bu vəziyyətdə təmizliyini itirmiş olmaz. Lakin bunların zərərli olmaları ehtimalı ilə yeyilmələri uyğun deyil. Ev pişiklərinin sidiyi toxunduğu qabları və içinə düşdüyü suyu murdar edir. Paltarlara toxunması ilə paltar murdar sayılmaz. Siçanların da sidiyi suları təmizlikdən çıxarar. Ancaq yeyiləcək və içiləcək şeylərə az miqdarda toxunan siçan sidikləri və nəcisləri, yemək və içkilərdə dadları hiss edilmədiyi təqdirdə məqbuldur. Çünki bunlardan qorunmaq çətindir. İynə ucu və iynə dəliyi qədər kiçik olan sidik səpintiləri bir bədənə, yaxud bir yerə və ya paltara sıçrasa, o yerlər murdar sayılmaz, çünki bundan qorunmaq çətindir. Lakin beləcə suya sıçrasa, bu məqbul deyil. Durğun və az olan suyu bulaşdırır. Çünki bu kimi sıçrantılardan suyu qorumaq mümkündür. Ayaqyolu, tövlə və hamamdan çıxan buxarların meydana gətirdiyi su damlaları təmiz sayılır. Lakin murdar sayılan bir şeydən sıxılıb çıxarılan mayelər təmiz deyil.
Küçələrdə olan istər bərk, istərsə də yumşaq palçıq, pislikdən uzaq olmasa da, təmiz sayılır. Paltara sıçrayan belə palçığın hamısının murdar olduğu məlum deyilsə, bu paltar ilə namaz qılmaq düzgündür.
Təmiz olmayan şeylər
Dində təmiz sayılmayan şeylər, namaza mane olacaq miqdarları baxımından iki hissəyə ayrılır: ağır pislik və xəfif pislik.
Ağır pisliklər:
İnsan sidiyi, nəcisi, sperması və ağız dolusu qusuntu
Aybaşı və zahılıq qanı ilə davamlı bir şəkildə gələn istihazə qanı
Əti yeyilməyən heyvanların sidikləri, ağızlarından gələn şirələri, axan qanları və quşlardan başqa bütün heyvanların peyinləri
Əti yeyilən heyvanlardan toyuq, qaz və ördəyin zığları
Leşlər (ölü heyvanlar): Quruda yaşayan və kəsilmədən ölən, yaxud dini qaydalara riayət edilmədən kəsilən heyvanlar və bunların aşılanmış dəriləri. Bu kimi heyvanlara leş deyilir. Qaz və ördək ölüləri də belədir
Xəfif pisliklər:
Atların və əti yeyilən qoyun, maral kimi əhilləşdirilmiş heyvanların sidikləri
Ətləri yeyilməyən heyvanlardan qırğı, çalağan və qartal kimi havada pisləyən quşların zığları
Təmizləmə vasitələri
Murdar olan əşyanı təmizləmək üçün cinslərinə görə müxtəlif yollar vardır. Təmizləmə yolunun başlıcası su ilə yumaq və qaynatmaq üsuludur. Digərləri silmək, qırxmaq, ovxalamaq və yandırmaq üsullarıdır.
1.Su ilə yuyaraq təmizləmə
Hadəs (hökmi nəcasət) deyilən dəstəmazsızlıq, qüslsüzlük ilə aybaşı və nifas halları, hər növ təmiz su ilə aradan qaldırılır. Su olmadıqda isə təyəmmümlə aradan qaldırılır. Xubus (həqiq nəcasət) deyilən pisliklər də təmiz olan su ilə təmizlənər. İtin yaladığı bir qab, üç dəfə yuyulmaqla təmizlənər. Bununla belə, murdar şeyin qoxusu və dadı qalmamalıdır. Ancaq qoxusunun aradan qaldırılması mümkün olmazsa, bağışlanar, yəni məqbul sayılar. Murdar olan bir şeyi su ilə yumaq barəsində axar su, durğun su ilə qab içində yumaq və ya qab içində yumamaq baxımından bir fərq yoxdur. Əsas odur ki, su duru və təmiz olsun. Bu yumada isti su və ya sabun kimi təmizləyici maddələrin istifadə edilməsi şərt deyil.
2.Suda qaynatma yolu ilə təmizləmə
Üsuluna görə kəsildikdən sonra, hələ bağırsaqları çıxarılmadan, tüklərini yolmaq üçün qaynar suya atılmış olan toyuq və bənzəri heyvan bulaşmış olar; artıq təmizlənməz, çünki çirkab suyu içinə çəkir. Onun üçün belə bir heyvan kəsildikdən sonra üzərindəki axar qan təmizlənməli, içalatı çıxarıldıqdan və yuduqdan sonra qaynar suya atılmalıdır. İçalat da yuyulub təmizlənmədən əvvəl qaynar suya atılsa, bir daha təmiz olmaz. Lakin hələ qaynar hala gəlməmiş suya atılıb çıxarılsa, təmiz su ilə yuyulmaqla təmizlənmiş olar. Qaynar suyu içinə çəkmədən dərhal sudan çıxarılsa, bir dəfə yumaqla təmiz olar.
3.Od-ocaqla təmizləmə
Pis palçıqdan hazırlanmış səhəng və çanaq kimi şeylər, odda bişirilib, pislik əlaməti qalmayınca təmizlənmiş olar. Kəsilmiş bir heyvanın kəlləsi üzərində olan qanlar, oda salınıb yox edilməklə təmizlənmiş olar. İçlərinə yaş pislik toxunmuş sobalar və təndirlər, içlərində yanan odla təmizlənmiş olarlar. Artıq onlarda çörək bişirilə bilər.
4.Silmək yolu ilə təmizləmə
Bıçaq, şüşə, cilalı taxta, düz mərmər və nimçə kimi şeylər, quru və ya yaş pisliklə çirklənsə, nəm əsgi, süngər, torpaq, yaxud da yarpaq və buna bənzər bir şeylə silinər, pisliyin izi qalmadığına əmin olunarsa, bunlar təmizlənmiş olar.
5.Qazımaq və ovxalamaq yolu ilə təmizləmə
Pisliyi canına çəkməyən məst və ayaqqabı kimi şeylərə heyvan nəcisi kimi görünən nəcasət toxunduqda, su ilə təmizlənə bilər. Ayrıca bıçaq və ona oxşar şeylərlə qazımaqla və yerə sürtüb ovxalamaqla da təmizlənər. Lakin sidik kimi görünməyən nəcasəti yalnız yumaqla təmizləmək mümkündür. Paltara və bədənə toxunan pisliyi də qazımaq və ya torpağa sürtmək kifayət etmir, bunu yumaq lazımdır.
6.Qurutmaq və torpağa sərməklə təmizləmə
Yer üzü və yer üzündə olan hər hansı bir şey murdarlanarsa, qurumaqla təmizlənər. Belə ki, murdar olan bir torpaq parçası, günəş, külək və odla quruyub üzərindəki pisliyin izi qalmazsa, təmizlənmiş olar. Belə bir yerdə namaz qılına bilər, lakin bu torpaqla təyəmmüm edilə bilməz. Çünki belə torpaq təmiz isə də, təmizləyici deyil. Murdar olan bir yer (torpaq), pisliyin izi qalmayana qədər üzərinə su axıdılmaqla və ya pisliyin qoxusu qalmayacaq dərəcədə üzərinə təmiz torpaq tökülməklə təmizlənər.
7.Suyun axması və itməsi yolu ilə təmizlənməsi
İçinə pislik düşmüş olan kiçik bir su, bir hovuz və su dolu bir hamam vannası, bir tərəfdən və ya üstündəki krandan təmiz su axıb getməklə, pisliyin əsəri qalmamışsa, təmiz olar. Bu, axar su hökmündədir. Lakin gələn suyun hovuz altından axıb getməsi kafi deyil. Murdar olan bir quyunun suyu çəkilib yox olduqda o quyu təmizlənmiş olar. Bundan sonra gələn suyu murdar olmaz, çünki gedən pislik artıq geri dönməz.
8.Kəsmə və aşılama yolu ilə təmizləmə
Donuzdan başqa, hər hansı heyvanın dərisi dini qaydalara uyğun kəsilməklə təmiz olar. Belə bir heyvan dərisi üzərində namaz qılmaq olar. Ətinə gəlincə, əti yeyilən heyvanların əti də təmiz olar. Lakin əti yeyilməyən heyvanların əti təmiz olmaz. Belə bir ətdən 3 q-a qədər bir kimsənin üzərində olsa, onun namazı düzgün olmaz. Kəsildiyi üçün əti təmiz sayılsa belə, yeyilməsi caiz olmaz. Çünki hər təmiz olan şeyin yeyilməsi doğru deyil. Donuzdan başqa, hər heyvanın dərisi aşılanmaqla da təmiz olar. İki növ aşılama var: biri həqiqi aşılamadır ki, zəy, duz və oxşar kimyəvi maddələrlə edilir. Digər növ aşılama da hökmi aşılamadır ki, dəriyə torpaq səpməklə, onu günəşin, havanın və küləyin qarşısına qoymaqla edilir. Aşılanmaqla dərilərdə olan murdar yaşlıq itər.
9.İstinca və istibra yolu ilə təmizləmə
İstinca (böyük tualet təmizliyi) və istibranın (kiçik tualet təmizliyi) bəzi ədəbləri vardır. Belə ki, tualetə gedərkən «Allahım! Pislikdən və murdar olmaqdan sənə sığınıram», -deyə dua edilir. Tualetə sol ayaqla girilir, sağ ayaqla çıxılır. Tualetdə qiblə istiqamətində oturmamalı, arxa tərəf də qibləyə çevrilməməlidir. Küləyə qarşı, qarışqa və böcəklərin yuvalarına, dəstəmaz və qüsl alınacaq sulara sidik etmək məkruhdur. Tualetdə ikən danışmamalı, din və axirət işləri düşünülməməlidir.
 
Category: Dini baxımdan təmiz olan və olmayan şeylər | Added by: IslamQadini (2010-05-01)
Views: 3161 | Rating: 5.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]