«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 11:03 AM
Main » Articles » Muxtelif me'lumatlar » Evlilikdən qaçan gənclərlə nə etməli?

Evlilikdən qaçan gənclərlə nə etməli?
Evlilikdən qaçan gənclərlə nə etməli?

Evlilikdən qaçan gənclər həm uzun müddət evlənmədiklərinə görə valideynlərini nigaran edir və həm də orta yaşa çatdığı üçün xüsusi xarakterə və xüsusiyyətə malik olaraq, valideynləri üçün problemlər yaradırlar. Təbiidir ki, uşağın başqaları ilə rabitə yaratmaq və ya dost seçmək kimi bir vəzifəsi yoxdur. Körpə isə daima böyüklərdən asılı olur. Ancaq böyüdükcə başa düşür ki, o, artıq böyüklərdən asılı olmalı deyildir. Öz problemlərini özü həll etməyi yavaş-yavaş öyrənir. Başa düşür ki, bir çox iztirablı anlarda söykənə biləcəyi şəxs özüdür. Ancaq bəzi insanlarda bu mərhələ düzgün inkişaf etməmişdir. Böyüyən zaman isə müstəqil olmaq qorxusu və böyüklərdən asılı olmaq sevinci və rahatlığı onları tərk etmir. Bu cür insanlar hər cür məsuliyyətdən uzaq olmaq istəyirlər. Ona görə də evlilikdən qaçırlar. Ola bilsin ki, hətta orta yaş həddinə qədər bir dəfə belə elçi getməyibdir. Ya da qarşı tərəfi rədd etmək üçün bəhanə axtarır.



Əgər bu cür övlad sahibisinizsə nə etsəniz yaxşı olar?



Əgər oğlunuz evdən bayıra çıxmağı xoşlamırsa, gərək özünüz bir iş görəsiniz. Ondan xahiş etməyin, qurban kəsməyin, evliliyə təşviq edilməsi nəticə verməyəcəkdir. Əgər o, istəsəydi, indiyə qədər bir iş görmüş olardı. O, bu cür təşviqlərə və hədələrə əhəmiyyət verməyəcəkdir. Siz onun müstəqil olmasını istəyirsiniz. O, özü də bunu bilir. Heç bir izahata ehtiyac yoxdur. İndi bu otuz yaşında oğlanın vaxtı çatmışdır ki, çamadanını yığıb, getsin. Ona doğulduğu ilk gündən eşq və məhəbbət göstərmisiniz. Ancaq 30 il keçməsinə baxaçayaraq, hələ də sizin evdədir.



- Qəbul edin ki, övladınız ata evini tərk etməlidir. Bu məsələni qəbul etmək onun evdən bayıra çıxması üçün ilk addımdır. Həmişəki bəhanələrinə qulaq asmayın. Siz indiyə qədər çox səbir etmisiniz, indi isə əməl vaxtıdır.



- Övladınızın hisslərinin zədələnməsindən qorxmayın. Siz illər boyu övladınızın bütün ehtiyaclarını yerinə yetirmisiniz. Sizin bu ifrat eşq və məhəbbətiniz sayəsində o, müstəqillyini itirmişdir.



- Gələcək haqqında sual verməkdən əl çəkin. Həqiqət budur ki, övladınız gələcək üçün bir planı yoxdur.



- Hər bir mövzu haqqında danışmağı yaddan çıxardın və əsas mövzunuz onu evdən bayıra çıxartmaq olmalıdır.



- Oğlunuzla baş-başa oturub söhbət edin. Ona deyin ki, onu nə qədər sevirsiniz, ancaq indi o zaman gəlib çatıb ki, öz həyatını qurmalıdır. O, həmişə sizinlə yaşaya bilməz. Ondan istəyin ki, özü üçün başqa bir mənzil tapsın. Məsələn 3 ay sizdən uzaqda yaşasın. Ola bilsin ki, söhbətiniz onun evdən çıxması üçün kifayət etsin.



- Onun üçün yemək hazırlamağı dayandırın. Otağını səliqəyə salmayın. Paltarlarını da yuyub, ütüləməyin. Bütün bunlar övladınıza hörmətsizlik deyildir. Sizin əsas məqsədiniz onu müstəqil olmağa tərəf sövq etməkdir. Ata evini beşulduzlu otellə səhv salmasın.



Müşahidə edilir ki, orta yaşlı oğlanların tək yaşaması onların gələcək həyatları haqqında ciddi düşünmələrinə səbəb olur. Ona görə də bu kiçik addımdan başlayın və onu müstəqil olması üçün düzgün yola hidayət edin.



(Tebyan/ deyerler.org)
Category: Evlilikdən qaçan gənclərlə nə etməli? | Added by: IslamQadini (2012-04-25)
Views: 1494 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 Cinna   (2012-09-24 7:26 PM) [Daxil ol]
Kas bunu otuz yasli oglan ozu oxuyaydi sad

Only registered users can add comments.
[ Registration | Login ]