«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 2:57 PM
Main » Articles » Muxtelif me'lumatlar » Kimlərə salam düşür, kimlərə yox

Kimlərə salam düşür, kimlərə yox
Kimlərə salam düşür, kimlərə yox

Salam vermək

Quran: «Orada belə dua edərlər:«Allahım, Sən uca və paksan. Görüşən zaman «salam» deyərlər. Dualarının axırı isə budur:Şükr olsun, aləmlərin Rəbbi olan Allaha.» ("Yunis", ayə 10)
Hədis:
Allahın Peyğəmbəri (s):«Salam vermək bizim dinin rəhmət və mehribanlıq nişanəsi, dövrümüzün əmin-amanlığı və pənahımızdır.»
Allahın Peyğəmbəri (s):«Ən xəsis insan, salam verməkdə xəsislik edəndir.»
Allahın Peyğəmbəri (s):«Salama rəvac ver ki, evinin xeyir-bərəkəti artsın.»
İmam Baqir (ə):«Allah-taala insanları yedirtməyi və salama rəvac verməyi sevər.»
İmam Sadiq (ə):«Salam sözdən qabaqdır.»
İmam Sadiq (ə) (öz ata babalarından nəql edir): «Allahın Rəsulu (s) buyurmuşdur:«Kim salam verməmiş sözə başlasa, ona cavab verməyin.» Eləcə də buyurmuşdur: «Heç kəsi salam verməyincə yeməyinə dəvət etmə.»
Salamda qabaqlamaq
Allahın Peyğəmbəri (s):«Allaha və Onun Rəsuluna (s) ən yaxın olan insan birinci salam verəndir.»
Allahın Peyğəmbəri (s) :«Birinci salam verən təkəbbürdən uzaqdır.»
İmam Əli (ə):«Salamın 70 savabı var: altmış doqquzu salam verənə, biri də salam alana çatar.»
Evə daxil olanda salam vermək
Quran: «Evə daxil olanda özünüzə salam verin ki, bu Allah tərəfindən mübarək və pak salamlamadır.» ("Nur", ayə 61)
Hədis: Allahın Peyğəmbəri (s):«Sizlərdən biriniz evə daxil olan zaman salam versin. Çünki salam həmin evə bərəkət endirir və mələklər o evlə ünsiyyətə girir.»
Salamın cavabı vacibdir
Quran: «Sizə salam verildiyi zaman ondan daha yaxşı, ya onun kimi salamla cavab verin ki, Allah-taala hər şeyi hesaba alandır.» ("Nisa", ayə 86)
Hədis: Allahın Peyğəmbəri (s):«Salam vermək müstəhəbdir, salamı almaq isə vacib.»
Salam verməyin qaydası
Allahın Peyğəmbəri (s):«Kiçik böyüyə salam versin, bir nəfər iki nəfərə, sayları az olanlar sayları çox olanlara, yol gedən dayanana, ayaq üstə duran oturana salam versin.»
Allahın Peyğəmbəri (s):«Beş şeyi hələ ki, sağam tərk etməyəcəm:… uşaqlara salam verməyi, məndən sonra sünnə olsun deyə.»
İmam Baqir (ə):«Nə yəhudiyə salam verin, nə də xaçpərəstə. Nə məcusiyə, nə bütpərəstə, nə süfrə başında şərab içənlərə, nə şahmat və nərd oynayanlara, nə özünü qadın surətinə salan kişiyə, nə ismətli qadına böhtan deyən şairə və nə də namaz qılana (namaz vaxtı) salam verməyin. Çünki namaz qılan salamın cavabını verə bilmir, halbuki müsəlmana salam vermək müstəhəbbdir, salamı almaq isə vacib. Nə sələm yeyənə salam verin, nə ayaq yolunda olana, nə hamamda olana, nə açıq-aşkar günah və fisq edən fasiqə salam verməyin.»
İmam Sadiq (ə) :«Allahın Rəsulu (s) qadınlara salam verərdi. Onlar da Həzrətin salamının cavabını alardılar. Əmirəlmöminin(ə) də həmçinin qadınlara salam verərdi. Amma cavan qadınlara salam verməkdən xoşu gəlməzdi və buyurardı:«Qorxurdum ki, səsləri mənim xoşuma gəlsin, nəticədə savab və əcr (mükafat) qazanmaq əvəzinə günaha batım.»/quranevi.az/

Birlik.az

Category: Kimlərə salam düşür, kimlərə yox | Added by: IslamQadini (2012-06-18)
Views: 1307 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]