«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 3:06 AM
Main » Articles » Muxtelif me'lumatlar » Qeybdən bir səs gəldi ki, bu uşağın adını Əli qoy

Qeybdən bir səs gəldi ki, bu uşağın adını Əli qoy
Qeybdən bir səs gəldi ki, bu uşağın adını Əli qoy
"Bətnimdəki uşağa and verirəm ki, onun doğulmasını mənim üçün asan elə"
 
Qətlin haram buyrulduğu Ramazan ayının 21-ci günü, həzrəti Əli əleyhissalamın şəhadət günüdür. Bu məqsədlə onun həyatına qısa nəzər salmağı lazım bildik.
Rəvayətə görə, onun doğum vaxtı yaxınlaşdıqca, anası Fatimə Kəbəyə tərəf gələrək belə bir dua edir:
"Ey Allahım, sənə, peyğəmbərlərinə və kitablarına inamım var. Cəddim İbrahim Xəlilin sözünü doğru sanıram. O, bu evi sənin əmrin ilə tikdi. Allahım, Səni ona və bətnimdəki uşağa and verirəm ki, onun doğulmasını mənim üçün asan elə”.
Elə bu an Allah evinin divarları yarılır, o xanım içəri daxil olduqdan sonra yenidən qapanır. Dörd gündən sonra o, qucağında körpə ilə çıxaraq deyir: - Qeybdən bir səs gəldi ki, bu uşağın adını Əli qoy. Və beləliklə o, Kəbədə doğulan ilk və son insan oldu. Onun atası və anası Qureyşilər tayfasının bir qolu olan Haşimi nəslindəndir.
Əli həyatının ilk 10 ilini peyğəmbərin himayəsi altında keçirib. O peyğəmbərə iman gətirən və onun haqq yolunu ilk gedən insanlardan olub. Peyğəmbər aldığı vəhylərin mənasını hamıdan əvvəl ona açıqlardı. Məhz bu səbəbdən Əli belə buyurub: "Allahın Kitabı barəsində məndən soruşun, çünki elə bir ayə yoxdur ki, onun gecə və ya gündüz, aranda və ya dağda nazil olduğunu bilməyim”.
Hz.Əli hicrətdən peyğəmbərin vəfatına qədərki 10 il ərzində savaş cəbhələrində böyük fədakarlıq göstərib. O, İslam peyğəmbərilə 27 savaşdan 26-da iştirak edib. Rəvayətə görə, döyüşlərdən birində, məhz Ühüd savaşında "Zülfüqar” adlı qılınc Hz.Məhəmməd tərəfindən ona hədiyyə olunub.
Hz.Məhəmməd ilk xanımı Hz.Xədicənin dünyaya gətirdiyi dörd qızından ən kiçiyi olan Fatiməni Əliyə verərək onu öz kürəkəni edib. Əlinin Fatimədən Həsən və Hüseyn adlı iki oğlan, Zeynəb və Ümmi Gülsüm adlı iki qız uşağı dünyaya gəlib.
632-ci ildə İslam peyğəmbəri vəfat edir. Onun vəfatından çox sarsılan Hz.Fatimə də çox keçmir ki, Allah dərgahına qovuşur.
Məhəmmədin (s) vəfatından sonra xəlifəlik məqamı ardıcıllıqla Əbubəkr, Ömər ibn Xəttab və Osman bin Əffana yetişir. İlk üç xəlifənin hakimiyyət dövrü 25 il davam edir. Bu dövrdə heç bir idarəçilik işində və gedən müharibələrdə iştirak etməyən Əli "Qurani-Kərim”i təfsir etmiş, anlaşması çətin olan ayələri açıqlamış, o cümlədən ən böyük İslam təfsirçilərindən olan İbn Abbas kimi tələbələr yetişdirmişdir. Hz.Əli "Nəhcül - bəlağə” kitabında yer alan hikmətli söz və xütbələrin bir qismini, "Qürərul- hikəm”də toplanan və bu kitabda əsərin əsasını təşkil edən təxminən on mindən artıq hikmətli sözü və xeyli şerləri bu dövrdə yaratmışdır.
Göründüyü kimi o, elmə çox böyük önəm verib və buna görə də, belə buyurub: "Mənə bir hərf öyrədənin qulu olaram”.
656-cı ildə üçünçü xəlifə Osmanın öldürülməsindən sonra Əli 56 yaşında xəlifəlik məqamına yetişib və 661-ci ilədək bu vəzifəni icra edib. O, xəlifəlik zamanı gündüzlər dövlətçilik işləri ilə məşğul olar, gecələr isə döyüşlər zamanı ərləri həlak olmuş ailələrə beytül-maldan ayrılmış azuqə aparardı.
O vaxtlar Şam valisi Müaviyə xəlifə Osmanın guya Əli tərəfindən qətlə yetirilməsi haqqında bir yalan uyduraraq ona qarşı müharibəyə başlayıb. Onun Müaviyəyə qarşı döyüşə hazırlaşdığı bir vaxtda bir neçə xarici Əli və daha iki nəfəri müəyyən bir vaxtda öldürməyi qərara alır. Hicrətin 40-cı ili və mübarək Ramazan ayının 19-cu gecəsi qətl günü elan olunur. Əlinin qətli Əbdürrəhman ibn Mülcəmə tapşırılır.
Nəhayət həmin gecə yetişir. İbn Mülcəm öz adamları ilə birlikdə Ramazan ayının 19-cu gecəsi Kufə məscidində yatır. Hələ bu gecədən 35 il öncə Əli peğəmbərdən eşitmişdi ki, onu Ramazan ayında qətlə yetirəcəklər.
Əli belə buyurur:
"….Peyğəmbər Ramazan haqqında o məşhur xütbəsini oxuduqdan sonra mən ayağa qalxıb soruşdum:
- Ey Allahın rəsulu! Bu ayın fəziləti nədir?
- O buyurdu.
- Günahlardan çəkinmək. Sonra üzgün halda ağlayaraq mənim bu ayda üz verəcək şəhadətimdən danışdı.
Həmin il həcc vaxtında sizinlə olmayacağam.
Vədə yetişən zaman səhər vaxtı Əli Kufə məscidində sübh namazını qılarkən İbn Mülcəm onu zəhərli qılıncla başından yaralayır. Hz.Əli Ramazan ayının 21-ci günü 63 yaşında ikən vəfat edir.
İbn Mülcəmin qılıncı onun başını yraladığı anda o bu sözləri deyir :
"Kəbənin Allahına and olsun ki, namazımı qurtardım”.
Xatırladaq ki, hazırda Əli ibn Əbu Talibin türbəsi Nəcəf şəhərindədir. Bu səbəbdən şəhərə Nəcəfül - Əşrəf - ən şərəfli Nəcəf adı verilib. Əli islam tarixində Heydər (Aslan), Əmir əl-möminin (Möminlərin sultanı), Mürtəza (Razı qalınan adam), o cümlədən digər ləqəb və kunyələrlə tanınıb.
Category: Qeybdən bir səs gəldi ki, bu uşağın adını Əli qoy | Added by: IslamQadini (2009-09-19)
Views: 1078 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]