«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 1:27 PM
Main » Articles » Muxtelif me'lumatlar » Sələm

Sələm

Sələm
 
Sələm şəri nöqteyi-nəzərdən riba adlanır. Ribanın isə lüğəti mənası yüksəklik və çoxluq, şəri mənası isə borc verən şəxsin borc alan şəxsdən verdiyi borcun miqdarından əlavə aldığı xüsusi artıqlıq, həmçinin alqı-satqı zamanı bir şəxsin iki eyni cinsli mal dəyişikliyində aldığı əlavə mal deməkdir. Sələm şəri, ictimai və iqtisadi təsir nöqteyi-nəzərindən cəmiyyətə ən ağır xəyanət, gəlir əldə etməyin ən çirkin yolu, ehsan yolunun bağlanması, iman nurunun itib getməsi, Allahın qəzəbinə səbəb olan iş, mal-dövlətin məhv olmasının səbəbi, Allah haramını yüngül tutmaq, yer üzərində fitnə-fəsad törətmək, cəmiyyətə zülm etmək, sələm alanın və eləcə də sələm verənin Allah nifrətinə tutulmasına səbəb, iqtisadiyyat aləmində şeytanla əlaqə yaratması nəticəsində psixoloji divanəlik, Allah və vicdan qarşısında bəyənilməz bir istismar deməkdir.

 
Məsələ-1-Sələm İslam  şəriətində çox təkidli haramlardan biri olub ən böyük günahlardan sayılır. Sələm iki hissəyə bölünür: Biri borcda sələm, digəri müamilə və alqı-satqıda sələm.
Məsələ-2-Əgər bir şəxs başqa bir şəxsə müəyyən məbləğdə pul və yaxud mal borc verə və borc verərkən onunla şərtləşə ki, borc alan şəxs borcu qaytarmaqdan əlavə müəyyən qədər də pul və ya mal verə, artıq bu, sələm sayılır. Fərq etməz ki, əlavə verilən mal olsun, ya nəqd pul olsun, ya da başqa bir haqq. Həmçinin fərq etməz ki, əlavə verilən, borc verənin özünə verilsin, yaxud da başqa şəxsə. Məsələn bir nəfər başqa birisinə borc verib onunla şərt kəsə ki, filan şəxsə, yaxud filan məscidə, yaxud da filan əza məclisinə maliyyə köməkliyi etsin, bu sələm hesab olunur. Ancaq borc verən şəxsin borc alandan tələb etdiyi artıqlıq maliyyə məsələlərinə aid deyilsə, bu, sələm sayılmır. Məsələn borc verən deyir ki, sənə bu şərtlə borc verirəm ki, namaz qılasan, oruc tutasan, malının zəkatını verəsən, yaxud məni və ya filan şəxsi dua edəsən.
Məsələ-3-Eyni cinsdən olan iki şeyin alqı-satqısı zamanı birinin digərindən artıq olması da sələm sayılır və haramdır. Məsələn on kiloqram əla növ buğdanı on iki kiloqram aşağı növ buğdaya satmaq, yaxud on misqal yaxşı qızılı on iki misqal pis qızıla satmaq və yaxud da on kiloqram misi on beş kiloqram misə satmaq. Baxmayaraq ki, hər iki cinsin qiyməti ümumilikdə eyni alınır.
Məsələ-4-Müqəddəs İslam şəriətində sələm aşağıdakı yerlərdə və aşağıdakı şəxslər üçün halaldır:
1)-Ata ilə övlad arasında. İstər sələm alan ata olsun, istərsə də övlad.
2)-Ər ilə arvad arasında. İstər sələm alan ər olsun, istərsə də arvad.
3)-Müsəlmanla əhli kitab olmayan kafir arasında. Bu şərtlə ki, sələm alan yalnız müsəlman olsun.
Məsələ-5-Saxta pul və əskinasları tərəf müqabilinə verib onu aldadaraq ondan nə isə alıb istifadə etmək haramdır.
Məsələ-6-Borcu olan hər bir şəxsə borcun vaxtı çatan zaman və borcu qaytarmağa imkanı olan halda heç bir səhlənkarlığa yol vermədən borcunu qaytarması vacib, onu gecikdirmək isə haramdır. Borc vermiş hər bir şəxsə də borcun vaxtı çatan zaman və borclu onu qaytararkən geri alması vacibdir.
Category: Sələm | Added by: IslamQadini (2012-09-29)
Views: 996 | Rating: 1.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]