«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 1:43 AM
Main » Articles » Destemaz-Namaz » Namaz Quran və hədislərdə

Namaz Quran və hədislərdə
 
Namaz Quran və hədislərdə
 
«(Ya Peyğəmbər!) Qurandan sənə vəhy olunanı oxu və (lazımınca) namazı qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!»
 
Cəhənnəm əhlindən soruşarlar: «Sizi Cəhənnəmə salan nədir? Onlar deyəcəklər: Biz (dünyada) namaz qılanlardan deyildlk.».
 
Elə buna görə də namaz dinin sutununa çevrilmişdir ki, o, qəbul olunsa, insanın digər əməlləri də dəbul olunar, əks təqdirdə, sair əməlləri də rədd edilər.
 
Hədislər:
 1-Bir gün həzrət Peyğəmbər (s) müsəlmanlara buyurdu:«Qapınızın kənarından (təmiz) su arxı axarsa və siz də həmən suda hər gün beş dəfə yuyunsanız, bədəninizdə olan çirkin yuyulub paklaşmasından sevinərsinizmi?!» Müsəlmanlar dedilər: Bəli, ey Allahın elçisi!
Həzrət Peyğəmbər (s) buyurdu: «Gündəlik beş vaxt namaz da belədir. Hər gün Allah qarşısında xalis niyyətlə dayanaraq, qıldığımız namazlar da bizim ruhumuzu, nəfs və ağlımızı beləcə saflaşdırır.»
 
 2-Həzrət Əmirəl-möminin Əli (ə) buyurmuşdur: «Namaza əhəmiyyət verib, onu qoruyun və çoxlu namaz qılıb onun vasitəsi ilə Allaha yaxınlaşın. Çünki namaz Allah-taala tərəfindən müəyyən vaxtlarda möminlərə vacib olmuşdur.
 
Cəhənnəm əhlinin verəcəyi cavab həqqında eşitməmisinizmi?! Onlardan soruşarlar- hansı əməl sizi Cəhənnəmə gətirdi? Deyərlər: Biz dünyada namaz qılanlardan deyildik.
 Namaz, gunahları ağac yarpaqları kimi yerə tökür.»
 Gördüyünüz kimi həzrət Peyğəmbər (s) namazı insanın qapısı kənarından axan (təmiz) su arxına bənzətmişdir ki, insan hər gün beş dəfə o suda yuyunduqda, bədənində heç bir çirk qalmadığı kimi, beş vaxt qıldığı namaz da onun günahlarını aradan aparır.
 
Namazın əhəmiyyətini elə şəxslər dərk edərlər ki, onların gözlərini dünya malının zinəti, övlad, mal və digər şeylər örtməmişdir.
Allah-taala müqəddəs Quranda buyurur:
«O kəslər ki, ticarət, və alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz…»
 
Allah-taala müqəddəs Quranda həzrət Peyğəmbərə (s) belə göstəriş verir: «Əhlinə (Əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbrlə davam et…»
Beləliklə də o həzrət (s) ailəsinə namaz qılmağı göstəriş verir və özü də namaz qılmaqda səbirli olurdu. Həyatda günahsız insan tapmaq çox çətindir. Çalışmalıyıq ki, heç bir vaxt günah etməyək və əgər günah etmişiksə də, öz bağışlayan və mərhəmətli Rəbbimizdən onları əfv etməsini diləyək və namaz qılmaqla onları aradan aparıb, ruh və nəfsimizi saflaşdıraq.

 
Category: Namaz Quran və hədislərdə | Added by: IslamQadini (2010-05-31)
Views: 1866 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 SHUKRIYYE   (2011-11-21 12:35 PM) [Daxil ol]
ALLAH her kesin qildigi namazi qebul etsin..AMIN!

Only registered users can add comments.
[ Registration | Login ]