«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 2:32 PM
Main » Articles » Nurlu kelamlar » NAMAZ VƏ ONUN TƏ`SİRİ

Nurlu kelamlar

 

NAMAZ VƏ ONUN TƏ`SİRİ

10–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  "Namazını yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma (Kovsər hovuzuna) gələ bilməz. (Yə`ni belə şəxs ümmətin yaxşı adamlarının Peyğəmbərin mərhəmət və lütfünə şamil olduqları yerə daxil olmaz və həzrətin ümmətindən sayılmaz)”

Mən layəhzuruhul-fəqih. c.1,s.206.

***

11–İmam Sadiq əleyhissalam buyurur:  Əgər sizlərdən birinin qapısından bir çay axsa və o şəxs hər gün orada beş dəfə yuyunsa onun bədənində çirk qalarmı? Həqiqətən namaz belə bir çaya bənzəyir. Namaz qılan şəxsin namazı onun günahlarının kəffarəsidir. Amma şəxsin imandan çıxıb kafir olmasına səbəb olan günahlar heç vaxt yuyulmaz və belə şəxs həmin günahda qalar.

Biharul-ənvar /82/236.

***

12–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  "Vacib namaz Allah yanında yaxşı qəbul olunmuş min həcc və min ümrəyə bərabərdir.”

Biharul-ənvar , c.99, s.14.

***

13–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Öz namazlarınızı (onun düzgün oxunmasına əhəmiyyət verməməklə) heç etməyin. Həqiqətən hər kəs namazın vaxtına və düzgün olması məsələlərinə riayət etməsə, Qarun və Haman ilə birlikdə məhşərə daxil olacaqdır və Allaha vacibdir ki, onu münafiqlərlə birlikdə Cəhənnəm oduna daxil etsin.

Biharul-ənvar /83/14.

***

14–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  "Namazda elə halda ol ki, sanki ömrünün axırıncı namazını qılırsan (namazı son dərəcə hüzuri-qəlblə qıl, e`dam hökmü verilmiş şəxsin e`damdan qabaq qıldığı son namazı kimi)”.

Biharul-ənvar, c.69, s.408.

***

15–İmam Əli əleyhissalam buyurur:  "Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu bilsəydi heç vaxt başını səcdədən götürməzdi.”

Təsnifu Qürərul-hikəm, səh.175.

***

16–İmam Baqir əleyhissalam buyurur:  "Qiyamət günü bəndədən soruşulan ilk əməl namazdır, əgər namaz qəbul olunsa sair əməllər də qəbul olunacaqdır, əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir.”

Biharul-ənvar , c.7, s.267.

***

17–İmam Sadiq əleyhissalam buyurur:  "Həqiqətən bizim

Category: NAMAZ VƏ ONUN TƏ`SİRİ | Added by: IslamQadini (2009-10-07)
Views: 2337 | Comments: 2 | Rating: 3.0/13
Total comments: 2
0  
2 elam   (2012-10-26 10:30 PM) [Daxil ol]
salam cox maraqli kelamlardi

0  
1 Meryem_324   (2012-05-07 6:20 PM) [Daxil ol]
salam

Only registered users can add comments.
[ Registration | Login ]