«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-18, 4:03 AM
Main » Articles » Destemaz-Namaz » Necə namaz qılmalıyıq (2)

Necə namaz qılmalıyıq (2)
 
Necə namaz qılmalıyıq (2)
 
ZÖHR NAMAZI
 Zöhr namazı 4 rəkətdir və günorta çağı qılınır. Zöhr namazının qılınma qaydası belədir:
1-Niyyət:
 Zöhr namazı qılıram, vacib qürbətən iləllah sözünü qəbdən keçirmək.
2-Təkbirətul-ehram:
Allahu əkbər demək. Zöhr namazı təkbir dedikdən sonra eynilə Sübh namazı kimi qılınır. Lakin təşəhhüddən sonra salam deməmiş, ayağa qalxaraq üçüncü və dördüncü rəkətləri aşağıda göstərilən şəkildə tamamlamaq lazımdır:
3-Təsbihatı demək:
 Subhanəllahi vəl-həmdulillahi və la ilahə illəllah vallahu əkbər-(3 dəfə).
4-Ruku:
 5-Rukudan qalxmaq:
 6-Səcdə:
7-Səcdədən qalxmaq:
8-İkinci dəfə səcdəyə getmək:
9-İkinci səcdədən qalxmaq: İkinci səcdədən qalxdıqdan sonra bir daha ayağa qalxır və üçüncü rəkət kimi dördüncü rəkəti belə qılırıq:
1-Təsbihatı üç dəfə demək.
2-Ruku.
 3-Rukudan qalxmaq.
4-Səcdə.
5-Səcdədən qalxmaq.
6-İkinci dəfə səcdəyə getmək.
7-İkinci səcdədən qalxmaq.
8-Təşəhhüd.
9-Salam.
10-Təkbir (3 dəfə).
 
ƏSR NAMAZI
Əsr namazı eynilə Zöhr namazı kimi olub, təkcə niyyətdə fərqlənir. Əsr namazı 4 rəkətdir və Zöhr namazından sonra qılınır.
Əsr namazının niyyəti belədir: «Əsr namazını qılıram, qürbətən iləllah». Zöhr və Əsr namazlarını həm bir-birinin ardınca, həm də bir-birindən fasilə ilə (yəni öz fəziləti vaxtında) qılmaq olar. Lakin onları ayrıca (öz fəzilətli vaxtında qılmaq, daha üstün və bəyənilmiş sayılır).
 
MƏĞRİB NAMAZI
Məğrib namazı 3 rəkətdir. Bu namaz günəş batdıqdan sonra və İşa namazından qabaq qılınır. Məğrib namazının qılınma qaydası belədir:
 1-Niyyət: «Məğrib namazı qılıram qürbətən iləllah».
 2-Təkbirətul-ehram.
3-Təkbir dedikdən sonra sübh namazı kimi 2 rəkət qılınır, amma 2-ci rəkətdə təşəhhüddən sonra salam deməmiş ayağa qalxıb 3-cü rəkətə məşğul oluruq. Namazının 3-cü rəkəti, Zöhr və Əsr namazlarının 3-cü rəkətləri kimidir.
 Şam namazının 3-cü rəkətində ikinci səcdədən qalxdıqdan sonra, təşəhhüd və salam deyilir və üç dəfə Allahu əkbər deməklə namaz tamamlanır.
 
İŞA NAMAZI
İşa namazı dörd rəkətdir. Bu namaz Məğrib namazından sonra qılınır və onun qılınma qaydası eynilə Zöhr və Əsr namazları kimidir. İşa namazı yalnız niyyətdə Zöhr və Əsr namazlarından fərqlənir. İşa namazının niyyəti isə belədir: «İşa namazı qılıram qürbətən iləllah».
Qeyd etməliyik ki, Sübh, Məğrib və İşa namazlarında kişilər «Həmd» və «İxlas» surələrini ucadan, Zönr və Əsr namazları, həmçinin təsbihatları isə astadan oxumalıdırlar.
 
NAMAZDA BİR NEÇƏ ŞEYƏ DİQQƏT YETİRMƏK ZƏRURİDİR: 1-Namaz halında danışmamaq;
 2-Namaz halında qəh-qəhə ilə gülməmək;
 3-Namaz halında yemək və içməkdən pərhiz etmək;
4-Namaz halında qiblədən üz döndərmək;
5-«Həmd» surəsindən sonra amin deməmək;
6-Namaz qılarkən əlləri bir-birinin üzərinə qoymamaq və s. Qeyd olunanların hamısı namazı batil edən amillərdən sayılır.
7-Qızlar və qadınlar həm namaz qılarkən, həm də digər vaxtlarda dini örtüyə riayət etməlidirlər.
 
 NAMAZIN TƏRCÜMƏSİ
Həmd surəsi:
«Rəhman və Rəhim Allahın adı ilə. Həmd-səna və tərif aləmlərin Rəbbi olan Allaha məxsusdur. Rəhm edənlərin rəhm edənidir. Qiyamət gününün sahibidir. İlahi! Yalnız sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola hidayət et. O kəslərin yoluna ki, onlara nemət vermisən, qəzəb etdiyin şəxslərin və azğınların yoluna yox.»
İxlas (Tövhid) surəsi:
«Rəhman və Rəhim Allahın adı ilə. De ki, odur yeganə Allah. (O) Allah ehtiyacsızdır. Doğmayıb, doğulmayıb və ona tay olan bir kəs yoxdur.»
Zikr:
Pakizə və müqəddəsdir O Allah! Təkbir: Allah çox ucadır. Təsbihat:
 Pakizə və müqəddəsdir O Allah. Tərif yalnız Allaha məxsusdur. Ondan başqa heç bir məbud yoxdur və Allah çox ucadır.
 Təşəhhüd:
 Allaha həmd-səna və tərif olsun. Şəhadət verirəm ki, Allahdan başqa ayrı bir məbud yoxdur və şəhadət verirəm ki, Muhəmməd Onun bəndəsi və elçisidir. Ey mənim Allahım! Muhəmməd və Onun ailəsinə öz rəhmətini göndər. Salam:
Ya Peyğəmbər! Sənə salam, Allahın rəhmət və bərəkəti olsun. Salam olsun bizə və Allahın saleh bəndələrinə. Sizə salam və Allahın rəhməti və bərəkəti olsun.
 
Category: Necə namaz qılmalıyıq (2) | Added by: IslamQadini (2010-05-31)
Views: 4736 | Comments: 1 | Rating: 3.6/5
Total comments: 1
0  
1 Esnad   (2011-01-01 9:01 PM) [Daxil ol]
Allah Razi Olsun

Only registered users can add comments.
[ Registration | Login ]