Main » Articles » Ramazan-Oruc » Orucun hokmu |
Orucun hökmləri
Orucun hökmləri
Müqəddəs İslam şəriətində vacib olan əhəmiyyətli əməllərdən biri də orucdur.
Oruc, insan qəlbi və ruhunun saflaşması və onun Allaha yaxınlaşması üçün mühüm amillərdən sayılaraq müqəddəs İslam şəriətində özünəməxsus əhəmiyyətə malikdir.
Allah-taala bu barədə belə buyurur:
«Ey iman gətirənlər! Təqvalı və pərhizkar olasız deyə, sizdən qabaqkılara vacib olduğu kimi, sizə də oruc vacib oldu». Mübarək ayədə buyurulduğu kimi, oruc təqvalı və pərhizkar olmaq üçün bir amil sayılır.
Oruc tutan şəxs aclıq və susuzluğun çətinliyini dərk etmək nəticəsində yoxsul və acların fikrinə düşür və onun qəlbində yoxsullara qarşı şəfqət hissi oyanır. Oruc tutmaq ruhi və mənəvi sağlıqdan əlavə, insanın cismi və orqanizmi üçün də bir çox faydalara malikdir.
Həzrət Məhəmməd (səlləllahu əleyhi və Alihi və səlləm) bu haqda belə buyurur:
«Sağlam olasız deyə, oruc tutun». Oruc, qəsdi-qürbət niyyəti ilə sübh azanından Məğrib azanınadək bilərəkdən yemək, içmək və cənabət [cünub olmaq və s.]-dən özünü saxlamağa deyilir.
Hər hansı bir iynə və ya sistem və habelə nəfəs çatışmamazlığını aradan aparmaq üçün istifadə olunan əşyalardan istifadə etmək orucu batil etmir.
Oruc tutan şəxsin boğaza çatmayan göz, qulaq və buruna tökdüyü dərman orucu batil etmir.
Qadının heyz və nifas qanı görməsi orucu batil edir.
Bu qanlar qadının hətta oruc tutduğu gündə bircə an gələrsə, onun orucu batildir və sonradan o günün [və yaxud günlərin] qəzasını yerinə yetirməlidir.
Oruc tutmaq istəyən şəxs Sübh azanından qabaq cünub olub və yaxud heyz və nifas qanından pak olarsa, Sübh azanı olmamışdan qabaq qüsl verməlidir.
Su tapmadıqda [və yaxud suyun ona zərəri olduqda] isə qüsl əvəzinə təyəmmüm etməlidir.
Oruc tutan şəxs istər vacib, istərsə də müstəhəb orucları batil edən amilləri səhvən əncam verərsə, onun orucu batil olmaz.
Xəstə və yaxud müsağır şəxs, sonradan orucun qəzasını tutmalıdır.
Bilərəkdən və heç bir üzrlü səbəb olmadan orucu tərk edən şəxs həm orucun qəzasını yerinə yetirməli, həm də bundan əlavə, kəffarə verməlidir.
"Kəffarə” dedikdə ya altımış gün ardıcıl olaraq oruc tutmaq, yaxud da altımış yoxsulu doyuzdurmaq nəzərdə tutulur.
Qocalıq və yaxud ardıcıl xəstəlik səbəbindən oruc tuta bilməyən şəxslər, hər günün orucu əvəzinə 750 qram miqdarında yoxsula [buğda və bu kimi] yemək verməli və bu yeməkdən yalnız yoxsul istifadə etməlidir.
Müəyyən bir üzrlü səbəbdən oruc tuta bilməyən şəxs, heç bir üzrü olmadan gələn ilədək orucunun qəzasını tutmasa, orucunun qəzasından əlavə, hər gün müqabilində yoxsula 750 qram yemək verməlidir.
Ata və ehtiyata əsasən ananın qəza oruclarını tutmaq [və yaxud başqasına tutdurmaq] da, böyük oğula vacib sayılır.
Oğlanlara həddi-buluğa [yuxuda cünub olduqdan və yaxud on altı yaşa] çatdıqdan sonra oruc tutmaq vacibdir.
Qızlara isə heyz qanı gördükdən və yaxud on üç yaş tamam olduqdan sonra oruc tutmaq vacib sayılır.
Ramazan ayının əvvəli aşağıdakılardan ibarət olan bir neçə yolla sübut olunur:
1) Mükəlləfin özünün ayı görməsi;
2) Mükəlləf üçün etibarlı sayılan bir ədalətli kişi və ya qadının xəbər verməsi;
[Amma o şəxsin səhv etməməsinə yəqin etmək əsaslı şərt sayılır].
3) İki ədalətli şəxsin xəbərinə əsasən "hakimi şər”in tərəfindən Ramazan ayının daxil olma-sının rəsmi şəkildə xəbər verilməsi;
Bir məntəqədə ayın görünməsi o məntəqə ilə üfüqləri bir olan məntəqələr üçün höccət sayılır.
Lakin onların üfüqləri arasında çox fasilə olduqda, höccət sayılmır.
Fitr və Qurban bayramları günündə oruc tutmaq haram sayılır.
Ramazan ayının daxil olub-olmaması barədə şəkk edilən gündə Ramazan ayının orucu niyyətini etmək olmaz.
Beləliklə, əgər o gün [Ramazan ayının orucundan başqa bir oruc tutarsa və ] sonra-dan o günün Ramazan ayı olduğu aydın olarsa, tutulan oruc düzgün sayılır.
Oruc tutmaq [sağlamlığı üçün] zərərli olan şəxslər, oruc tuta bilməzlər.
Oruc tutmaq [sağlamlığı üçün] zərərli olan şəxs, oruc tutmaqla - kor və ya əlacsız bir xəstəliyə düçar olarsa – onun tutduğu oruclar batildir.
Bu kimi nöqsanlara düçar olmasa, orucu düzdür, amma belə bir şəxs pis iş görmüşdür.
Mükəlləf, orucun ona zərərli olmasını ehtimal verməklə orucu tərk edə bilər və onun bu haqda yəqin etməsi zəruri deyildir.
Amma onun verdiyi ehtimal – mütəxəssis və dindar bir həkimin nəzəri kimi – ağıl əsasında olmalıdır.
| |
Views: 2322 | Comments: 2 | Rating: 1.0/1 |
Total comments: 2 | |||||||
|