Main » Articles » Nurlu kelamlar » QADIN VƏ ONUN ÖZ ƏRİNİ XOŞHAL ETMƏSİ |
QADIN VƏ ONUN ÖZ ƏRİNİ XOŞHAL ETMƏSİ
305–İmam Baqir əleyhissalam buyurur: Qadınlar üçün qiyamət günündə ən böyük şəfaət edən ərlərinin razılığıdır. 306–İmam Riza əleyhissalam Əmirəl-mö`minin Əli əleyhissalamdan rəvayət edir: Qadınlarınızın ən yaxşısı beş xüsusiyyətə malik olanlardır. Soruşuldu ki, ya Əli, bu beş xislət nədən ibarətdir? Buyurdu… Ərinə qarşı təvazökarlıq və üzü yolalıq, eləcə də bədxərclik etməyib qənaətcil olmaq; Xoşxasiyyət, mülayimlik və mehribançılıq; Əri ilə həmkarlıq edib razılaşmaq, işlərində ona kömək etmək; Ərini əsəbi və ya yorğun halda gördükdə, bütün işlərini, öz istirahətini bir kənara qoyaraq onu şad edib sevindirmək; Əri yanında olmayanda onun malını, namusunu, övladlarını, öz iffətini qorumaqda əlindən gələni əsirgəməmək. Sonra buyurdu: Belə qadın Allah xidmətçilərindən sayılır və Allah xadimlərinə ümidsizlik yoxdur, onlar öz istəklərinə çatacaq. 307–İmam Sadiq əleyhissalam buyurur: Hər bir qadın əri haqlı olaraq ondan narahat olduğu halda gecələsə, mütəal Allah onun namazını əri razı olana qədər qəbul etməz. 308–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Kişinin öz yoldaşı üzərində olan haqqı budur ki: (arvadı) çırağı yandırsın, yemək hazırlasın, evin qapısına qədər xoş sözlərlə onu qarşılamağa çıxsın və üzrlü vaxtlardan başqa özünü onun ixtiyarında qoysun. 309–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Qadın ərinin haqqını ödəməyincə, Allahın haqqını ödəyə bilməz. 310–İmam Baqir əleyhissalam buyurur: Bir gün bir qadın Allahın Rəsulunun (s.ə.v.v.) xidmətinə yetişib o Həzrətdən sual etdi ki, kişinin qadının boynunda olan haqqı nədir? Allahın Rəsulu (s.ə.v.v.) cavabında buyurdu: İtaət edib ona qarşı çıxmamaq. | |
Views: 1545 | Rating: 5.0/1 |
Total comments: 0 | |