«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-25, 1:46 PM
Main » Articles » Nurlu kelamlar » QADINI ZİNƏTLƏNDİRMƏK

Nurlu kelamlar
 
QADINI ZİNƏTLƏNDİRMƏK

328–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Kişinin öz xanımına dediyi səni sevirəm sözü, heç vaxt onun qəlbindən çıxmaz.
Vəsailuş-şiə /14/1.
***

329–İmam Baqir əleyhissalamdan qadınların işlətdiyi və saçlarına vurduğu qəramil haqda soruşuldu. Həzrət buyurdu:  Qadınlar öz ərləri üçün bəzənə bilərlər.
Kafi /5/119.
***

330–Həzrəti Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Allahın Rəsulu (s.ə.v.v.) qadının ərindən başqası üçün bəzənməsini qadağan edib. Əgər belə etsə, Allahın onu cəhənnəm atəşində yandırmağa haqqı vardır.
Mən layəhzuruhul-fəqih /4/6.
***

331–İmam Sadiq əleyhissalam buyurur:  Bir kəsin bizə qarşı məhəbbəti nə qədər artsa, öz ailəsiylə bir o qədər mehriban olar.
Vəsailuş-şiə /14/11.
***

332–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Sizin qadınlarınızın ən yaxşısı iffətli olub, ər-arvadlıqda ərinə itaət edən, onun üçün bəzənənlərdir.
Vəsailuş-şiə /20/30.

Category: QADINI ZİNƏTLƏNDİRMƏK | Added by: IslamQadini (2009-09-30)
Views: 1101 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]