«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-25, 11:46 PM
Main » Articles » Nurlu kelamlar » QEYBƏT VƏ EYB AXTARMAQ

Nurlu kelamlar
 
 
QEYBƏT VƏ EYB AXTARMAQ
 
177–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Qeybət, insanın dinini puç etməkdə, onun bədənində olan xora xəstəliyindən daha güclüdür.
Kafi /2/357.

***
178–İmam Əli əleyhissalam buyurur:  Qeybəti eşidən qeybət edən qədər günah qazanar.
Ğürərul-hikəm /307.

***
179–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Qeybəti tərk etmək Allah yanında on min rəkət müstəhəb namaz qılmaqdan daha əzizdir.
Biharul-ənvar /75/261.

***
180–Əbdül-mö`min Ənsari deyir:  İmam Musa ibni Cə`fər əleyhissalamın yanına getdim. Məhəmməd ibni Əbdüllah Cə`fəri də onun yanında idi. Mən ona təbəssüm etdim. O dedi:  Onu sevirsənmi? Dedim:  Bəli, mən onu yalnız sizin razılığınız üçün sevirəm. Buyurdu:  O, sənin qardaşındır, mö`min mö`minin ata-anası bir olan doğma qardaşı kimidir, baxmayaraq ki, ayrı-ayrı valideynlərin övladlarıdır. Öz din qardaşını müttəhim edən kəs məl`undur. Mö`min qardaşını aldadan hər kəs məl`undur; öz mö`min qardaşına nəsihət verməyən kəs məl`undur, mö`min qardaşının qeybətini edən şəxs də məl`undur.
Biharul-ənvar /75/262.

***
181–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Ən pis adam odur ki, camaatın eyblərini axtarsın, amma öz eyblərini görməsin.
Təraiful-hikəm /176.

***
182–İmam Musa ibni Cə`fər buyurur:  Mö`min qardaşının qeybətini edən şəxs məl`undur.
Biharul-ənvar /75/262.

***

183–Ənəs ibni Malik deyir:  Rəsuli-əkrəm (s.ə.v.v.) buyurdu:  Məndən altı şeyi qəbul edin, cənnət üçün sizə zamin olum…

1. Danışanda (hədis deyəndə) yalan deməyin;

2. Verdiyiniz və`dələrə xilaf çıxmayın;

3. Əgər sizə əmanət versələr, ona xəyanət etməyin;

4. Öz gözlərinizi haramdan saxlayın;

5. Öz cinsiyyət üzvlərinizi haramdan qoruyun;

6. Əllərinizi və dilinizi yaramaz işlərdən qoruyun.
Xisal /321.

***
184-İmam Həsən Əskəri əleyhissalam buyurur:  Bütün günah və çirkin əməllər bir evdə qoyulmuşdur, onun açarı isə yalan danışmaqdır.
Biharul-ənvar /72/263.

***
185–İmam Səccad əleyhissalam buyurur:  Yalandan uzaq olun, istər kiçik olsun, istərsə böyük; istər ciddi olsun, istərsə də zarafat. Çünki, əgər bir nəfər kiçik yalanlara adət etsə, böyük yalanlara da cür`ət tapar.
Tuhəful-üqul /201.

***
186–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Haqq ilə batil arasındakı məsafə dörd barmaq qədərindədir. (Gözlə qulaq arasındakı məsafə nəzərdə tutulur.) Gözlə gördüklərin həqiqət, qulaqla eşitdiklərinin əksəriyyəti isə batildir.
Biharul-ənvar /75/196.

***
187–İmam Baqir əleyhissalam buyurur:  Həqiqətən Allah-taala şər əməllər üçün müxtəlif qıfıllar qoymuşdur, o qıfılların açarları isə şərabdır. Amma yalan danışmaq şərabdan da şiddətlidir, pisdir.
Kafi /2/339.

***

188–İmam Əli ibni Musər-Riza əleyhissalam buyurur:  Düz danışın və yalandan uzaq olun!
Biharul-ənvar /78/347.

Category: QEYBƏT VƏ EYB AXTARMAQ | Added by: IslamQadini (2009-10-07)
Views: 1814 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]