Main » Articles » Nurlu kelamlar » QOHUM-ƏQRƏBAYA BAŞ ÇƏKMƏK |
QOHUM-ƏQRƏBAYA BAŞ ÇƏKMƏK 221–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəs ruzisinin bol, ömrünün uzun olmasını istəyirsə, gərək öz qohum-əqrəbası ilə gediş-gəliş etsin (onlara baş çəksin, çatışmamazlıqlarını, çətinliklərini həll etsin). 222–İmam Riza əleyhissalam buyurur: Mal-dövlət yığmaq yalnız beş xüsusiyyətlə mümkündür: Həddindən artıq paxıllıq, uzun-uzadı arzu, çox hərislik, qohum-əqrəba ilə qohumluq əlaqəsini kəsmək və dünyanı axirətdən üstün tutmaq. (Yə`ni bir şəxs paxıl, həris olmadığı, uzun-uzadı arzu etmədiyi, öz yoxsul qohum-əqrəbalarına baş çəkmədiyi və axirətini dünyadan üstün tutmadığı bir halda varlı ola bilməz). 223–İmam Baqir əleyhissalam buyurur: Sileyi-rəhim və qohum-əqrəba ilə əlaqələrin davam etdirilməsi, əməlləri xalis edər, mal-dövləti çoxaldar, bəlanı uzaqlaşdırar, hesab-kitabı asan edər və ömrü uzadar. 224–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Üç tayfa cənnətə daxil olmaz: Şərab içən, cadugər və qohum-əqrəbası ilə əlaqələrini kəsən. | |
Views: 1131 | Rating: 0.0/0 |
Total comments: 0 | |