«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 11:58 AM
Main » Articles » Nurlu kelamlar » QƏZƏB VƏ BƏDRƏFTARLIQLARIN BƏLALARI

Nurlu kelamlar
 
QƏZƏB VƏ BƏDRƏFTARLIQLARIN BƏLALARI
430–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  Qəzəb imanı, sirkə balı xarab etdiyi tək zay edər.
Kafi /2/302.

***
431–İmam Sadiq əleyhissalam buyurur:  Bütün pisliklərin açarı qəzəbdir.
Kafi /2/303.

***

432–İmam Riza əleyhissalam buyurur:  Bir kişi Peyğəmbəri-əkrəmdən (s.ə.v.v.) behiştdən uzaq düşməməsi üçün ona bir şey öyrətməsini istədi.

Həzrət buyurdu:  1. Qəzəblənmə; 2. Xalqdan istəmə (yə`ni hər bir şeyi Xaliqdən istə); 3. Özün üçün istədiyini xalq üçün də istə (yə`ni özünə rəva bilmədiyini xalqa rəva bilmə).
Biharul-ənvar /25/27.

***
433–İmam Sadiq əleyhissalam buyurur:  Hər kim qəzəbinin qarşısını alsa, Allah onun eybini örtər və gizlədər.
Kafi /2/303.

***

434–İmam Sadiq əleyhissalam buyurur:  Qəzəb hikmət sahiblərinin qəlbinin hikmətini yox edər (elə buna görə də onda hikmət əvəzinə səfehlik müşahidə olunar) və buyurdu:  Hər kim qəzəbinə sahib olmasa (qəzəbini cilovlaya bilməsə) ağlına da sahib ola bilməz.
Kafi /2/303.

Category: QƏZƏB VƏ BƏDRƏFTARLIQLARIN BƏLALARI | Added by: IslamQadini (2009-09-19)
Views: 1038 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 KubraZ   (2013-04-02 4:51 PM) [Daxil ol]
cox sagolun ^_^

Only registered users can add comments.
[ Registration | Login ]