Main » Articles » Ramazan-Oruc » Ramazanla bagli diger meseleler |
Ramazan duaları
Ramazan duaları
Bismillahir-rəhmanir-rəhim. Ya əliyyu, ya əzim. Ya ğəfuru, ya rəhim. Əntər-rəbbul əzim. Əlləzi ləysə kəmislihi şəy. Və huvəs-səmiul bəsir. Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur. Və huvəş-şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru rəməzan. Əlləzi ənzəltə fiyhil Quran. Hudən linnasi və bəyyinatin minəl-huda vəl-furqan. Və cəəltə fihi ləylətəl-qədr. Və cəəltəha xəyrən min əlfi şəhr. Fəya zəl-mənni və la yumənnu ələyk, munnə ələyyə bifəkaki rəqəbəti minən-nar. Fiymən təmunnu ələyh. Və ədxilnil-cənnətə. Birəhmətikə ya ərhəmər-rahimin.
Ey ulu, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən, Sən böyük Allahsan. Elə Allah ki, Ona bənzər yoxdur, eşidən və görəndir. Bu Ramazan ayı, Sənin bütün başqa aylardan böyük və hörmət etdiyin, şərəfli edib, üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən. Və o, insanların hidayəti üçün Quranı və haqqı batildən ayıran, doğru yola yönəldən açıq-aşkar dəlilləri nazil etdiyin Ramazan ayıdır və o Ramazan ayında Qədr gecəsini qərar verib, o gecəni min aydan xeyirli etdin. Ey minnət sahibi, Sənə minnət göstərilməz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy və məni Cənnətə daxil et, ey mərhəmətlilərin daha mərhəmətlisi!
İftar duaları "Bismillahir-Rəhmanir-Rəhim Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu.. Ya vasiəl-məğfirəti iğfir li". "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!" "Allahummə ləkə sumtu və əleykə təvəkkəltu və əla rizqıkə əftərtu, fə təqəbbəl minna. İnnəkə əntəs-səmiul-əlim." "Allahım! Sənin üçün oruc tutdum. Sənə iman etdim. Sənə güvənib dayandım. Ruzinlə iftar etdim. Bizdən bunu qəbul et. Şübhəsiz Sən, hər şeyi eşidən və bilənsən"
"Ya vasial-məğfirəti. vəğfirli və li validəyyə və lil-mumininə yəvmə yəqumul hisab" "Ey bağışlaması bol olan Allahım! Məni, ana-atamı və bütün möminləri hesab günündə məğfirət et"
| |
Views: 2237 | Rating: 0.0/0 |
Total comments: 0 | |