«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-25, 11:04 PM
Main » Articles » Nurlu kelamlar » SALEH ƏMƏLLƏR

Nurlu kelamlar

 

SALEH ƏMƏLLƏR

133–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  İki nəfər arasında barışıq yaratmaq insanın bütün oruc-namazlarından daha üstündür.

Biharul-ənvar /76-43.

***

134–İmam Əli əleyhissalam buyurur:  Hər kəs səndən xeyir umursa, onu ümidsiz etmə.

Nəhcül-bəlağə /511.

***

135–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Başqalarını yaxşı işlər görməyə sövq edib yol göstərən şəxs o yaxşı iş görən qədər savab alar.

Biharul-ənvar /96/119.

***

136–İmam Sadiq əleyhissalam buyurur:  Altı xislət vardır ki, mö`min öləndən sonra ondan faydalanar:  1. Onun üçün Allahdan bağışlanmaq istəyən saleh övlad, 2. Özündən sonra oxunan Qur`an, 3. Camaatın istifadəsi üçün qazılan quyu, 4. Əkdiyi ağac, 5. Ehsan üçün cari etdiyi su, 6. Özündən sonra camaatın əməl etdiyi gözəl sünnət.

Xisal /323.

***

137–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Əgər ümmətim üçün çətin olmasaydı, hər namaz vaxtı dişləri yumağı vacib edərdim.

Biharul-ənvar /76/126.

Category: SALEH ƏMƏLLƏR | Added by: IslamQadini (2009-10-07)
Views: 1125 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]