«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 3:51 PM
Main » Articles » Nurlu kelamlar » ŞƏHVƏT

Nurlu kelamlar
 
 
ŞƏHVƏT

354–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Üç şeydən qorxuram ki, məndən sonra ümmətim arasında vücuda gələ:  1. Hidayət olduqdan sonra yolunu azmaq (yə`ni ata-anaları müsəlman olduğu islam mühitində böyüyüb Qur`an hökmlərini eşidərək din yoluna gəldikləri halda əməldə, əxlaqda və ya əqidəsində haqq yolundan çıxmaları); 2. Azdırıcı fitnələrdən (yə`ni qorxuram ki, müxtəlif vəziyyət və dəyişiklikdə dinə qarşı olan möhkəmliklərini əldən verələr, imtahandan yaxşı çıxmayalar və Allah-pərəstlik zirvəsindən dünyapərəstlik alçaqlıqlarına enələr); 3. Qarın və cinsi şəhvətlərindən.
Kafi /2/79.
***

355–İmam Baqir əleyhissalam buyurur:  Heç bir ibadət qarın və cinsi şəhvət paklığından yaxşı deyil.
Kafi /2/80.
***

356–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  Günah və şəhvət üçün şəraiti olan, lakin Allah qorxusundan ondan imtina edən şəxsə, Allah-taala cəhənnəm odunu haram edər və onu (qiyamət günündə) böyük bəladan qoruyub saxlayar.
Məkarimul-əxlaq /429.
***

357–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Qarın, dil və ovrətinin şərindən qorunan adam, bütün günahların əlindən canını qurtarmışdır.
Mühəccətul-beyza.
***

358–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  (Günah edən zaman) ləzzətlərin qurtaracağını, onun pis tə`sirlərinin isə qalacağını yadınıza salın.
Nəhcül-bəlağə /553.
***

359–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Hər kim şəhvətlə bir oğlanı öpsə, Allah qiyamət günündə onu odlu yüyənlə cilovlayacaqdır.
Kafi /5/548.
***

360–İmam Baqir əleyhissalam buyurur:  Hansı zəhmət qarının və ovrətin (haramdan) qorunmasından üstün ola bilər?
Kafi /2/79.

Category: ŞƏHVƏT | Added by: IslamQadini (2009-09-30)
Views: 1045 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]