«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 5:24 AM
Main » Articles » Sual-cavab

Sual-cavab
 
Zalımı bağışlamaq olarmı?


Cavab: Quranda bu barədə belə buyurulur:
«Nə zülm edin, nə də zülmə baş əyin»[Beqere suresi. aye 279].
«Bağışlamağınız müttəqiliyə daha yaxındır»[Beqere suresi. aye.237].
«Bağışlasınlar! Allahın sizi bağışlamağını istəmirsiniz?» [Nur suresi. aye 22].
Həzrəti Əli (ə) «Nəhcül-bəlağə»də buyurur: «Allahın hökmünə baş əyəcəkləri ana qədər zalımlarla vuruşun».
İlk baxımdan belə görünə bilər ki, bəzən «vuruş», bəzən isə «bağışla» deməklə, yuxarıdakı göstərişlər arasında ziddiyyət vardır. Qeyd edək ki, bağışlamağın şəraiti vardır. O zaman bağışlamaq olar ki, bağışlanan tərəf sui-istifadə edib, öz zülmünü artırmasın. Başqa bir tərəfdən, düşmən yalnız son və qəti qələbədən sonra bağışlana bilər. Çünki tam məğlub edilməmiş düşməndən yeni təhlükələr gözlənilir.
Həzrət Əli (ə) buyurur: «Düşmənə qalib gələndə, bu qələbənin zəkatı olaraq onu bağışla»[Nehcul-Belage].

Amma gücdən düşməmiş düşməni bağışlamaqla, insan zülmə razı olanlardan hesab edilə bilər.

Məhəmməd Azəri

Category: Sual-cavab | Added by: IslamQadini (2010-08-05)
Views: 726 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]