Main » Articles » Sual-cavab |
Sual-cavab
Üzümüzü Kəbəyə tutub namaz qılmağımızı əmr etmiş Allahın bizim ibadətimizə ehtiyacı varmı? Cavab: Hamı evini üzügünəşə tiksə, günəşin işığı artmaz və əksinə, hamı evini arxası günəşə tiksə, onun işığı azalmaz. Günəşin insanlara heç bir ehtiyacı yoxdur. Amma insanlar günəşin işıq və istiliyinə ehtiyaclı olduqlarından evlərini üzü günəşə tikirlər. Namazı əmr etmiş Allahın bizim ibadətimizə heç bir ehtiyacı yoxdur. Amma insanlar Allaha üz tutmaqla onun lütfündən faydalanır və inkişaf edirlər. Quranın "İbrahim” surəsinin 8-ci ayəsində buyurulur: «Əgər bütün insanlar kafir olsalar, Allaha zərrəcə təsir etməz. Çünki, O bütün insanlardan ehtiyacsızdır.» Sual 4: Nə üçün salehlər çətinlik, günahkarlar isə rifah içində yaşayır? Cavab: Allah salehləri, öz dostlarını sevdiyi üçün hər hansı səhvə görə onları dərhal cəzalandırır ki, onlar öz səhvlərinə diqqətli olsunlar. "Haqqə” surəsinin 44-45-ci ayələrində buyurulur: "Əgər peyğəmbər bizə istinad edərək özündən sözlər danışsa, ondan mütləq intiqam alarıq.” Möminlər də belədir. Səhv edən kimi cəzalandırılırlar. Günahkarlara isə əvvəlcə möhlət verilir, möhlət başa çatdıqdan sonra onlar əzaba düçar olurlar.[Kef 59] İslahına ümid olmayan kafirlərə qiyamət gününədək möhlət verilir ki, günahlarını daha da artırsınlar.[Ali-Imran 178] Əgər eynəyinizin şüşəsinə bir damla çay sıçrasa, onu dərhal silirsiniz. Bu çay damlası paltarınıza düşsə, səbr edir, evdə paltarınızı dəyişirsiniz. Amma bu damla döşəməyə sərdiyiniz xalının üzərinə düşsə xalını yumaq qalır novruz bayramına. Allah da hər kəslə onun şəffaflığına uyğun rəftar edir. | |
Views: 551 | Rating: 0.0/0 |
Total comments: 0 | |