Main » Articles » Sual-cavab |
Sual-cavab
Heyvan, yoxsa nəfsini özünə tanrı edən insan daha çox zəlalətdədir? Cavab: «Furqan» surəsinin 44-cü ayəsində nəfsinə itaət edənlər haqqında buyurulur: «Onlar heyvan kimidirlər, bəlkə ondan daha çox zəlalətdədirlər». Uyğun mövzuda araşdırma aparan təfsirçilər bu qənaətdədirlər ki, heyvanlar altı cəhətə görə nəfsini özünə tanrı edən insandan üstündürlər: 1. Düşünmə istedadından məhrum olan heyvanların nöqsanlı hərəkətləri bağışlana bilər; 2. Heyvanlara ilahi hökm, kitab nazil olmadığından onlar üçün cəza da yoxdur; 3. Heyvanlar cəmiyyət üçün həmişə faydalıdırlar; 4. Heyvanlar nə qədər vəhşi olsalar da, müharibə törətmək qüdrətində deyillər; 5. İnsan, əqlini nəfsinə qurban verdiyi halda, heyvanlar öz təbii xüsusiyyətlərindən ‒ instinkdən kənara çıxmır; 6. Heyvanlar öz pis işini yaxşı qələmə vermir, necə varsa, elə də görünürlər.
| |
Views: 844 | Rating: 0.0/0 |
Total comments: 0 | |