Mələklər "nur"dan yaradılmış, lətif məxluqlardır. İlahi əmrlərə itaət edər, daim xeyir işlər görərlər – yazır Suallarlaislam saytı.
Kainatdakı maddi, mənəvi bütün işlərdə vəzifəlidirlər. Etdikləri işlərin əhəmiyyətinə görə dərəcələri də bir-birindən fərqlidir. Ən böyükləri Həzrəti Cəbrayıl, Mikayıl, İsrafil və Əzraildir. (ə)
Daim insanla birlikdə olan mələklər vardır. Bunların bir qismi, insanların savablarını və günahlarını yazarlar. Bunlara "kiramən katibin" deyilir. İnsan heç zaman tək deyil, bu mələklərlə birlikdədir. Bu mübarək yoldaşların varlığını iman ilə hiss edən adam əsla təklik çəkməz.
Əzrail dünya həyatında ikən, ölüm anında görə biləcəyimiz tək mələkdir. Ən qiymətli varlığımız olan ruhumuzu əmanət alar, axirət aləminə aparar.
Qəbir aləmində bizi iki mələk qarşılayar: Münkər və Nəkir. İmana və ibadətə dair suallar soruşarlar. Veriləcək cavaba görə qəbir əzabı və ya səadəti başlar.
Cəbrayıl əleyhissalam isə, Cənabı Haqqın, qullarına əmr və qadağanlarını bildirər; xəbərlər gətirər.
İsrafil əleyhissalam, "yenidən həyat vermə" hərəkətində vəzifəlidir. Rəbbimizin "həyat vermə" ilə əlaqədar əmr və iradəsini tətbiq edər. Xüsusilə bahar aylarında görülən dirilişdə "Muhyi" adının təcəllisinə vəsilə olar. Ölümdən sonrakı dirilişimizdə də yenə bu mələk vəzifəlidir.
Mikayıl əleyhissalam isə, ruzilərin yetişdirilməsində və paylanmasında ilahi əmrləri tətbiq edən böyük mələkdir.
HaqqYolu
Elm və Mədəniyyət Bölməsi