«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 12:43 PM
Main » Articles » Sual-cavab

Sual-cavab
 Lovğa yeriş insanı hara aparır?

Cavab: Loğman öz oğluna belə nəsihət verir: «...Yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah özündən razı və lovğalanıb fəxr edən şəxsi sevməz. Yerişində müvazinət gözlə»("Loğman" 18-19).
Uyğun Quran ayələrindən bir daha aydın olur ki, İslam dini öz ardıcıllarının bütün suallarına əhatəli cavab verir. Mömin müsəlmanlara, hətta öz yerlərində müvazinəti gözləmək sifariş olunur. İlk baxışdan əhəmiyyətsiz görünən yeriş, əslində insan şəxsiyyətinin nişanələrindəndir.
Həzrət Peyğəmbər (s) buyurur: «Lovğa-lovğa, təkəbbürlə yeriyən adama yer, yerin altında yatanlar və üstündə gəzənlərin hər biri lənət oxuyur». (Səvabul-Əmal)
Başqa bir hədisdə Həzrət (s) buyurur: «Geydiyi libasla lovğalanan insanı, Allah-təala cəhənnəm kənarında yerin təkinə endirib, Qaruna yoldaş edər. Çünki təkəbbürün bünövrəsini Qarun qoyub»(Səvabul-Əmal).
Bir hədisdə nəql olunur ki, Həzrət (s) yoldan keçərkən, adamların bir dəlinin başına toplandığını gördü və buyurdu: «Əsl dəli, təkəbbürlə yol yeriyən insandır».

Müəllif: Məhəmməd Azəri  
Category: Sual-cavab | Added by: IslamQadini (2011-07-13)
Views: 872 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]