«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-05-09, 2:56 AM
Main » Articles » Sual-cavab

Sual-cavab
Hansı musiqi haramdır?
Cavab: Quranın ayələri və Əhli-beyt (ə) hədislərində musiqinin xüsusi bir növü olan «ğina» haram buyurulmuşdur. Bəzi dinşünasların fikirincə, İslam ümumiyyətlə bütün musiqiləri qadağan edir. Əslində, Peyğəmbər dövründə musiqiyə sərt münasibətin əsasını həmin dövrdə yalnız ğinanın mövcudluğu təşkil edir. İstər musiqisi, istər sözləri insanda yalnız mənfi hisslər aşılayan ğinanın haram buyurulması, məntiqə uyğundur.
Ğina insanı ruhi tarazlıq vəziyyətindən çıxarır, onu eyş-işrətə, əxlaqsızlığa sövq edir. Qurani-kərimin «Fürqan» surəsinin 72-ci ayəsində buyurulur: «Allahın xalis bəndəsi o şəxslərdir ki, batilə şahid durmaz, puç bir şeylə rastlaşdıqda, ondan üz çevirib, keçərlər». İmam Sadiq (ə) bu ayə haqqında buyurur: «Bu ayədə ğina nəzərdə tutulur».
Musiqisi və sözləri insanı doğru yoldan azdıran ğinanın insan mənəviyyatına bir çox mənfi təsirləri vardır:
«Ğina oxunan ev qəm-qüssədən amanda qalmaz», «Ğina oxunan evdə dua qəbul olmaz», «Ğina oxunan evə mələk nazil olmaz» (İmam Sadiq (ə)-ın kəlamları "Vəsailuş-şiə"c.12, səh.225).

Müəllif: Məhəmməd Azəri 
Category: Sual-cavab | Added by: IslamQadini (2011-07-13)
Views: 1219 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 aliay   (2012-07-31 4:51 PM) [Daxil ol]
Salam olsun, sene menim eziz gardasim! Senin aile uzvlerinin sag salamat olmasina dua edirem. Allah bizi yeniden gorusdursun

Only registered users can add comments.
[ Registration | Login ]