«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 10:09 AM
Main » Articles » Sual-cavab

Sual-cavab
Qiyamətdən əvvəl gerçəkləşəcək rəcət hadisəsinin fəlsəfəsi nədir?

Cavab: Şiə müsəlmanların etiqad etdiyi rəcət, 12-ci imam Mehdinin (ə) zühurundan sonra, qiyamət ərəfəsində bir qrup xalis mömin və xalis kafirin mükafat və cəza üçün dünyaya qayıdışıdır.
Məşhur şiə alimi Seyid Mürtəza deyir: «Allah-təala həzrət Mehdinin (ə) zühurundan sonra dünyasını dəyişmiş bir qrup insanı dünya həyatına qaytaracaqdır. Onlar İmama (ə) yardımçı olmaq və ədalətli hökumətin bütün dünyanı bürümüş hakimiyyətini müşahidə etmək iftixarına yetişəcəklər. Həmin mömin insanlarla yanaşı, bir qrup kafir intiqam üçün dünya həyatına qaytarılacaqdır».
Mərhum Əllamə Məclisi deyir: «Rəcət hadisəsini təsdiq edən Əhli-beyt hədislərinin sayı, iki yüzdən çoxdur».
Belə bir sual verilə bilər ki, qiyamətdən sonra rəcət hadisəsinin gerçəkləşməsinin nə əhəmiyyəti vardır? İslam rəvayətlərindən belə aydın olur ki, bu hadisə yalnız bir qrup xalis mömin və xalis kafirə aiddir. Möminlərin qayıdışı onların tam kamilləşməsi, kafirlərin qayıdışı məhz dünya əzabını dadmaları üçündür. Əvvəlki dünya həyatında kafirlərin maneçiliyi səbəbindən imanını kamilləşdirməyə fürsət tapmayanlar, rəcət zamanı arzularına çatırlar. İmam Sadiq (ə) buyurur: «Rəcət ümumi deyildir. Yalnız xalis imanlılar və xalis kafirlər dünya həyatına qayıdarlar» ("Biharul-ənvar" c. 53, səh. 56)

Müəllif: Məhəmməd Azəri   
Category: Sual-cavab | Added by: IslamQadini (2011-07-13)
Views: 907 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]