«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 6:48 PM
Main » Articles » Sual-cavab

Sual-cavab
Məktub necə yazılmalıdır?
Cavab: Həzrət Əli (ə) öz nümayəndələrinə yazırdı: «Qələmlərinizin ucunu iti edin. Sətirləri bir-birinə yaxın yerləşdirin. Məktublarınızdan artıq sözləri çıxarın. Daha çox mənaya diqqət edin. Uzunçuluqdan çəkinin, çünki müsəlmanların büdcəsində artıq xərcə imkan yoxdur» (Xisali-səduq).
Qələmin ucu iti olarsa, sözlər kiçik yazılar. Sətirlər bir-birinə yaxın olduqda, yerlə yanaşı yazanın və oxuyanın vaxtına da qənaət olunar. Deyilənlərə nümunə olaraq, həzrət Məhəmmədin (s) Xosrov Pərvizə, Rum Qeysərinə yazdığı məktubları göstərmək olar.
«Nəhcül-bəlağə»də oxuyuruq: «Elçi sənin əqlinin təkrarçısıdır. Sənin haqqında ən maraqlı danışan, yazdığın məktubdur». İmam Sadiq (ə) buyurur: «İnsanın yazdığı məktub, onun ağıl səviyyəsini göstərir» ("Biharul-Ənvar" c. 72, səh.50).
İslam dinində məktubla bağlı bir sıra göstərişlər mövcuddur. Salamın cavabı vacib olduğu kimi məktubun da cavabı vacibdir. Salam haqqında isə Qurani-kərimdə buyurulur: «Sizə salam veriləndə ona ya olduğu kimi, ya da daha gözəl şəkildə cavab verin» ("Nisa" 86).

Müəllif: Məhəmməd Azəri   
Category: Sual-cavab | Added by: IslamQadini (2011-07-18)
Views: 914 | Rating: 5.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]