«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2024-04-23, 11:23 PM
Main » Articles » Sual-cavab

Sual-cavab

Tövbə nədir və necə olmalıdır?

 

 
Əgər sürücü diqqətsizlik edərsə, yolunu itirər və diqqətini cəmləyəndə səhv getdiyi yolları yenidən qayıdar. Ancaq əgər yoluna davam edərək desə ki, mən yolumu azmışam, maşın düz yola qayıtmayacaqdır. Heç bir sərnişin sürücünün bu xətasını bağışlamaz.

Tövbə də pis işlərdən əl çəkmək və keçmişdəkiləri aradan qaldrımaq deməkdir. "Məgər bilməmişlər ki, həqiqətən, Allah bəndələrindən tövbə qəbul edəndir”. ("Tövbə”, 104).

Kimisə incitdikdən sonra ondan üzr istənilməlidir, namaz qılınmayıbsa, sonradan qəza edilməlidir - bir sözlə, görülən pis işləri islah etmək üçün onlar düzəldilməlidir.

Quran buyurur: "Ancaq tövbə edənlər, (özünü) islah edənlər və (həqiqəti) açıqlayanlar ayrı: onları bağışlayaram. Mən tövbələri qəbul edən və mehribanam”. ("Bəqərə” surəsi, 160).

Tövbə gərək tez bir zamanda olsun, çünki əgər günahlar cəmlənsə, tövbə çətin olar. Paltarın üzərindəki tozu üfürərək, təmizləmək olar. Ancaq əgər bu toz-torpaq çox olarsa, üfürməklə təmizlənməz.

deyerler.org
Category: Sual-cavab | Added by: IslamQadini (2011-07-30)
Views: 938 | Rating: 3.3/3
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]