«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 1:39 AM
Main » Articles » Sual-cavab

Sual-cavab
Ananın otağına icazəsiz daxil olmaq olarmı?

Cavab: «Nuh» surəsinin 127-ci ayəsində buyurulur: «Ey iman gətirənlər, başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin».
Ayədəki göstəriş bütün xalqlar və mədəniyyətlər tərəfindən məqbul hesab edilir.
İnsan həyatı fərdi və ictimai olmaqla, iki hissədən ibarətdir. Cəmiyyətə çıxan insan, cəmiyyətdə qəbul olunmuş qayda-qanunlara əməl etməli, geyiminə və hərəkətlərinə hədd qoymalıdır. Məlum məsələdir ki, bu çərçivə sıxıntı doğurur və insan öz daxilində istirahətə ehtiyac duyur. Mənzilinə dönmüş insan ictimai mühitdə ayrıldıqdan sonra fərdi həyatını istədiyi kimi qurmaqla rahatlanmalıdır. Hər bir insan öz mənzilində istədiyi kimi geyinə və istədiyi kimi rahatlana bilər.
Təsəvvür edin ki, ağır ictimai fəaliyyətdən sonra evdə uzanıb istirahət edirsiniz. Əyninizdə isə yüngül zolaqlı penjama vardır. Sizi mürgü aparır və diksinib oyananda qarşınızda bu vaxtadək ədəblə davrandığınız iş yoldaşınızı görürsünüz. Belə məqamda narahatçılıq təbiidir. Axı, bu şəxs siz paltarınızı dəyişərkən də daxil ola bilərdi!
Demək, başqasına məxsus otağa icazəsiz girmək olmaz!
Həzrət Peyğəmbərdən (s) soruşurlar: «Ananın otağına icazəsiz girmək olarmı?». Həzrət «olmaz», buyurur. Sual verən şəxsin təəccübləndiyini görüb, əlavə edir: «Ananı çılpaq görmək xoş deyil»[ "Təfsiri Nurus-səqəleyn" c. 3, səh. 158].
Category: Sual-cavab | Added by: IslamQadini (2011-07-30)
Views: 989 | Rating: 3.5/2
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]