«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 7:22 AM
Main » Articles » Tarix » “Ermitaj incisi” və ya “Dəyərli eksponat”

“Ermitaj incisi” və ya “Dəyərli eksponat”
"Ermitaj incisi” və ya "Dəyərli eksponat”
 
Sankt-Peturburq şəhərində Dövlət Ermitaj muzeyində nümayiş olunan bürünc tiyan bədii  və tarixi baxımından çox qiymətli sənət əsəridir. Diametri 2,5 m, hündürlüyü 1,6 m, olan tiyanın müəllifi  Təbrizli sənətkar Əbdül Əziz Şərəfəddin oğludur.
 
 
2 ton çəkisi, 3000 letir su tutan tiyan tökmə üsulu ilə hazırlanıb. 1399-cu ildə Əmir Teymurun (Teymurləng) sifarişi ilə Xoca Əhməd Yasərinin ziyarətgahı (məscid) üçün hazırlanmışdı. Dəstəmaz almaq üçün çərhovuz funksiyası daşıyır.
 
 
Sferokonik abrisli (dairəvi gövdəli) nəhəng "kasa”nın özülü massiv plitə üzərində yerləşən incə dayağa keçir. Tiyanın iri medalyon şəkilində 10 dekorativ tutacağı (qulpu) var. Gövdə boyunca nəsx, süls, kufi xətləri ilə yazılar yazılıb. İslimi naxışından geniş istifadə olunub.
 
 
Üzərində 22 dəfə "Hakimiyyət Allaha məxsusdur” ənənəvi formulu yazılıb. Tiyanın aşağı hissəsində "mədaxil” yəni ornamental " 3 yarpaq” naxışı təsvir olunub. Bundan əlavə şahmat ardıcıllığında çıxıntılı relyefli medalyonlar əks olunub. Skif tiyanlarına bənzəyən bu bürünc tiyan xıv əsr bədii tökmə incəsənətinin möcüzəsi hesab olunur.
 

Azərbaycanlı usta tərəfindən hazırlanmış bu tiyan şərq aləmində ən böyük qazanlardan biridir. Bu qazan 500 ildən artıqdır keçmiş Türküstanın Yası şəhərinin (İndi Qazaxıstanın Türküstan şəhəri) yuxarıda qeyd olunmuş Xoca Əhməd Yasəri məscidində qaldıqdan sonra Sankt Peturburqa gətirilmiş və hazırda Dövlət Ermitaj muzeyində nümayiş etdirilir.
 

Yazı "Azərbaycanın bədii sənətkarlığı dünya muzeylərində” kitabından hazırlanıb. Müəllif Rasim Əfəndiyev.
"İşıq” Bakı 1980- cı il, səh 22-23

Hazırladı: Sənətşünas 2 ci kurs magistr Nigar Məmmədova
Category: “Ermitaj incisi” və ya “Dəyərli eksponat” | Added by: IslamQadini (2009-09-30)
Views: 1156 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]