«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-25, 3:54 PM
Main » Articles » Tarix » İnadkdrlıq

İnadkdrlıq
 
İnadkdrlıq
 
Azərbaycanın vəhhabilərinin əksəriyyətinin başçısı olan Qamət "Əbu Bəkr” məscidinin rəsmi saytında Yezid haqqında unvanlanan suallara Yezidin vəkili rolunda çıxaraq onu müdafiə etdi. O, Yezidin adın çəkirkən ondan dərhal sonra Allah ona rəhmət etsin! kəlməsini qeyd edir. Yezidin yolunu gedən bu əqidə əlbəttə onun tərəfini saxlamalıdır. Ümumiyyətlə vəhhabilər Azərbaycana ayaq açdıqları gündən «Peyğəmbərin əziz balası, Cənnət cavanlarının ağasının matəm mərasimini qeyd etmək, onun öldürülməsi əmrini verən, Peyğəmbər (s) ailəsini əsir edən Yezidə lənət oxumaq olmaz» deyərək bu xalqın içinə fitnələr salmağa çalışmışlar. Qamət Süleymanov da bu dəstənin öndəri olaraq bu söz-söhbətin bilavasitə başında durur. İmam Hüseyn (ə)-ın qətlində Yezidi günahkar bilməyən Qamət onun barəsində yazılan bütün tarixi əsərləri, inkar edir. Lakin Qamət bəy də bunu öz başından deyil, ağası İbn Teymiyyəyə istinad edir. Görəsən bəs İbn Teymiyyə və Qazali kimi Yezidin İmam Hüseyn (ə)-ı öldürməməsini hansı tarixi mənbədən əldə edib? Lakin tarixi mənbələrdə belə bir faktla qarşılaşmadıq. Bir neçə mənbədə Yezid bu qətldə əli olmamasını iddia edərək günahı İbn Ziyadın üstünə atsa da, bu, həqiqətə uygun deyil. Çünki Yezid bunu yalnız xalqın ona qarşı qalxdığını gördükdə siyasətbazlıq edərək söyləmiş olduğu və onun bu faciədə biavasitə əli və əmri olduğunu tarix isbat etmişdir. Digər tərəfdən İbn Ziyad və Şümr onun bilavasitə İmam Hüseyn (ə)-ın qətlinin səraəncamını verdiyini söyləmişdir. Bütün tarixçilər İmam Hüseyn (ə)-ın, övladlarının, qardaşlarının və onun dostlarının Yezid əmri ilə hakimiyyətinin əldən gedəcəyindən qorxaraq faciəli şəkildə Kərbəlada şəhid edildiyini yazır. Tarixçilər Yəzidin Mədinə valisinə Hüseyn (ə)-dan zorla da olsa beyət almasını və imtina etdiyi halda qətlə yetirilməsi haqda əmr etdiyində yekdildirlər. "Yezid ibn Müaviyə 60-cı ilin Rəcəb ayında Mədinə valisi Vəlid ibn Ütbəyə belə yazmişdir: "Yazım sənə çatan kimi Hüseyn ibn Əlini və Zübeyr ibn Abdullahı tapıb mənim üçün beyət al. Beyətdən boyun qaçırtsalar boyunlarını vurub mənə göndər.” (Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-88; "İrşad” (Şeyx Müfid), səh-182; "Əl-imamətu vəssiyasət”, 1-ci cild, səh-203; "Tarixi Yəqubi”, 2-ci cild, səh-229; "Fusulul-mühimmə”, səh-163; "Təzkirətul-xəvass”, səh-235.)
Həzrəti Hüseyn Mədinə hakiminin əlindən xilas olandan sonra Məkkəyə getdi. Amma Yəzid əl çəkməyib hətta o Həzrətin Kəbə evinin kənarında da olsa qətlə yetirilməsi üçün ikinci dəfə Məkkəyə bir dəstə göndərdi. Hüseyn (ə) oradan İraqa tərəf hərəkət etdi. Yəzid bundan xəbərdar olanda İbni Ziyadı Bəsrədən Kufəyə göndərdi və göstəriş verdi ki, Hüseynlə vuruşmaq üçün qoşun qöndəsin. Hüseydən beyətdən başqa heç bir təklif qəbul etməsin. Əks təqdirdə Onu öldürüb cəsədlərinin üstündən at qovub, kəsilmiş başlarını mənim üçün göndər.
Yəzidin bu fərmanından sonra hansı əsasla bir qrup təəssübkeş kor insanlar gəlib ona haqq qazandırırlar. Belə bir iddia irəli sürürlər ki, Yəzid Hüseynin qətlinə nəinki fərman verməyib hətta buna razı olmayıb. Bu cür korlara məsləhət bilərdim ki, Hənbəli məzhəbi və İbni Teymiyyə tərəfdarları tərəfindən xüsusi etibara malik olan Zəhəbinin və İbni Kəsirin tarixlərinə müraciət etsinlər. Bundan əlavə sübutlar əldə etmək üçün Təbəri, İbni Əsir, İbni Xəldun və İbni Əsakir tarixlərinə müraciət edə bilərsiniz. Misal üçün Təbəri Tarix kitabında yazır: Hüseynin (r) şəhid edilməsinin tarixi haqqında mövcud rəvayətlərdən biri belədir: Müaviyə oğlu Yezidi xəlifə təyin edərək öləndən sonra, Kufə əhalisi Hüseynə (ə) məktub yazaraq onu xəlifə görmək istədiklərini və ona itaət edəcəklərini bildirdilər. Hüseyn (ə) Müaviyə oğlu Yezidə bеyət etmir və Məkkəyə gəlir. Kufə¬lilərin məktubunu Məkkədə alır və Kufəyə yollanmaq üçün hazırlaşır. Dövrün böyük səhabə¬lərindən olan Ömərin oğlu Abdullah, Abbasın oğlu Abdullah və qardaşı Məhəmməd bin Hənəfiyyə (Əlinin (ə) digər arvadından olan oğlu) kimi bir çox hörmətli adamlar ona Kufəyə getməməsini tövsiyyə edirlər. Lakin Hüseyn (ə) yolundan qalmır. Yezid Kufəyə Ubeydulla bin Ziyadı vali təyin edir və Hüseyni (ə) qarşılamaq üçün qoşun hazırlayır. Qoşuna Ömər bin Səd bin Əbu Vəqqas başçılıq edir. Bu qarşıdurma Huseyn tərəfdən 72 nəfərin, o cümlədən Hüseyn (ə) və 19 nəfər əhli-beyt adamla¬rının şəhid olması ilə nəticələnir.
Yezid nəinki Hüseyn (ə)-ın şəhid edilməsinə əmr vermiş, hətta kəsilərək ona göndərilən Hüseyn (ə)-ın mübarək başına hörmətsizlik etmişdir. Təbəri Tarix kitabında VI cilddə yazır: "Yezid sarayında əlində qamçı ilə Həzrəti Hüseynin dişlərinə və ağzına vururdu. Orada olan Peyğəmbər (s)-in səhabələrindən Əbu Bərzə əl-Əsləmi qışqırdı: "Sən Hüseynin dişlərinə və ağzına vurursan? Halbuki mən dəfələrlə Peyğəmbər (s)-in onları öpdüyünü görmüşəm.” Və dözməyib saraydan çıxdı.”
Vəhhabilərin inkar etdikləri həqiqəti Yezidin övladı olan və ondan sonra hakimiyyətə gələn lakin tezliklə də aradan götürülən II Müaviyə ibn Yeziddən eşidək: "Ey insanlar! Babam Müaviyə, Peyğəmbərə yaxınlıq səbəbilə xəlifəliyə daha layiq olan Əli ibn Əbu Talibə qarşı döyüşdü və bilmədiyiniz şeyi sizə yüklədi. Nəhayət ölüm onu da haqladı. İndi o, qəbrində günahlarının girovu, qəbahətlərinin əsiridir. Sonra bu vəzifəyə atam gəldi. Halbuki o, xilafət əhli deyildi. Nəfsinə, həvəsinə tabe oldu. Tamah gözlərini kor etdi. Ancaq əcəl onu da yaxaladı. İndi o da qəbrində günahlarının girovu, qəbahətlərinin əsiridir.”
Müaviyə ağlamağa başladı. Göz yaşları ilə sözünə belə davam etdi: "Bizim üçün ən ağır iş, onun yatdığı yerin murdarlığını bilməyimizdir. Onun getdiyi yer, necə də pis yerdir. Çünki o, Allah Rəsulunun övladlarını qətlə yеtirdi, harama halal dedi və Kəbəni dağıtdı.” (İbrahim Həsən "Tarixul İslam”, həmçinin müasir Quran təfsirçisi türkiyəli alim Mustafa İslamoğlunun "İmamlar və sultanlar” kitabı.)
Bir mətləbi də qeyd etmək yerinə düşər ki, Yezidin məmurları İmam Hüseyn (ə)-ın qəbrini itirmək üçün Fəratdan kanal çəkmişlər, qəbri sular altında qoymuşlar. Lakin Hüseyn (ə)-ı sevənlər bu qəbin yerini qoruyub saxlamışlar. Görünür ki, qəbir dağıtmaq ənənəsi heç də təzə deyil. Elə ilk müqəddəs qəbri dağıdan da Yezid olmuşdur.
Həmçinin Yezid ibni Müaviyənin açıq-aşkar Allahın dini və qiyamət gününü təkzib etməsini isbat etmək üçün onun «Divan»ından bəzi şerləri oxuculara təqdim edirik. Yezidin söylədiyi bu şerləri Əbul Fərəc, Şeyx Abdullah Şəbravi Şafei, Xətib Xarəzmi və İbni Əbil Hədid kimi böyük əhli-sünnət alimləri öz kitablarında yazmış və o fasiqin lənətlənməsinə hökm vermişlər. Şerlərin bir hissəsinin tərcümələri: «Şərab bir günəş kimi saqinin əlində çıxır, mənim ağzımda qürub edir. Əgər Məhəmmədin dinində haramdırsa, gəlin İsanın dinində içək.»
Xətib Xarəzmi, Əbul-fərəc ibni Cuzi, Şeyx Abdullah Şəbravi Şafei yazırlar: İmam Hüseyn (ə)-ın kəsilmiş başı Yezidin qarşısına qoyulanda o, yəhudi və xristian qonaqlarının qarşısında, «bu gün Bədr gününün müqabilində bir gün oldu ya Məhəmməd!» – deyərək bu şeri oxumağa başladı: «Kaş Bədr günü ölən babalarım burda olaydılar. Sevincdən fəryad edib deyərdilər: Əl-qolun var olsun Yezid! Onların ən böyüklərini öldürdün, bu Bədrin cavabı idi, indi oldu heç-heçə. Bəni-haşim (Peyğəmbərin tayfası) səltənətlə oyun oynadılar. Yoxsa, nə bir xəbər var idi, nə də vəhy gəlmişdi. Xəndəfin (babalarından biri) oğlu olmazdım əgər Məhəmmədin balalarından intiqam almasaydım. Əziz övladını öldürüb Əlidən öz qisasımızı aldıq...» Bu şerlərin sahibinə haqq qazandırmaq, ona Allah rəhmət etsin demək İslamın əsaslarını ayaq altına qoymaq deyilmi?
Yezidin tarixdə cinayətləri tək bunlarla bitmir. Onun əmri ilə Mədinə şəhərində qırğınlar olunmuş, səhabə və tabein kütləvi şəkildə öldürülmüş, Kəbə evi dağıdılmış, müsəlman qadınlar zorlanmışdır. Sibt ibni Cuzi, Əbul-həsən Mədaini və başqa tarixçilər yazırlar: «Mədinədə Təvvabin qiyamı yatırıldıqdan sonra Yezid ibni Müaviyənin əmri ilə Peyğəmbərin (s) şəhərinə basqın edildi. Bu basqında o qədər müsəlman öldürüldü ki, hətta Peyğəmbərin (s) məscidi və mübarək qəbrinə qədər qan axmışdı. Yezidin qoşunu xalqa amansızcasına divan tutur, müsəlmanların namusuna təcavüz edirdilər. Belə ki, həmin hadisədə zorlanmış mindən artıq ərsiz qadın sonradan dünyaya qanunsuz uşaq gətirdilər.»
Böyük islam alimi Məsudi "Muravicuz-zəhəb” kitabında İİ cildində yazır: "Yezid yolu Fironluq yoludur. Hətta Firon idarəçilikdə ondan adil idi. Onun səltənəti İslam aləmi üçün böyük bir utandırıcı nöqsan oldu. Yezidin şərab içməsi, Peyğəmbər (s) balasını şəhid etməsi, Həzrəti Əli ibn Əbu Talib (ə)-a lənət oxuması, Kəbəni talan etməsi və bir çox insanların qanını tökməsi və s. onun bağışlanmayacağını göstərir.” Həmçinin İbn Covzi adlı böyük alim Yezidin iç üzünü açan "Ər-rəddu ələl-mütəəssibil ənid əl maniu ən ləni Yezid lənətullah” kitabını yazmışdır.
Category: İnadkdrlıq | Added by: IslamQadini (2009-09-30)
Views: 1049 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]