«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2024-04-24, 6:47 AM
Main » Articles » Tarix » Kərbəla müqəddiməsi və Aşura (2)

Kərbəla müqəddiməsi və Aşura (2)
 
Kərbəla müqəddiməsi və Aşura (2)
 
Yağılarla cihad
    Cihadın üç növündən danışdıq və onun başqa iki növü də vardır. Bunların birinə "qitali əhli-bəğy” deyərlər. Əgər iki müsəlman tayfa arasında münaqişə baş versə və onlardan biri digərinə zor tətbiq etmək istəsə, bu zaman başqa müsəlmanlara vacibdir ki, bunların arasında vasitəçilik edib onları barışdırsınlar. Əgər bunların biri sülh etməyə razı olmasa, onlara vacibdir ki, o biri tərəfin xeyrinə hökm etsinlər.
    Quran ayəsində oxuyuruq: "Əgər iman əhlindən olan iki dəstə bir-biri ilə düşmənçilik edib müharibəyə qalxsalar, əlbəttə onların arasında sülh yaratmaq lazımdır; əgər onlardan biri digərinə zülm etsə, o zalım tayfa ilə müharibə edin ki, Alahın əmrlərinə itaət etsinlər (zülmü tərk etsinlər); əgər Allahın hökmünə qayıtsalar, ədalətə riayıt etməklə onların arasında sülhü bərqərar edin və həmişə (dost və düşmənlərlə) ədalətlə rəftar edin ki, Allah-təala ədalətli olanları çox sevir.” (Hücürat, 9)
     Başqa bir misal fərz edək, camaat öz imamlarına qarşı üsyan edirlər. O isə adil və həqiqi bir imamdır; haqq üsyançıların tərəfində deyil, İmamladır. Belə bir halda vacibdir ki, müsəlmanlar İmamın xeyrinə müharibəyə başlasınlar.
     Şiə fiqhində sülh
    Cihad bölümündə olan başqa bir mühüm məsələ sülh mövzusudur. Fəqihlər ona "Hüdnə” və ya "Mühadənə” deyirlər. "Mühadəna” sülh etmək, "Hüdnə” isə sülh deməkdir. Daha doğrusu hücum və müharibə etməmək haqda müqavilə imzalamaq deməkdir.
    Müasir ifadə ilə desək, dinc və qonşuluq şəraitində yanaşı yaşamaqdır. Burada Mühəqqiqin Şəraye kitabında yazılmış bir hissəni qеyd еdirik:
    "Mühadəna - müharibəni tərk etmək müqaviləsidir. Bu şərtlə ki, onun müddəti məlum olsun”.
     Şiə fiqhində belə bir məsələ vardır ki, əgər qarşı tərəf zatən müşrik olsa, onunla sülh müqaviləsi bağlamaq olar, lakin belə bir müqavilənin müddəti müəyyən olmalıdır; bu müqaviləni qeyri müəyyən müddətə bağlamaq olmaz. Məsələn altı aylıq, bir illik, on illik və s.
    Peyğəmbər (s) də Hüdeybiyyədə on illik sülh müqaviləsi imzalamışdı.
    "Sülh, yalnız müsəlmanların xeyrinə zəmanət verildiyi təqdirdə qanuni sayılır və haram deyildir”. Amma başqa hallarda, məsələn, müsəlmanların torpaqları düşmən hücumuna məruz qaldığı bir şəraitdə hamıya vacibdir ki, müharibə etsin və bu torpaqları düşməndən azad etsin. Düşmənlə sülh müqaviləsi bağlayıb-bağlamamaq sualının cavabında bildirilir ki, məsləhət olarsa, sülh müqaviləsi bağlaya bilərlər. Lakin bu müqaviləni müəyyən bir müddət üçün bağlaya bilərlər. Belə bir ümidlə sülh edirlər ki, rəqibi tədriclə İslama tərəf yönəldə bilsinlər. Bu, o zaman olur ki, düşmən kafirdir və biz sülh müddətində belə bir rəqibi ruhi baxımdan məğlub edəcəyik deyə, sülh edirik. Hüdeybiyyə sülhündə də belə oldu.
    Qeyd olunan şərait yaranmazsa və müsəlmanların müharibə etmək üçün qüdrəti olarsa, onda sülh etməyə icazə verilmir.
    Gördüyünüz kimi, İslam fiqhi baxımından müəyyən bir şəraitdə sülh etməyə icazə verilir. Bu, o zaman olur ki, hər iki tərəf qarşılıqlı şəkildə sülh müqaviləsi imzalayırlar. Peyğəmbər (s) və İmam Həsən (ə) sülhün bu növündən istifadə ediblər.
    İmam Həsənin (ə) yaşadığı dövri şəraitlə İmam Hüseynin (ə) dövrünün fərqləri 
    Birinci fərq İmam Həsənin (ə) xəlifəliyi, Müaviyənin isə hakim olması ilə bağlıdır. Düzdür, Müaviyə o zamanadək özünü xəlifə və əmirəl-möminin adlandırmırdı. Ancaq o, Əlinin (ə) dövründə bir üsyançı kimi qiyam etdi və Əlinin (ə) xilafətini qəbul etmədi. Bəhanəsi də bu idi ki, guya Əli (ə) müsəlmanların həqiqi xəlifəsi olan Osmanın qatillərinə pənah verib, hətta özü də onun öldürülməsində iştirak edibdir. Onun fikrincə Əli (ə) müsəlmanların qanuni xəlifəsi deyildi. Müaviyə bir üsyançı kimi, müxalif dəstələrin tərkibində qanuni olmayan hökumətin əleyhinə və yaxud keçmiş hökuməti devirən Əlinin (ə) əleyhinə mübarizə aparır və o zamanadək xilafət iddiası etmirdi. O, özünü xilafətə tabe olmayan şəxs kimi aparırdı.
    İmamHəsən (ə) Əmirəl-möminindən (ə) sonra xəlifə oldu. Tarixə istinadən Əmirəl-mömininin (ə) şəhadətindən 18 gün sonra Müaviyə ümumi səfərbərlik elan etdi və İraqı işğal etmək üçün hərəkətə başladı.
    Burada İmam Həsənin (ə) özünün məxsus bir vəziyyəti vardır, çünki İmamın xəlifə olmağına baxmayaraq, bir dəstə adam onun əleyhinə üsyan etmişdi. Bu vəziyyətdə İmam Həsənin (ə) ölümü müsəlmanların xəlifəsinin ölümü və xilafətin devrilməsi deməkdir. İmam Həsənin (ə) vəziyyəti bu baxımdan İmam Hüseynin (ə) vəziyyətinin tam əksinədir. Yəni, xilafətdə olan şəxsə qarşı üsyan başlayır və onun ölməyi ilə müsəlmanların xəlifəsi ölürdü. Nəticədə İslam dövləti başsız qalırdı.
    Biz görürük ki, İmam Hüseyn (ə) Məkkədə ölməkdən çəkinir. Nə üçün? Buyurur: "Məkkəyə qarşı ehtiramsızlıq olar. Onsuz da məni öldürəcəklər, amma nəyə görə bu iş Allahın hərəmində baş versin?! Allah evinin hörməti pozulmamalıdır!”
    Görürük ki, Əmirəl-mömininin (ə) dövründə Osmana qarşı qalxmış üsyançılar əsasən öz istəklərini həyata keçirməyə çalışırdılar. O, həzrət isə Osmanın qətlə yetirilməsində müxaliflərə köməklik etmir və əksinə onu müdafiə edirdi. Özü demişkən: "Osmanı o qədər müdafiə etdim ki, hətta bu işdə ifrata varıb günahkar olmaqdan qorxdum”.
     Bəs görəsən Osmanı niyə müdafiə edirdi? Osmanın tərəfdarı idimi? Əlbəttə, yox! Onu belə şiddətlə müdafiə etməyinin səbəbi, Osmanın xəlifəlik vəzifəsində öldürülməsindən nigaran olması idi. Bu məsələ İslam dünyası üçün təhlükəli bir iş idi. Çünki müsəlmanların xəlifəsinin öldürülməsi heç də adi bir iş deyildir. Nəhayət Əmirəl-mömininin (ə) arzulamadığı bir halda bu hadisə baş verdi.
    İmam Həsənin (ə) müqavimət göstərməsi, tarixdən bəlli olduğu kimi, onun ölümü ilə nətilənəcəkdi. Bu da müsəlmanların xəlifə və İmamının xilafətdə ikən ölməsi demək idi. Lakin İmam Hüseynin (ə) ölməsi bir üsyançının ölməsi kimi idi və bu da şərait nöqteyi nəzərindən birinci fərq sayılır.
    İkinci fərq: Düzdür, İraq qüvvələri və daha doğrusu Kufə qoşunu zəifləmişdi, ancaq onlar tamamıilə aradan getməmişdi və əgər Müaviyə gəlsəydi, çox asanlıqla İraqı işğal edə bilməyəcəkdi. Kufədə törənən böyük bəlaların biri də xəvaricin yaranması idi.
    Əmirəl-möminin (ə) özü bu problemlərin əsas səbəbini xəvaricdə görürdü. Ardıcıl qələbələr əldə edən bir çox adamlar var idi ki, kifayət qədər təlim-tərbiyə görməmişdilər. Beləliklə də Kufədə parçalanma meydana gəldi.
    Hamımıza məlumdur ki, insaniyyətə, əxlaqa, din və imana bağlı olmayanların maddi imkanı inananlardan daha geniş olur. Müaviyə özü üçün Kufədə pul gücü ilə çoxlu tərəfdarlar toplamışdı. Kufənin hər bir tərəfinə cəsus göndərir və çoxlu pullar verərək insanların vicdanını satın alırdı. Bütün bunlara baxmayaraq, əgər İmam Həsən (ə) istəsəydi, Müaviyənin qarşısında böyük ordu yarada biərdi. Otuz-qırx min nəfərdən ibarət olan bir ordu! Bu da Müaviyənin yüz əlli min nəfərlik ordusu ilə qarşılaşmaq üçün zəruri idi. Ancaq nəticə nə olacaqdı? İmam Həsən (ə) müharibə etsəydi, Şam ilə İraq müsəlmanları arasında neçə illik müharibə davam edəcəkdi və heç bir nəticə də əldə edilməyəcəkdi. Tarixə əsaslanaraq demək olar ki, Müaviyənin qalib gəlmək ehtimalı yox idi. Daha çox ehtimal edilən məsələ, İmam Həsənin (ə) məğlubiyyətə uğramaq məsələsi idi. Bu, necə fəxr sayıla bilər ki, müharibə iki-üç il davam etdirilsin, hər iki tərəf minlərlə itki verərək əldən düşsün, yaxud da İmam Həsən (ə) xilaffətdə olarkən, məğlub olub öldürülsün?!
İmam Hüseynin (ə) qiyamını doğuran amillər və onların İmam Həsənin (ə) dövri şəraiti ilə müqayisəsi
    İmam Həsənlə (ə) İmam Hüseyn (ə) yaşadıqları digər dövri şəraitlərə görə də bir-birlərindən seçilirlər. Üç əsas amil İmam Hüseynin (ə) qiyamına əsaslı şəkildə təsir göstərmişdir. Bu amillərin hər birinin İmam Həsənin (ə) dövri şəraiti ilə fərqli olduğunu görürük.
    İmam Hüseynin (ə) qiyamını doğuran birinci amil, o dövrün zalım hakimiyyəti və onun İmam Hüseyndən (ə) beyət almaq istəyi idi. Yezid əmr edir:
    "Hüseyni beyət almaq üçün saxla! Ciddi ol və güzəştə getmə. O, mütləq beyət etməlidir.”
Onlar hansı yolla olursa olsun, İmam Hüseyndən (ə) beyət almaq istəyirdilər. Şübhə yoxdur ki, bu amil baxımından İmam Hüseynin (ə) cavabı mənfi olmalıydı və oldu da. Görəsən bu nöqteyi-nəzərdən İmam Həsən (ə) necə idi? Sülh məsələsi qarşıya çıxan zaman Müaviyə ondan beyət almaq istəyirdimi? "Mənə beyət et” deyirdimi? Xeyr! Hətta sülh müqaviləsində gətirilmiş maddələrdən biri də beyət etməmək idi. Heç bir tarixçi İmam Həsənin (ə), onun qardaşlaranın, səhabələrinin və şiələrinin Müaviyəyə beyət etməsini iddia etməmişdir. Demək İmam Hüseyni (ə) kəskin mövqe seçib müqavimət göstərməyə məcbur edən amillərdən biri, yəni beyət məsələsi İmam Həsənin (ə) dövründə yox idi.
    İmam Hüseynin (ə) qiyamının ikinci amili onun Kufə əhalisi tərəfindən dəvət olunması idi. Kufə əhalisi iyirmi il Müaviyə hökumətinin zülmlərinə dözdükdən sonra, nəhayət ayağa qalxdı. Kufə əhalisi İmam Hüseynə (ə) on səkkiz min məktub göndərərək öz hazırlıqlarını bildirmişdilər. Amma İmam Hüseyn (ə) gələndə Kufə əhalisi öz sözlərinə sadiq qalmadı.
     İctimai baxımdan əgər İmam Hüseyn (ə) o məktublara əhəmiyyət verməsəydi, tarix qarşısında gözəl bir fürsəti itirdiyinə görə ittiham olunacaqdı.
    İmam Həsənin (ə) dövründə isə Kufənin şəraiti tam əksinə idi; artıq orada iğtişaşlı vəziyyət yaranmışdı...
Category: Kərbəla müqəddiməsi və Aşura (2) | Added by: IslamQadini (2009-09-30)
Views: 1394 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]